Icma.az
close
up
RU
Tək analara iş saatı GÜZƏŞTİ verilə bilər KONKRET

Tək analara iş saatı GÜZƏŞTİ verilə bilər KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Tək ailə başçısı olan, həyat yoldaşını itirmiş qadınların sosial vəziyyəti və gündəlik çətinlikləri ilə bağlı Musavat.com-a müraciətlər daxil olub. “Övladlarımın 3 yaşı olanda həyat yoldaşımı itirmişəm. Uşaqlarımı çox əziyyətlə böyüdürəm, işdə oluram, anam da şəkər xəstəsidir, onlara vaxt ayıra bilmirəm. Xahiş edirəm, bizə iş saatı ilə bağlı güzəşt edilsin”.

KONKRET.az xəbər verir ki, bunu Aynur Əliyeva adlı paytaxt sakini musavat.com-a ünvanlandığı məktubda yazıb. Digər müraciətdə də qeyd edilir ki, əksər hallarda seçimdən deyil, məcburiyyətdən çalışırlar. Həm ailənin maddi yükünü daşıyır, həm də övladlarını təkbaşına böyütməyə çalışırlar. Lakin standart 8 saatlıq iş rejimi onlar üçün ciddi çətinliklər yaradır. Azyaşlı uşaqlara kifayət qədər vaxt ayıra bilməmək, onları məktəbə tək göndərmək məcburiyyəti, uşaqların günün böyük hissəsini evdə nəzarətsiz keçirməsi analar üçün həm psixoloji, həm də praktiki baxımdan ağır yükə çevrilir.

Burada tək ailə başçısı olan qadınlar üçün iş saatlarında müəyyən güzəştlərin tətbiqinin zəruriliyi ortaya çıxır.  Misal üçün, çevik iş qrafiki, qısaldılmış iş saatı və ya xüsusi əmək güzəştləri kimi mexanizmlər onların həm işləməsinə, həm də övladlarına daha yaxşı qayğı göstərməsinə dəstək ola bilər.

Bəs bu istiqamətdə Milli Məclisdə və ya aidiyyəti qurumlarda hər hansı müzakirə və ya qanunvericilik təşəbbüsü nəzərdə tutulurmu? Tək ailə başçısı olan qadınlara iş rejimi ilə bağlı güzəştlərin tətbiqi məsələsinə baxılması mümkündürmü?

Məsələ ilə bağlı iqtisadçı millət vəkili Vüqar Bayramov fikrini bölüşüb: “Ümumiyyətlə, sosial baxımdan güzəştlər müəyyənləşdirilən zaman keyfiyyət meyarlarının nəzərə alınmasını təklif edirik. Nəticə etibarilə, bu meyarların əsas götürülməsi həm tək qadınlar üçün güzəştlərin dairəsinin genişlənməsinə, həm də onların daha yaxından dəstəklənməsi siyasətinin gücləndirilməsinə imkan yaradır.

Eyni zamanda iş rejimi məsələsi də nəzərə alınmalıdır. Burada həm dövlət, həm də özəl sektor mövcuddur. Özəl sektor üçün güzəştlərin tətbiqi və ya daha qısaldılmış iş rejiminin tətbiqi tövsiyə olunur”.

Deputat əlavə edib ki, dövlət sektorunda isə xüsusilə tək qadınlar, himayəsində azyaşlı uşağı olan qadınlar və övladını tək böyüdən analarla bağlı güzəştlərin müəyyənləşdirilməsi məsələsinə baxıla bilər: “Burada əsas məqsəd həmin vətəndaşların sosial təminatının genişləndirilməsi və sosial rifahının daha da artırılmasının reallaşdırılmasıdır. Bu kontekstdə güzəştlərin tətbiqi məsələsinə baxıla bilər və hesab edirəm ki, bu istiqamətdə atılan bütün addımlar keyfiyyət meyarlarına əsaslanmalıdır. Əvvəldə qeyd etdiyimiz kimi, xüsusilə tək qadınlar, azyaşlı uşağı olan qadınlar və övladını tək böyüdən analar üçün güzəştlərin müəyyənləşdirilməsi məqsədəuyğun olar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 May 2026 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see481

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see432

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see336

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see283

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see274

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see270

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see266

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see258

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see258

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see238

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see223

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see220

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see215

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see214

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see213

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see207

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see205

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see204

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see190

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri