Icma.az
close
up
RU
Tələbələr üçün ucuz nəqliyyat Təhsilin əlçatanlığında mühüm addım

Tələbələr üçün ucuz nəqliyyat Təhsilin əlçatanlığında mühüm addım

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İctimai nəqliyyatda hazırda qüvvədə olan qaydalara görə, yalnız 5 yaşına qədər uşaqlar, eləcə də polis və hərbi qulluqçular ictimai nəqliyyatdan ödənişsiz istifadə edirlər. Lakin ölkənin sosial-iqtisadi reallıqları, gənclərin büdcə yükü və təhsil prosesinə davamlılığı nəzərə alındıqda, tələbələrin də bu siyahıya daxil edilməsi vacib və zamanın tələbi kimi görünür”. 
Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. 
Onun sözlərinə görə, bu, həm sosial təminatın güclənməsi, həm də təhsilin əlçatanlığının artırılması baxımından strateji əhəmiyyət kəsb edir:
“Statistikaya baxdıqda, 2023-2024-cü tədris ilində ölkə üzrə 186 min nəfərdən çox tələbə ali təhsil müəssisələrində təhsil alır. Onların əksəriyyəti gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edir və gediş haqqı tələbələrin aylıq xərclərinin ciddi bir hissəsini təşkil edir. Məsələn, paytaxt Bakıda metro və avtobuslardan gündəlik istifadə edən bir tələbənin aylıq nəqliyyat xərci orta hesabla 35-40 manata çatır ki, bu da aylıq təqaüd alan tələbələrin (66-75 manat) büdcəsinin yarısından çoxunu təşkil edir. Belə vəziyyət gənclərin təhsil prosesinə iqtisadi çətinliklərlə qoşulmasına səbəb olur. Əgər tələbələr üçün güzəştli və ya pulsuz nəqliyyat xidməti tətbiq olunsa, bu, ailələrin üzərindən əlavə yükü götürər, valideynlərin xərcləri azalardı və dövlət vəsaitinə də dolayı yolla qənaət edilərdi. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində açıq şəkildə göstərilir ki, dövlət təhsilalanların sosial müdafiəsini təmin etməli və onların bərabər imkanlarla təhsil almasına şərait yaratmalıdır. Bundan başqa, “Təhsil haqqında” Qanunun 32-ci maddəsində tələbələrin sosial müdafiəsinin mühüm istiqamətlərindən biri kimi onların güzəştli xidmətlərlə təmin olunması göstərilir. Bu baxımdan tələbələr üçün nəqliyyat xərclərinin azaldılması qanunvericiliyin ruhuna tam uyğun olar və dövlətin təhsilə dəstək siyasətini daha da gücləndirər. Elm və Təhsil Nazirliyinin də son illərdə tələbələrin sosial rifahını artırmaq istiqamətində həyata keçirdiyi addımlar – təqaüdlərin artırılması, tələbə kreditlərinin tətbiqi – göstərir ki, bu qurum gənclərin təhsil imkanlarını genişləndirməkdə ardıcıl siyasət yürüdür”.
Ekspert əlavə edib ki, nəqliyyatda güzəştin tətbiqi də məhz bu siyasətin davamı ola bilər:
“Dünya təcrübəsinə nəzər salanda, tələbələrə ictimai nəqliyyatda güzəşt verilməsi ən geniş yayılmış sosial siyasətlərdən biridir. Məsələn, Türkiyədə tələbələr “öğrenci kartı” ilə ictimai nəqliyyatdan 50 faizədək endirimlə istifadə edirlər. Almaniyada tələbələr semestr bileti vasitəsilə aylıq çox aşağı məbləğlə ictimai nəqliyyatdan limitsiz istifadə etmək hüququna malikdirlər. Fransada da oxşar sistem mövcuddur və tələbələr üçün nəqliyyat bileti adi vətəndaşlardan dəfələrlə ucuz qiymətədir. Bu nümunələr göstərir ki, tələbələr üçün nəqliyyatda güzəşt təkcə sosial yardım deyil, həm də təhsilin davamlılığı və gənclərin aktiv ictimai həyata qatılması üçün stimuldur. Azərbaycanın bu təcrübələrdən faydalanaraq oxşar model tətbiq etməsi həm sosial siyasətin güclənməsi, həm də təhsil sisteminə dəstəyin artması demək olar. Müsbət tərəflər açıqdır: tələbələrin aylıq büdcəsinə qənaət ediləcək, valideynlərin xərci azalacaq, dövlət isə təhsilin əlçatanlığını təmin etməklə sosial məsuliyyətini yerinə yetirmiş olacaq. Bundan başqa, tələbələrin ictimai nəqliyyatdan daha çox istifadəsi şəxsi avtomobillərə tələbatı azaldacaq, bu da şəhərdə sıxlığın və ekoloji yükün azalmasına müsbət təsir göstərəcək. Mənfi tərəf kimi yalnız dövlət büdcəsinə əlavə yük göstərilə bilər, lakin bu, uzunmüddətli perspektivdə sosial sabitlik və insan kapitalının inkişafı baxımından müsbət nəticə verəcək. Beləliklə, tələbələrin ictimai nəqliyyatda gediş haqqından azad edilməsi və ya güzəştli ödənişlə təmin olunması həm sosial ədalətin bərpası, həm də təhsil siyasətinin gücləndirilməsi baxımından mühüm addım olardı. Elm və Təhsil Nazirliyinin bu məsələdə təşəbbüskar olması müsbət işdir və göstərir ki, nazirlik yalnız tədris prosesinin məzmununa deyil, həm də tələbələrin sosial vəziyyətinə diqqət yetirir. Əgər bu qərar qəbul olunarsa, həm dövlət büdcəsinə qənaət ediləcək, həm valideynlərin üzərindəki yük azalacaq, həm də tələbələrin təhsilə davamlılığı güclənəcək. Bu addım Azərbaycan təhsil sistemində dövlət–cəmiyyət–tələbə münasibətlərini daha da möhkəmləndirəcək və Elm və Təhsil Nazirliyinin müasir çağırışlara cavab verən siyasətinin bir göstəricisi olacaq”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri