Icma.az
close
up
RU
Dini təhsilə vəsaitin artırılması TƏKLİFİ: “Gənclərin radikalizmdən qorunması zəruridir”

Dini təhsilə vəsaitin artırılması TƏKLİFİ: “Gənclərin radikalizmdən qorunması zəruridir”

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa dini təhsilə vəsaitin daha çox ayırılmasını zəruri hesab edib.

Deputatın sözlərinə görə, keyfiyyətsiz təhsil milli təhlükəsizlik üçün ən böyük təhdid sayılır. Deputat vurğulayıb ki, dini arenada kənar təsirlərin Azərbaycana mənfi təsirləri daha qabarıq şəkildə özünü göstərdiyi üçün dini təhsilə vəsait artırılmalıdır.

Gununsesi.info-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ilahiyyatçı Tural İrfan deyib ki, dini təhsil vermək o demək deyil ki, hamı molla olsun və ya namaz qılsın.

“Bəziləri dini təhsilə barmaqarası baxır, amma bu, doğru deyil. İnsanlar öz dinini, əqidəsini, inancının köklərini mənimsəməli, təhlükələri və faydaları hiss edib ayıra bilməlidirlər. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri hörmətli Fazil Mustafanın qeyd etdiyi təklifə qatılıram. Dini təhsilə daha çox vəsait ayrılmalı və daha səmərəli təhsil verilməlidir ki, xaricə bağlılıq və asılılıq olmasın. Ölkədə hələ də ali elmi-dini dərəcə almaq üçün şərait yoxdur. Buna görə də dindarların çoxu xaricdəki müctəhid və ali ruhanilərə təqlid edir, onlara xüms, zəkat pulu yollayır. Ölkəmizdə də ali dini rütbəli, elmi dərəcəli alimlər yetişməli, möminlərin müraciət yeri öz ölkəmizdə olmalıdır. Bunun üçün də dini təhsil sahəsinə şərait yaradılmalıdır”, – deyə o əlavə edib.

T. İrfan qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu səmərəli işləyir və milli kadrlar yetişdirir: “Buna baxmayaraq, onun da elmi-dini bazasının təkmilləşdirilməsi və inkişafı lazımdır, akademik səviyyədə imkanları geniş olmalıdır. O imkanlar ki, həmin institutun məzunları elmi dərəcə almaqla yanaşı, ali dini dərəcəyə də yiyələnə bilsinlər. Məscid imamı səviyyəsində qalmasınlar. Hətta orta məktəblərdə də dini maarifləndirmə olmalıdır. Bəziləri bundan qorxur, amma qorxmaq lazım deyil. Əksinə, orta məktəbdə şagirdləri dini bilgilərdən kasad qoymağa görə narahat olmaq lazım deyil. Orta məktəbdə dinini, dinin tarixini, mahiyyətini öyrənməyən şagird axırda ya radikal bir şeyxin təsirinə düşür, ya da xurafatçı xarici təsirlərə uyur. Ona görə də bu haqda da düşünmək lazımdır”.

Ölkədə ümumiyyətlə dini təhsilin səviyyəsi yüksəlməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində bir neçə kollec fəaliyyət göstərir, amma bu çox azdır. Bölgələrdə də olmalıdır ki, dinini öyrənmək istəyən gənclər xaricdə təhsilə meyl etməsinlər. Çünki xarici dini təhsil təhlükəsiz deyil. Həmin ölkənin siyasətini, dini modelini və təsirlərini özündə ehtiva edən şəxslər sonra gəlib ölkədə dini mühitə xələl gətirirlər. Odur ki, vaxtında özümüzün dini təhsil sistemimizin mükəmməlləşməsi lazımdır”.

İlahiyyatçı sonda bildirib ki, məzhəbçilikdən, xurafatdan, radikalizmdən uzaq, obyektiv, mötədil İslam inancına uyğun kadrlar çoxalmalıdır və bunun üçün də şübhəsiz ki, bu sahəyə vəsaitin normal şəkildə ayrılması şərtdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri