Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Londonda Humay Quliyevanın xatirəsinə həsr olunmuş xeyriyyə konserti keçirilib

Londonda Humay Quliyevanın xatirəsinə həsr olunmuş xeyriyyə konserti keçirilib

525.az saytına istinadən Icma.az xəbər verir.

Əslən Azərbaycandan olan, hazırda Londonda fəaliyyət göstərən beynəlxalq səviyyədə tanınmış iki musiqiçi - Dr. Səbinə Rakçayeva (skripka) və Dr. Günel Mirzəyeva (piano) - İngiltərə paytaxtında yaddaqalan konsert proqramı təqdim ediblər. "Şərqdən Qərbə" adlı konsert musiqinin və xatirələrin dili ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin keçmiş əməkdaşı Humay Quliyevanın qısa, lakin parlaq ömrünə, onun xeyirxahlıq və humanizm dolu xatirəsinə həsr olunub.

Humay Quliyevanın Londondakı dostlarının təşkilatçılığı ilə baş tutan konsert "World Heart Beat", "Embassy Gardens" (3 Ponton Road, Nine Elms, London, SW11 7BD) ünvanında keçirilib. Tədbir Azərbaycan və beynəlxalq icma üzvlərini bir araya gətirərək, Humayın mərhəməti, zəkası və daim yaşayan xatirəsi ilə bağlı dərin duyğularla dolu təsirli, unudulmaz bir axşam yaşadıb. Tanınmış bəstəkarların əsərləri səsləndirilib, video təqdimatlar nümayiş olunub, Humayın maraqlı həyat yolu, həyatı, təhsilə sadiqliyi və humanitar dəyərlərə bağlılığını əks etdirən çıxışlar dinlənilib.

Konsertin konsepsiyası, bədii rəhbərliyi və açılış çıxışı Humayı yaxından tanıyan görkəmli skripka ustası Dr. Səbinə Rakçayevaya məxsusdur. Musiqi axşamı boyunca onun baxışı Şərq və Qərb musiqi ənənələrini birləşdirərək səmimi və dərin mənalı bir musiqi körpüsü yaradıb.

Humayın xatirəsini yaşatmaq və işini davam etdirmək məqsədi ilə təsis edilən Huma Quşu Təhsilə Yardım Fondunun prezidenti,  Humayın anası, Şahlə Vəzirova öz çıxışında musiqiçilərə və təşkilatçılara, eyni zamanda  iştirakları ilə fondun fəaliyyətinin genişlənməsinə töhfə verən bütün donor və dəstəkçilərə səmimi minnətdarlığını bildirib.

Azərbaycanda və xarici ölkələrdə istedadlı gənclərin təhsilinə dəstək verən Huma Gushu Təhsilə Yardım Fondu 2022-ci ildə Humayın ailəsi tərəfindən təsis edilib. Fond az gəlirli ailələrdən olan istedadlı tələbələrə bakalavr, magistr və doktorantura təhsili üçün təqaüd və qrantlar ayırır, mentorluq və inkişaf proqramları ilə onların məqsədlərinə çatmasına yardım edir. Qarabağ müharibəsi veteranlarına informasiya texnologiyaları və digər bazar yönümlü ixtisaslar üzrə təlimlərin təşkili də Fondun fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Fondun fəaliyyəti tam şəkildə könüllülər tərəfindən həyata keçirilir və onlar Humayın fədakarlıq, təhsil və sosial təsir irsini yaşatmaqda davam edirlər.

Fondun təşəbbüsləri Humayın Beynəlxalq Qırmızı Xaç Komitəsində yeddi illik fəaliyyəti dövründə qazandığı şəxsi vəsaitləri, eləcə də onun xeyirxah missiyasını dəstəkləyən donorların ianələri hesabına maliyyələşdirilir.

Konsertdən əldə olunan bütün gəlir Huma Gushu Təhsilə Yardım Fondunun hesabına keçirilib və beləliklə də, yeni istedadlı gənclərə maddi dəstək imkanlarını daha da artırıb.

"525"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see272

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see271

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see218

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see210

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see206

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see192

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see192

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see180

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see167

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see166

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see150

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see147

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see145

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see145

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see142

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see139

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri