Icma.az
close
up
RU
Təhsilin inkişafı naminə mühüm addım Rəqəmsal məktəb

Təhsilin inkişafı naminə mühüm addım Rəqəmsal məktəb

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fevralın 7-dən etibarən ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində "Rəqəmsal məktəb" platforması istifadəyə verilib. Bu platforma rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq platformasıdır. Yeni sistem şagird, valideyn, müəllim və direktorun iştirakı ilə tədris resurslarının idarəedilməsi və tənzimlənməsi imkanlarını təmin edir. Platformaya giriş "Digital login" üzrə aparılır. Belə ki, valideyn, müəllim və məktəb rəhbərləri "SİMA" rəqəmsal imza vasitəsi ilə bütün digital login imkanlarından təhlükəsiz istifadə edərək şəxsi səhifəsinə giriş imkanına malikdir. Giriş üçün www.reqemsal.edu.az ünvanına keçid etmək lazımdır.

"Rəqəmsal məktəb" layihəsi ilk olaraq Bakıda test rejimində tətbiq edilir. Platformada şagird, valideyn, müəllim və direktor üçün bölmələr var. Şagirdlər burada günün dərsi, dərs cədvəli, dərsliklər, videodərslər, ev tapşırıqları, testlər, qiymətlər, şəxsi iş bölmələri ilə tanış ola bilərlər. Valideynlər isə platforma vasitəsilə məktəblə birbaşa ünsiyyət qura, övladının nəticələri ilə tanış ola, həmçinin tədrislə bağlı rəy və təkliflərini verə bilərlər. Həmçinin müəllimlər və direktorlar da öz vəzifələrinin icrası ilə bağlı işləri elektron formada yerinə yetirə biləcəklər. "Sima" və identifikasiya kodu ilə valideyn övladının təhsil göstəricilərini onlayn izləmə imkanına sahib olacaq. Giriş məlumatları hər bir şagird üçün valideyni tərəfindən təyin edilmiş şifrə və UTİS kod vasitəsilə mümkündür. Şagirdlərin elektron resurslardan istifadəsi imkanının təmin olunması məqsədilə hər fənn üzrə mövzuya uyğun elektron resurlar - video dərslər, tapşırıqlar və kvizlər (test) yerləşdirilib ki, şagirdlər məktəbdə keçirilən hər hansı mövzu üzrə çətinlik çəkdikdə və yaxud müəyyən səbəblərdən dərsdə iştirak etmədikdə platforma üzrə yaradılmış elektron resurslardan istifadə edə bilsinlər. Tədris prosesini daha maraqlı və cəlbedici edən, həmçinin şagirdlər tərəfindən məlumatın qavranılmasını asanlaşdıran video dərslərin önəmli rolu var. Bu proses fizika, kimya, Azərbaycan dili, təbiət, riyaziyyat və s. kimi məktəb proqramını və ibtidai sinifləri əhatə edir. Video dərslər hər bir şagirdə olduğu məkandan asılı olmayaraq geniş öyrənmə imkanları yaradır. Eyni zamanda, platforma şagirdə dərs tapşırıqlarının həllini müəllimin dilindən vizual izahlı şəkildə dinləmək imkanı da verir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfovanın sözlərinə görə, "Rəqəmsal məktəb" platforması hazırda pilot rejimdə fəaliyyət göstərir. Platformanın yaradılmasında əsas məqsəd tədrisin, öyrənmə və öyrətmə prosesinin rəqəmsallaşması və elektronlaşması ilə yanaşı, tədrisin keyfiyyətinin artırılması, dərs prosesinin izlənməsi, şagirdlərin nailiyyətləri, davamiyyəti, nizam-intizam qaydalarına riayət olunması kimi fəaliyyətlərin effektiv icrasına nəzarəti təmin etməkdir. Çünki platforma bizə imkan verəcək ki, real rejimdə dərs prosesində - 45 dəqiqə ərzində baş verən proseslərdən anında xəbərdar olaq. Platforma dərs prosesində şagirdlərin davamiyyəti, müxtəlif fənlər üzrə göstəricilərinin daha yüksək və zəif olması barədə real rejimdə məlumat əldə etməyə kömək edir: "Platforma hazırda Bakı şəhərində yerləşən 324 təhsil müəssisəsini əhatə edir. Bunlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və birbaşa agentliyə tabe olan təhsil müəssisələridir. Pilot rejimdə olduğu üçün hazırda platformanın texniki imkanları, müəllimlərin istifadə zamanı qarşılaşa biləcəyi çətinliklər araşdırılır. Sentyabr ayından platformanın ölkə miqyasında genişləndirilməsi planlaşdırılır. Bu zaman təhsil müəssisəsinin müvafiq infrastrukturunun olması mütləqdir. Rəqəmsallaşma prosesi olduğu üçün müəyyən texniki məsələlərin həlli vacibdir. Platforma təkmilləşdirildikcə yeni funksiyalar əlavə edildi.

Müəllimlərin perspektiv və dərs planlarının əlavə edilməsində məzmun eyniləşməsi aparıldı. Müvafiq olaraq, hər bir müəssisədən əlaqədar şəxslər təyin olunub. Qarşıya çıxan çətinlikləri bizə bildirirlər. Məsələ dərhal araşdırılır, əgər texniki problemdirsə, platformaya müvafiq funksionallıqlar əlavə edilir, əgər pedaqoji məsələdirsə, müəllimlərin təlimatlandırılması istiqamətində fəaliyyətlər icra edilir".

Fidan Nəcəfova bildirib ki, ümumiyyətlə, məktəbdə müvafiq sürətli internet şəbəkəsinin olması mütləqdir. Platforma real rejimdə işlədiyi üçün dərs prosesində şagirdlərin qiymətləndirilməsi, davamiyyət göstəricisinin yazılması üçün kompüterlər internetə qoşulmalıdır. Müəllimlərin istifadə etməsi üçün Bakı şəhərindəki bütün təhsil müəssisələrinin sinif otaqlarını kompüter avadanlıqları ilə təmin edilib. Platformaya qoşulan təhsil müəssisələrinin sayı artdıqca sinif otaqları yeni kompüter avadanlıqları ilə təmin edilməlidir. Çünki 45 dəqiqə müddətində şagirdlərin davamiyyəti, formativ və ya yarımillikdə summativ qiymətləndirilməsi həmin gün ərzində qeyd olunmalıdır: "Bu proses hazırda davam edir. Platformada ibtidai sinif üzrə Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərini əhatə etməklə, 930-dan çox video resurs yerləşdirilib. 5, 6 və 7-ci sinif şagirdləri üçün ana dili, riyaziyyat, biologiya, kimya, təbiət və xarici dil fənləri üzrə 350-dən artıq video resurs yerləşdirilib. Bu sayın artırılması planlaşdırılır. Mövcud video resurslar şagirdlərin çətinlik çəkdiyi, tədris zamanı öyrənmə, mənimsəmə dərəcəsinə görə çətin mövzuları əhatə edir. Şagird artıq dərsdən sonra həmin dərsin video izahını təkrar izləyə, həmin video dərslə əlaqəli yerləşdirilən test tapşırıqlarını işləyə və dərhal öz nəticəsini görə bilir. Hazırda bu istiqamətdə müvafiq qanunvericilik aktları araşdırılır. Rəqəmsallaşma prosesi çərçivəsində sadəcə kağız jurnalların deyil, şagirdlərin şəxsi işləri ilə bağlı digər kağız materialların, müəllimlərin perspektiv, tematik və dərs planlarının, şagirdlərin gündəliklərinin elektron versiyaya keçidi nəzərdə tutulub. Prosesin elektronlaşdırılması ilə müəllimin iş yükü azalacaq, qənaət edilmiş vaxtdan daha səmərəli istifadə ediləcək. Kağız jurnalların şagirdlərin summativ qiymətləndirilməsi ilə bağlı olan hissəsinin 5 il və daha artıq müddətdə dövlət sənədi kimi saxlanması mütləqdir. Elektron versiyada da həmin məlumatlar eyni zaman aralığında saxlanılacaq".

Onun dediyinə görə, platformada SİMA vasitəsilə və şəxsi identifikasiya kodu ilə qeydiyyatdan keçmək olar. Şagirdlərin birbaşa qeydiyyatı mümkün deyil. Əvvəlcə valideyn qeydiyyatdan keçməlidir ki, onun övladı ilə bağlı məlumatlar səhifəsində əks edilsin. Valideyn hər hansı bir fin kodu yazıb platformaya kimisə əlavə edə bilməz. Əlavə edilən şagirdin valideynin öhdəliyində olub- olmaması yoxlanılır. Bu məsələ təsdiqini tapırsa, valideyn şagird olan övladı ilə bağlı məlumatları görmə hüququnu əldə edir. Müəllim və direktorlar şəxsi identifikasiya kodu ilə və ya SİMA vasitəsilə qeydiyyatdan keçdikdən sonra UTİS (Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi) vasitəsilə onların müvafiq təhsil müəssisəsində fəaliyyət göstərib-göstərmədikləri yoxlanılır. Təsdiq olunduqdan sonra həmin şəxsin platformada qeydiyyatına icazə verilir. Əks halda, qeydiyyatdan keçmədən heç bir vətəndaş əsas baza məlumatlarını görə bilməz. Sadəcə, ümumi təhsil müəssisəsinin yerləşdiyi rayonu, şagirdlərin sayını, yəni ictimaiyyətə açıq olan məlumatları görə bilər: "Valideyn iki istiqamət üzrə rəy verə bilir. Birincisi, təhsil müəssisəsinin direktoru ilə birbaşa ünsiyyət yarada bilir. Bu zaman direktora hər hansı bir müəllimdən razı və ya narazı olması haqqında məlumat verə bilir. Yaxud övladı ilə bağlı hər hansı problem varsa, birbaşa direktora sual ünvanlaya, nə isə soruşa və ya öz rəyini bildirə bilər. Bu onun direktorla real rejimdə ünsiyyətini təmin edir və cavabı da birbaşa təhsil müəssisəsinin rəhbərindən alır. Valideynin müəllim haqqında verdiyi rəyi sadəcə direktor görür. Valideyn məhz övladının təhsil aldığı məktəblə bağlı olan sorğuda da iştirak edə bilir. Sorğunun nəticələri direktora və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanlanır. Növbəti mərhələdə toplanan məlumatlar əsasında detallı təhlillərə başlanılır. Valideynlərin rəyi, müəllim və şagirdlərinin müəyyən nailiyyətləri və göstəriciləri əsasında məktəbin ümumi reytinqi formalaşacaq".

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq müəllim və direktorlara platformadan istifadə ilə bağlı təlimlər təşkil edirik. Bu istiqamətdə müraciət olarsa, proses davam edəcək. Valideynlərin maariflənməsi üçün müvafiq təlimat videoları çəkilib və bunun davam etdiriləcəyi planlaşdırılır. Platformadan istifadə üçün valideynlərin sadəcə qeydiyyatdan keçmələri kifayətdir. Bu zaman onların çətinliklə üzləşməmələri üçün müvafiq video təlimatlar çəkilib. Pilot rejimin mahiyyəti ondan ibarətdir ki, vətəndaş və müəssisələrdən daxil olan müraciətlər əsasında müvafiq tədbirlər görülsün. Amma valideynlər üçün real rejimdə təlimlər nəzərdə tutulmur.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Aprel 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri