Icma.az
close
up
RU
Tək toxunuşla iki hesabı Instagram və Facebook u birdən idarə et

Tək toxunuşla iki hesabı Instagram və Facebook u birdən idarə et

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Populyar sosial media platforması olan "Instagram"a "Facebook" vasitəsilə daxil olmaq üçün əvvəlcə bu iki hesabı bir-birinə bağlamaq lazımdır. Bu sayədə paylaşdığınız bir postu eyni anda həm "Instagram", həm də "Facebook" hesabınızda yayımlamaq kimi üstünlüklər əldə edirsiniz.

Bizimyol.info xəbər verir ki, "webtekno" "Instagram"a "Facebook"ilə necə daxil olmaq və bağlı hesab necə silinər kimi tez-tez soruşulan sualları cavablandırıb.

Dünyada milyonlarla istifadəçisi olan "Instagram" platforması, 2012-ci ildə "Facebook" tərəfindən alındıqdan sonra bu iki platforma arasında bir çox ümumi xüsusiyyətlər yaranıb. "Facebook" ilə "Instagram"a daxil olaraq hər iki platformadakı izləyicilərinizi və dostlarınızı eyni anda görmək, eyni məzmunu paylaşmaq kimi üstünlüklər əldə edə bilərsiniz. Bunun üçün isə sadəcə hesabları bir-birinə bağlamağınız kifayətdir.

"Facebook" ilə "Instagram"a daxil olmaq bir çox istifadəçi tərəfindən həm sürətli giriş imkanı, həm də bir çox əlavə funksiyalara görə üstünlük kimi dəyərləndirilir. Xüsusilə "Facebook"un bütün platformalarını birləşdirməyə çalışdığı bu dövrdə hesabları əlaqələndirmək olduqca faydalıdır. Gəlin, bu prosesin necə edildiyinə birlikdə baxaq.

"Instagram"a "Facebook" ilə daxil olma addımları:

"Instagram" tətbiqini açın.Profilinizə daxil olun və yuxarı sağ küncdəki üç xətt (☰) işarəsinə toxunun.Ən aşağı enərək "Hesablar Mərkəzi" bölməsinə daxil olun."Daha çox hesab əlavə et" seçimini seçin.""Facebook"hesabı əlavə et" bölməsinə toxunun."Facebook" hesabınıza daxil olun və icazələri təsdiqləyin.Hesabların bağlantısını tamamlayın.

Bu addımları izlədikdən sonra "Instagram" və "Facebook" hesablarınız bir-birinə bağlanmış olacaq. Artıq "Instagram" profilinizə daxil olmaq istədikdə "Facebook" hesab məlumatlarınızdan istifadə edə bilərsiniz. Əgər yeni "Instagram" hesabı yaradırsınızsa, bu birləşdirməni qeydiyyat zamanı da edə bilərsiniz.

Tez-tez verilən suallar

"Instagram" və "Facebook" şəxsi profillərini, yoxsa biznes səhifələrini bağlaya bilərəm?

Həm şəxsi profilləri, həm də biznes səhifələrini bağlamaq mümkündür. Əgər biznes profili bağlayırsınızsa, "Facebook" Business Suite üzərindən daha ətraflı analizlərə çıxış əldə edirsiniz.

Hesablar bağlı olsa da, avtomatik paylaşımı dayandırmaq mümkündürmü?

Bəli. “Ayarlar və Məxfilik > Hesablar Mərkəzi > Paylaşım Ayarları” bölməsinə daxil olaraq “Avtomatik Paylaşım” funksiyasını deaktiv edə bilərsiniz. Beləliklə, hər paylaşım üçün ayrıca təsdiq tələb olunur.

Bağlantını sildikdən sonra əvvəlki paylaşımlar silinir?

Xeyr. Bağlantı silindikdə yalnız gələcəkdəki avtomatik paylaşımlar dayandırılır. Əvvəllər edilmiş paylaşımlar "Facebook"da qalır.

Eyni anda bir neçə Facebook hesabı bağlamaq mümkündürmü?

Xeyr, "Instagram"da eyni anda yalnız bir "Facebook" hesabı bağlı ola bilər. Başqa bir hesabı əlavə etmək üçün mövcud bağlantını silməli və yeni hesabı əlavə etməlisiniz.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:936
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 İyun 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri