Icma.az
close
up
RU
Təhsilin idarə olunması: elmi əsaslar və strateji yanaşmalar

Təhsilin idarə olunması: elmi əsaslar və strateji yanaşmalar

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Şəhla İBİŞOVA,
Təhsilin idarə olunması üzrə fəlsəfə doktoru, Türkiyənin Qazi Universitetinin müəllimi

Təhsilin idarə olunması müasir elmi diskursda özünü müstəqil və strateji əhəmiyyətli bir sahə kimi təsdiqləyib. XX əsrin ortalarından başlayaraq, əsasən ABŞ və Avropada formalaşan bu sahə, universitet proqramlarına sistemli şəkildə inteqrasiya olunub və təhsil müəssisələrinin effektiv idarə olunması üçün nəzəri əsasların işlənməsinə imkan yaradıb. Təhsil menecmenti yalnız idarəetmə prinsiplərinin tətbiqi ilə məhdudlaşmır; eyni zamanda təhsil siyasəti, resursların optimallaşdırılması, təhsil keyfiyyətinin qiymətləndirilməsi və strateji planlaşdırma kimi kompleks sahələri əhatə edən elmi tədqiqatlar vasitəsilə inkişaf edir. Bu sahədə aparılan tədqiqatlar təhsil sistemlərinin səmərəliliyinin artırılmasına, innovativ idarəetmə yanaşmalarının tətbiqinə və elmi əsaslı qərarvermənin gücləndirilməsinə xidmət edir, həmçinin təhsilin sosial və iqtisadi dəyərinin yüksəldilməsində əvəzsiz rol oynayır.

İnkişaf etmiş ölkələrdə təhsilin idarə olunması yalnız institusional qaydalarla məhdudlaşmır, eyni zamanda elmi əsaslarla qurulur. Bu sahədəki tədqiqatlar təhsil siyasətinin formalaşdırılması, resursların optimal idarə olunması, təhsil keyfiyyətinin yüksəldilməsi, məktəb və universitetlərin strateji inkişafının təmin olunması üçün vacibdir. Effektiv təhsil menecmenti həm dövlət səviyyəsində qərarvermə proseslərinə, həm də təhsil müəssisələrinin səmərəli fəaliyyətinə birbaşa təsir göstərir. Dünya təcrübəsi göstərir ki, təhsilin idarə olunmasında innovativ yanaşmalar və məlumat əsaslı qərarvermə təhsil sistemlərinin inkişafını sürətləndirir.

Türkiyədə isə təhsilin idarə olunması sahəsi son onilliklərdə sürətlə inkişaf edir. Bu sahədə çox sayda professorlar fəaliyyət göstərir və ixtisaslaşmış tədris proqramları mövcuddur. Burada akademik kadrların hazırlanması, elmi-tədqiqat işlərinin aparılması və peşəkar standartların tətbiqi sistemli və davamlı şəkildə həyata keçirilir.

Lakin Azərbaycanda təhsilin idarə olunması elm sahəsi kimi, demək olar ki, formalaşmayıb. Sahədə fəlsəfə doktoru elmi adını almış mütəxəssis çox azdır. Bu vəziyyət burada sahənin elmi və praktik inkişafı üçün ciddi çətinlik yaradır və ixtisaslaşmış kadrların hazırlanmasının sürətləndirilməsini vacib edir. Bəzi universitetlərdə təhsilin idarə olunması üzrə tədris aparılsa da, tələbələr üçün ədəbiyyata çıxış məhduddur. Bu sahədə əsas ədəbiyyat xarici dillərdədir. Bu baxımdan, universitetlərin pedaqoji fakültələrində Təhsil Menecmenti kafedralarının yaradılması və sahəyə aid dərs vəsaitlərinin hazırlanması ölkəmizdə təhsilin idarə olunması elminin inkişafı üçün strateji addım hesab olunur.

Azərbaycan Dövlət Pedaqoji Universitetində 9 iyul 2021-ci il tarixli ADPU Elmi Şurasının qərarına əsasən Təhsil Menecmenti kafedrası yaradılmışdır. Bu kafedra ali təhsilin magistratura səviyyəsi üzrə MBA - Biznesin idarə edilməsi (təhsilin təşkili və idarə olunması), biznesin təşkili və idarə edilməsi (təhsil üzrə marketinqin təşkili və idarə olunması), menecment, təhsildə qiymətləndirmə və monitorinq, tədrisin təşkili və metodikası (SABAH) ixtisaslaşmaları üzrə baza kafedrasıdır.

Kafedrada idarəetmənin psixologiyası, rəqəmsal təhsil və müasir təlim texnologiyaları, təhsil və milli inkişaf, təhsil müəssisələrinin idarə olunması, kommunikativ və akademik xarici dil, maliyyə idarəçiliyi, inklüzivlik və bərabərlik, elmi tədqiqat metodları, liderlik və peşəkar inkişaf, layihələrin idarə olunması, strateji idarəetmə, statistik təhlil, strateji marketinq, davamlı təhsil və insan resurslarının inkişafı, məlumat əsaslı qərarvermə, beynəlxalq təhsil modelləri və digər fənlər tədris olunur.

Kafedrada fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə təhsilin təşkili və planlaşdırılması ixtisasında kadr hazırlığı həyata keçirilir. Kafedraya universitetin elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov rəhbərlik edir. Bu təşəbbüs sahənin elmi inkişafı, magistr və doktorantura səviyyəsində ixtisaslaşmış kadrların hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. Lakin mütəxəssislərlə birlikdə qurulmuş xüsusi komissiyalar vasitəsilə xarici ədəbiyyatların Azərbaycan dilinə tərcüməsi və istifadəyə verilməsi  də sahə üçün son dərəcə vacibdir. Bu proses tələbələr və praktik mütəxəssislər üçün ədəbiyyata çıxışı təmin etməklə, elmi məlumatların geniş yayılmasına və pedaqoji menecmentin inkişafına xidmət edir. Sözsüz ki, dərs vəsaitlərinin hazırlanması, tərcümələr və bu sahənin mütəxəssisləri ilə əməkdaşlıq sahənin Azərbaycanda elmi və praktik inkişafı üçün strateji əhəmiyyət daşıyır.

Bu sahədə kitabların hazırlanması prosesində məhz sahə mütəxəssislərinin iştirakını təmin etmək onların elmi bilik və praktiki təcrübələri əsərin keyfiyyətinə mühüm töhfə verəcək. Belə yanaşma həm dərs vəsaitlərinin sayı və çeşidinin artırılmasına, həm də sahənin elmi bazasının zənginləşdirilməsinə xidmət etməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bu çərçivədə, yaxın günlərdə çapdan çıxan professor Asəf Zamanovun təşəbbüsü ilə hazırlanmış "Pedaqoji menecment" dərs vəsaiti də sahə üçün faydalı və əhəmiyyətli bir resurs kimi ortaya çıxıb.

"Pedaqoji menecment" dərs vəsaiti: elmi əsaslar, strukturu və tətbiqi imkanlar

A.D.Zamanov və M.H.Nəzərovun hazırladıqları "Pedaqoji menecment" dərs vəsaiti pedaqoji idarəetmə sahəsində nəzəri bilikləri praktik bacarıqlarla birləşdirən, elmi cəhətdən zəngin bir mənbədir. "Elm" nəşriyyatının 2025-ci ildə çap etdiyi bu 640 səhifəlik əsər pedaqoji menecmentin prinsiplərini, üsul və metodlarını sistemli şəkildə təqdim edən, həm tələbələr, həm də sahə mütəxəssisləri üçün faydalı olacaq bir resurs kimi nəzərdə tutulub. Kitabın elmi redaktoru professor Bəyalı Ataşov, rəyçiləri isə professor Hikmət Əlizadə, professor Rəsmiyyə Abdullayeva, pedaqogika üzrə fəlsəfə doktoru dosent Polad Mədədov və professor Rüfət Hüseynzadədir ki, onların elmi iştirakı əsərin keyfiyyətini və elmi səviyyəsini daha da yüksəldir.

Dərs vəsaiti geniş mövzu spektrini əhatə edir. Hər fəsil, pedaqoji menecmentin əsas nəzəri anlayışlarını təqdim etməklə yanaşı, onları real praktik nümunələrlə əlaqələndirir. Kitabda pedaqoji idarəetmənin məqsəd və funksiyaları, təşkilati struktur və qərarvermə mexanizmləri, habelə müəllim və rəhbərlərin fəaliyyətində idarəetmə strategiyaları ətraflı şəkildə izah edilmişdir. Bu yanaşma oxucunun mövzunu yalnız nəzəri səviyyədə öyrənməsinə deyil, həm də praktiki tətbiqinə imkan yaradır.

XV fəsildən ibarət kitabda pedaqoji menecmentin mürəkkəb və çətin aspektləri ətraflı təhlil olunur. Həm klassik idarəetmə modelləri, həm də müasir təcrübələr müqayisəli şəkildə təqdim edilir, innovativ idarəetmə yanaşmaları və müasir pedaqoji texnologiyalar oxucuya çatdırılır. Bu, həm nəzəri biliklərin dərinləşdirilməsinə, həm də praktik bacarıqların artırılmasına imkan yaradır.

Kitabın terminologiyası elmi cəhətdən dəqiq və müasir standartlara uyğundur. Müəlliflər mövzunu sadə və anlaşılan üslubda təqdim edərək oxucunun materialı rahat qavramasına şərait yaradır. Vəsaitin güclü tərəflərindən biri onun strukturu və sistematikliyidir. Mövzular məntiqli ardıcıllıqla təqdim olunur ki, oxucu mövzunu mərhələli şəkildə mənimsəsin və əldə etdiyi bilikləri praktik fəaliyyətdə tətbiq edə bilsin.

Kitabda pedaqoji menecmentin elmi və nəzəri əsasları geniş şəkildə təqdim edilmişdir. Hər fəsildə sahənin müxtəlif aspektləri ətraflı izah olunur: pedaqoji menecmentin strukturu, təhsil müəssisəsinin konseptual əsasları, pedaqoji menecmentin əsas istiqamətləri, pedaqoji kollektivin idarə olunması, idarəetmə etikası, innovativ idarəetmə, idarəetmə mədəniyyəti, təhsildə strateji idarəetmə, keyfiyyətin idarə olunması, qərarvermə prosesləri və insan resurslarının idarə olunması. Hər mövzu üzrə nəzəri və elmi əsaslar təqdim olunmaqla yanaşı, tətbiqi imkanlar da göstərilib. Bu yanaşma oxucuya həm pedaqoji menecmentin əsas prinsiplərini dərindən anlamağa, həm də onları praktik fəaliyyətdə uğurla tətbiq etməyə imkan yaradır.

Ümumiyyətlə, "Pedaqoji menecment" dərs vəsaiti sahədə fundamental və tətbiqi bilikləri bir araya gətirən dəyərli bir mənbədir. Kitab həm tələbələr, həm müəllimlər, həm də pedaqoji menecment sahəsində çalışan praktik mütəxəssislər üçün faydalıdır. Onun geniş mövzu əhatəsi, elmi əsaslı təqdimatı və zəngin praktiki nümunələri bu vəsaiti akademik və praktik istifadədə önəmli edir. Bu əsərin pedaqoji menecmentin tədris və tətbiqi prosesində geniş şəkildə istifadə olunması tövsiyə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Noyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri