Təhsillə bağlı güzəşt yalnız Qarabağda yaşayanlara şamil olunacaq?
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Güzəşt azad edilmiş ərazilərdə məskunlaşıb digər yerlərdə peşə təhsili almaq istəyənlərə də şamil olunacaq.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, istisnasız olaraq bütün əhaliyə münasibətdə işğaldan azad edilmiş ərazilərdə məskunlaşan şəxslər təkcə orada deyil, başqa ərazilərdə də peşə təhsilini pulsuz ala biləcəklər:
"Tutaq ki, şəxs Ağdam və ya Füzulidə məskunlaşıbsa, amma məsələn, Tərtərdə və ya Bərdədə peşə təhsili almaq istəyirsə, güzəştdən yararlana biləcək. Gələcəkdə digər sahələrdə də güzəştlər nəzərdə tutula bilər. Amma hələlik bu dəyişikliklər üç illik proqram üçün nəzərdə tutulub”.
Baxış sayı:72
Bu xəbər 12 Fevral 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















