Icma.az
close
up
RU
Təkcə Azərbaycan üçün deyil, Şərq dünyası üçün tarixi hadisə 28 May

Təkcə Azərbaycan üçün deyil, Şərq dünyası üçün tarixi hadisə 28 May

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“28 May-Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna yer tutur. Bu tarix yalnız müstəqil dövlətin yaradılması faktını deyil, həm də xalqımızın azadlıq, milli suverenlik və öz müqəddəratını müəyyən etmək iradəsini təcəssüm etdirir. Məhz 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunaraq müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasının əsası qoyulub. Xalq Cümhuriyyətinin yaradılması təkcə ölkəmiz üçün deyil, bütövlükdə region və Şərq dünyası üçün mühüm tarixi hadisə idi. XX əsrin əvvəllərində mürəkkəb geosiyasi şəraitdə Azərbaycan xalqı milli müstəqil dövlət qurmaq bacarığı nümayiş etdirdi. Tiflisdə qəbul edilən İstiqlal Bəyannaməsi müasir Azərbaycan dövlətçiliyinin ilk konstitusion sənədi kimi tarixə daxil oldu”. 
Bu fikirləri Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti ilk növbədə onun demokratik idarəçilik prinsiplərinə əsaslanması ilə bağlı idi. Respublika qısa müddət ərzində parlament, hökumət, milli ordu, dövlət atributları və diplomatik xidmət kimi mühüm dövlət institutlarını formalaşdırdı. Ölkədə hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, qanunvericilik bazasının yaradılmasına başlanıldı. Dövlət idarəçiliyində parlamentarizm ənənələrinin tətbiqi həmin dövr üçün olduqca mütərəqqi yanaşma hesab olunurdu. Xalq Cümhuriyyəti insan hüquq və azadlıqlarına əsaslanan müasir dövlət modeli formalaşdırmağa çalışırdı. Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin göstəricisi idi. Bu qərar bir çox Avropa ölkələrindən daha əvvəl qəbul edilmişdi və Azərbaycan cəmiyyətinin siyasi-modern düşüncə səviyyəsini nümayiş etdirirdi.
Millət vəkilinin sözlərinə görə, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz iz qoydu. Həmin dövrdə təhsil, ədliyyə, mədəniyyət və dövlət idarəçiliyi sahəsində mühüm islahatlar həyata keçirildi. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması milli kadr hazırlığı və intellektual potensialın formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyırdı.   Cümhuriyyətin fəaliyyətində xarici siyasət xüsusi yer tuturdu. Gənc respublikanın əsas məqsədlərindən biri beynəlxalq tanınmaya nail olmaq və aparıcı dövlətlərlə diplomatik münasibətlər qurmaq idi. Bu istiqamətdə həyata keçirilən fəaliyyət nəticəsində Azərbaycan beynəlxalq hüququn subyekti kimi tanındı. Məhz bu amil sonrakı dövrdə Azərbaycanın dünya siyasi xəritəsindən tamamilə silinməsinin qarşısını aldı.  

“1920-ci ildə bolşevik işğalı nəticəsində Azərbaycanın müstəqilliyi itirilsə də, milli dövlətçilik ideyası xalqın yaddaşında yaşamaqda davam etdi. Ümummilli Lider Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təsadüfi hadisə deyildi. Bu prosesə XIX əsrin sonu – XX əsrin əvvəllərində xalqımız arasında güclənən milli oyanış, azadlıq və istiqlal ideyaları zəmin yaratmışdı”,- deyən Sevinc Fətəliyeva əlavə edib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü rəsmi şəkildə Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisi elan etdi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il İstiqlal Bəyannaməsinə birbaşa istinad olunması müasir Azərbaycan dövlətinin tarixi varislik prinsipinə əsaslandığını təsdiqlədi. Lakin tarix göstərdi ki, müstəqilliyi əldə etmək qədər onu qorumaq da mürəkkəb və məsuliyyətli vəzifədir. Məhz buna görə də müasir Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi prosesində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət daşıyır. 1990-cı illərin ağır siyasi və iqtisadi böhran şəraitində xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər dövlətçiliyin xilaskarı kimi çıxış edərək ölkədə sabitliyi təmin etdi və müstəqil inkişafın əsaslarını formalaşdırdı.  
Deputat qeyd edib ki, Azərbaycan dövlətçilik tarixində mühüm simvolik hadisələrdən biri də üçrəngli dövlət bayrağının yenidən siyasi həyata qaytarılması idi. 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi qəbul olundu.   Bu addım Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm siyasi mesaj idi. Bu gün isə Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Respublikası uğurlu inkişaf mərhələsini yaşayır. Ölkəmiz siyasi, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə edib, beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. Ən mühüm tarixi nailiyyət isə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır.   Bu gün Azərbaycan bayrağının Qarabağ və Şərqi Zəngəzurda dalğalanması Azərbaycan Xalq Cümhuriyyətinin ideayalarının tam həyata keçməsinin rəmzi kimi qiymətləndirilir. 2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Qanun da dövlətçilik tariximizin ideoloji və hüquqi baxımdan düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin qanuna əsasən 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü elan olunub.   Bu qərar müasir Azərbaycanın dövlətçilik tarixinin məhz 1918-ci ildən başlandığını bir daha təsdiqləyir.

“Bu gün 28 May yalnız tarixi xatirə günü deyil. Bu tarix Azərbaycan xalqının azadlıq uğrunda iradəsinin, milli birliyinin və müstəqil dövlətçilik ənənələrinin təntənəsidir. Azərbaycan xalqı bir əsrdən artıq müddətdə sübut edib ki, müstəqillik onun milli kimliyinin və siyasi iradəsinin əsas sütunudur. Məhz buna görə də Müstəqillik Günü müasir Azərbaycanın milli dövlətçilik fəlsəfəsində xüsusi yer tutur və gələcək nəsillər üçün böyük tarixi-mənəvi əhəmiyyət kəsb edir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 May 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri