Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Təhsilsiz ifaçı bir yerdən sonra dayanır, tükənir... Səsin izi ilə

Təhsilsiz ifaçı bir yerdən sonra dayanır, tükənir... Səsin izi ilə

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər səsin bir ünvanı var. Bəziləri dərhal eşidilir, bəziləri isə kütlə səs-küyünün arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində yaranan gurultu içində bəzən o səslər eşidilmir, zövqlər qarışır, istedadlar isə kölgədə qalır. Amma gələcəyə ümid sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni səslər doğulur. Biz də həmin səslərin izinə düşürük. Azərbaycan musiqisinə yeni nəfəs gətirən, amma hələ geniş auditoriya tərəfindən kifayət qədər kəşf edilməmiş gəncləri "525-ci qəzet"in yeni - "Səsin izi ilə" rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə bir gənc, bir səs, bir hekayə, bir ümid... Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika istedadın ünvanıdır.

Musiqi yalnız notlardan ibarət deyil, o, insanın iç dünyasını dilə gətirən, duyğulara bürünmüş bir sənətdir. Kimisi bu dili sonradan öyrənir, kimisi də onunla birgə doğulur. Gənc və istedadlı ifaçı Nərmin Əliyeva da məhz belə səs sahiblərindəndir. Uşaq yaşlarından skripka ilə musiqinin incəliklərini öyrənən Nərmin sonradan yolunu vokal sənətinə yönəldərək peşəkar təhsil alıb. Həm klassik bazaya, həm də fərdi ifa tərzinə sahib olan bu gənc sənətçi səsi ilə dinləyicini ovsunlamağı bacarır. Onunla söhbətimizdə həm sənət yoluna, həm də musiqiyə yanaşma tərzinə daha yaxından bələd olmağa çalışdıq.

"Musiqi ilə tanışlığım uşaq yaşlarıma təsadüf edir. Təxminən 6-7 yaşımda Əhməd Bakıxanov adına musiqi məktəbinin skripka sinfində təhsilə başladım. 8 illik bu maraqlı və zəhmətli təhsil dövründən sonra musiqi yolumu vokal sənəti ilə davam etdirmək qərarına gəldim və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul olundum.

Hər bir sənət yolçusunun həyatında onun əlindən tutan, yol göstərən insanlar olur. Bu, mənim üçün dəyərli müəllimlərimdir. Bakalavr təhsilim müddətində ilk müəllimim Xalq artisti Xuraman Qasımova olub. Daha sonra magistr pilləsində hörmətli professor, Xalq artisti Natəvan Şeyxovadan dərs almaq kimi böyük bir şansa sahib oldum.

Ancaq musiqi elə bir dünyadır ki, onu yalnız universitet divarları arasında dərk etmək olmur. Hər bir səslə, hər bir ifa ilə yeni nəsə kəşf edirik. Ruhuma toxunan, könlümə çatan səslərdən daim öyrənməyə çalışıram. Bu yolda mənim də kumir saydığım sənətçilər var. Çalışıram ki, peşəkar və keyfiyyətli ifalardan hər zaman nəsə götürüm, nəsə öyrənim".

Sənət yoluna doğru insanla başlamaq bəzən illər boyu qazanılacaq təcrübəni bir anda yaxınlaşdırır. Nərmin Əliyeva da səhnə fəaliyyətinə başlamaq qərarını təsadüfi verməyib. Onun musiqiyə gəlişi, yol göstəricisi olan bəstəkar Gövhər Həsənzadə ilə qurduğu münasibət əsasında formalaşıb:

"Gövhər xanımla uzun illərdən bəri ailəvi dostluğumuz var. O, səsimin və potensialımın fərqində idi. Lakin universitet illərində əsas diqqətimi akademik təhsilə yönəltmişdim, bu səbəbdən səhnəyə addım atmaq məsələsini ertələyirdik. Gövhər xanım da düşünürdü ki, əvvəlcə təhsilim tamamlanmalıdır. Çünki təhsil, məncə, sənət yolunda ən vacib təməldir. Təhsilsiz ifaçı bir yerə qədər irəliləyə bilər, sonra isə dayanır, tükənir və istədiyi hədəfə çata bilmir.

Təxminən bir il əvvəl Gövhər xanım məni bir daha dinlədi və "artıq başlayaq" dedi. Bu qərarı məni çox sevindirdi. Belə bir peşəkar insanın dəstəyi ilə yola çıxmaq, onunla birgə addımlamaq mənim üçün böyük şansdır. Sənətə Gövhər xanımın rəhbərliyi ilə gəlmək mənim üçün bir addım öndə başlamaq deməkdir. Onun mahnılarını böyük həvəslə ifa edirəm və hər dəfə ondan yeni bir şey öyrənirəm. Ümid edirəm ki, bu işbirliyimiz uğurla davam edəcək".

Musiqidə orijinallıq təkcə səsdə deyil, həm də onu təqdimetmə tərzindədir. Həmsöhbətim Nərmin Əliyeva klassik vokal təhsili alsa da, estrada janrında öz fərdi üslubunu formalaşdırmağa çalışır. O, səsilə tanınmaq, səsilə seçilmək istəyən ifaçılardandır:

"Əslində, mən opera-vokal janrında təhsil almışam, fəxrlə qeyd edə bilərəm ki, 2021-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında çalışıram. Bu sayədə bir çox xarici və milli klassik əsərlərdə böyük sənətkarlarımızla eyni səhnəni paylaşaraq Cuzeppe Verdinın "Traviata", "Aida", Sergey Raxmaninovun "Aleko", Cakomo Puccininin "Toska", "La Boheme", milli klassikamızdan isə dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan", "Əsli və Kərəm", "Leyli və Məcnun", Fikrət Əmirovun "Sevil", "Min bir gecə" kimi möhtəşəm əsərlərdə aktrisa və ifaçı kimi iştirak etmişəm. Bununla qürur duyuram.

Amma yenə də səhnədə özümü daha çox estrada ifaçısı kimi görürəm. Estrada oxuyarkən də sırf janrın çərçivələrində qalmıram, öz nəfəsimi, öz üslubumu qatmağa çalışıram. Bəzən ifama caz elementləri əlavə edir, vokal texnikalarından istifadə edirəm ki, ifam həm zəngin, həm də fərqli səslənsin. İstəyirəm ki, dinləyicilər üzümü görmədən, məsələn, radioda ifamı eşidəndə "bu, Nərminin səsidir" deyə tanısınlar. Hər kəs mənə səsimin tembrinin fərqli olduğunu söyləyir və ifamda ilk diqqəti çəkən məqam da məhz bu amildir. Ümidvaram ki, məhz bu fərqliliyimlə də arzuladığım ifaçı imicimi qazana biləcəyəm.    

Bir tərəfdən də özümü çox şanslı hesab edirəm ki, birgə yola çıxdığım Gövhər xanımın bəstələri fərdidir. O, hər kəsə səsinin rənginə və ifa tərzinə uyğun mahnı təqdim edir. Biz sadəcə bir mahnını seçib oxumuruq, Gövhər xanım əvvəlcə bizi dinləyir, sonra hansı əsərin bizə uyğun olduğunu özü müəyyənləşdirir. Nəticədə, həmin mahnını oxuyanda görürük ki, bu, həqiqətən bizim üçün yazılıb.

Hər zaman mənimçün nümunəvi ifa tərziylə seçilən çox özəl sənətkarımız Xalq artisti Flora xanım Kərimova bir verilişdə belə bir fikir səsləndirmişdi: "Əgər hər hansı bir ifaçı estrada səhnəsində özünə yer tutmaq və yadda qalmaq  istəyirsə, onun repertuarında mütləq bir Gövhər Həsənzadə mahnısı olmalıdır". Bu fikrə ürəkdən qatılıram. Flora xanım klassik vokal məktəbinin mükəmməl ifaçısı kimi estrada janrında çox özəl bir ifa tərzi yaradaraq Azərbaycan musiqi sənətinə silinməz imza atıb. Bir çox ifa texnikasını məhz lirika baxımından bu böyük sənətkarımızı dinləyərək öyrənirəm. Belə ki, Gövhər xanımın mahnılarında texnika çox qəliz və diapazon böyükdür. İnşallah, sevimli bəstəkarımın dəstəyi ilə Flora xanımla da bəzi dərsləri keçməyi və klassik-estrada ifaçılıq məktəbini daha mükəmməl mənimsəməyi planlaşdırmışıq".

Bəzi musiqi yolları ifaçını səhnəyə dolayısı ilə gətirir. Nərmin xanımın da səs duyumu və vokal ifadəsi birbaşa skripka ilə başlayan musiqi həyatının nəticəsidir. Onun klassik alətə olan ilk sevgisi sonradan səsinə bənzərsiz dərinlik qatıb. Söhbətimizin bu yerində sualımız da elə bu istiqamətdə oldu ki, görəsən, o özü müğənni kimi fəaliyyətində skripka təhsilinin hansı faydasını görüb?

"Əksər peşəkar ifaçıların keçmişinə nəzər salsaq, onların nə vaxtsa bir instrumental alətdə ifa etdiklərini görərik. Mənim də musiqiyə ilk addımım skripka ilə olub. Fikrimcə, skripka ifaçısı olmağım vokal janrında uğur qazanmama, səs duyumumun formalaşmasına çox böyük təsir göstərə bilər. O alətin incəliyi, intonasiyası, hisslərlə səslənməsi mənim vokal ifaya bənzəyir. Nə yaxşı ki, vokal təhsilindən əvvəl skripka ilə tanış olmuşam. Çünki bu, mənə həm musiqini daha dərindən anlamağa, həm də səslə daha həssas davranmağa dəstək verir".

Musiqi sahəsində janr və keyfiyyət bölgüsü daim müzakirə mövzusu olub. Bu gün Azərbaycanın müasir estrada mühitində də bu bölünmə özünü açıq şəkildə göstərir. Musiqinin yalnız ritm və ahəngdən ibarət olmadığını anlayanlar üçün onun arxasında dayanan bilik, təhsil və sənətə yanaşma tərzi xüsusi əhəmiyyət kəsb edir. Gənc ifaçı Nərmin Əliyeva da məhz bu peşəkarlıq xəttini təmsil etdiyini düşünür. O, hər musiqinin öz dinləyicisi olduğunu qəbul etsə də, ali musiqi təhsili ilə meydana çıxan sənətə daha çox dəyər verilməsinin vacibliyini vurğulayır:

"Fikrimcə, hazırda Azərbaycan estradasında janr bölgüsü çox aydın görünür. İnsanlar musiqiləri artıq "bayağı" və "bayağı olmayan" kimi ayırıblar. Əlbəttə, bayağı adlandırılan musiqilərin də öz dinləyiciləri var. Biz heç kəsə nəyi dinləməli, nəyi dinləməməli olduğunu deyə bilmərik. Axı zövqlər müxtəlifdir.

Amma düşünürəm ki, musiqiyə peşəkar yanaşma və təhsil çox vacib faktorlardır. O ifaçılarla ali musiqi təhsili almış sənətçiləri bir tutmaq düzgün olmaz. Çünki bayaq da qeyd etdiyim kimi, təhsilsiz bir ifaçı müəyyən bir mərhələyə qədər irəliləyə bilər, amma sonra dayanır, çünki arxasında onu daşıyacaq baza yoxdur.

İnanıram ki, əsl musiqini, savadlı ifanı, peşəkarlığı qiymətləndirən dinləyicilər bizi dəyərləndirəcəklər. Hər kəsin öz auditoriyası olur, amma mənim məqsədim bu sənətdə öz yerimi keyfiyyətlə tutmaqdır. Ümid edirəm ki, mən də dünyanın ən zövqlü dinləyiciləri saydığım Azərbaycan musiqisevərlərinin könlünə yol tapa biləcəyəm".

Sonda...

Gənc ifaçı Nərmin Əliyeva ilə söhbətimiz təkcə musiqidən yox, eyni zamanda sənətə olan münasibətdən, yolçuluğun məsuliyyətindən, zövqün və təhsilin gücündən bəhs edirdi. Onun səsindəki güc təkcə səs tellərinin deyil, illərin zəhmətinin, alın tərinin və ən əsası, musiqiyə duyduğu sonsuz hörmətin nəticəsidir. Gənc, amma düşüncəli; həyəcanlı, amma prinsipial bir ifaçı kimi o, sənətə təsadüfən deyil, hazırlıqlı şəkildə daxil olur.

Nərminin yolunun haralara gedib çıxacağını zaman göstərəcək. Amma artıq bu gündən bəllidir ki, o, sənətdə bir yer tutmaq deyil, o yerə dəyər qatmaq istəyindədir. İnanırıq ki, bu istək, onu tanıyan, səsini eşidən hər kəsin qəlbində öz əks-sədasını tapacaq.

Şahanə MÜŞFİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 12 May 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see650

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see443

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see439

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see405

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see389

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see384

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see346

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see285

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see271

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see267

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see249

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see244

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see230

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see226

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see226

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see225

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see222

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see217

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri