Icma.az
close
up
RU
Təhsildəki təmiz ekoloji mühit sağlam və milli ruhlu gəncliyin yetişməsi üçün çox vacibdir Elnarə Akimova Yeni Gündəm

Təhsildəki təmiz ekoloji mühit sağlam və milli ruhlu gəncliyin yetişməsi üçün çox vacibdir Elnarə Akimova Yeni Gündəm

Yenigundem saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün uşaqlarımız hətta bir neçə xarici dilə sahiblənmiş olarlar. Amma milli düşüncənin formalaşmasının düsturu birdir və onun yolu ilk təhsili ana dilində almaqdan keçir. C.Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında çap olunan “Rişədən başlamalı” məqaləsində yazır ki, əgər rişəni baltalayıb ona zərər yetirsək, qol-qanad onsuz da öz-özünə quruyub məhv olacaq. Yoxsa nə qədər ki, rişə sağ-salamatdır, ağac hələ dayanıb duracaqdır. Yəni, ilk təhsil çox önəmlidir. Millətinə bağlı insanlar yetişdirmək istəyiriksə, ilk təhsilin ana dilindən başlamasını nəzərə almalıyıq.

Bir məqama da diqqət çəkmək istəyirəm. Dil bilikləri ayrı, ilk təhsilin xarici dildə əxz olunması ayrı məsələdir. Məsələn, Pakistanın mənəvi lideri və ideoloqu, eyni zamanda, ən böyük milli şairi Məhəmməd İqbal Kembric Universitetini bitirib. Bizdə XX əsrin əvvəllərində də, ondan əvvəl də milli aydınlarımız bir neçə xarici dil bilib. Təhsillərini mükəmməlləşdirmək üçün başqa ölkələrin universitetlərində oxuyublar. Əhməd bəy Ağayev, Məhəmməd ağa Şahtaxtinski Fransanın Sarbon Universitetini bitirib. Peterburq və İstanbul Universitetində təhsil alan Əli bəy Hüseynzadə 7 xarici dili mükəmməl səviyyədə bilib. O qədər mükəmməl ki, Türkiyədə nəşr olunan almanca-fransızca lüğəti redaktə edib.
XX yüzilliyin əvvəllərində milli mədəniyyətin dünyaya açılması, ona məhz yeni mərhələyə keçid üçün, “böyük sintez işi üçün” lazım olub; Avropaya pərvaz etmək və yenidən Şərqrə qayıtmaq üçün lazım olub… Bu təmasa mədəniyyətin özünün qeyri-milli ölçülərdən yanaşmaq cəhdləri yox idi. Əksinə, o dövrdə ədəbiyyatın özünün pafosu ifrat, aludəçi, milli düşüncəyə xələl gətirə bilən hər hansı neqativ meyillərə qarşı yönəlmişdi. Yada salaq: C.Məmmədquluzadənin “Anamın kitabı” pyesi və bu xüsusda dillə bağlı yazdığı publisistik məqalələri, felyetonları, M.Ə. Sabirin eyni məramı aşılayan şeirləri, yaxud Əli bəy Hüseynzadənin bu mövzuda manifest xarakterli fikrini: “Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldıqda, … türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar denilsin”! Yəni, bütün hallarda bir amal vardı: “Vətən, millət, dil”.

Elnarə Akimova

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 03 Fevral 2025 01:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri