Icma.az
close
up
RU
Təkcə Bakıdakı obyektlərinin icarəsindən milyondan artıq qazanır İSPANİYADAN SONRA AZƏRBAYCAN PROKURORLUĞU DA HƏRƏKƏTƏ KEÇMƏLİDİR!

Təkcə Bakıdakı obyektlərinin icarəsindən milyondan artıq qazanır İSPANİYADAN SONRA AZƏRBAYCAN PROKURORLUĞU DA HƏRƏKƏTƏ KEÇMƏLİDİR!

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın milli təhlükəsizlik naziri olduğu dövrdə cinayət yolu ilə əldə etdiyi yüz milyonlarla vəsaiti ölkə xaricinə çıxaran Eldar Mahmudov yeni çətinliklə üzləşib.

Xatırladaq ki, sabiq MTN şefinin İspaniyanın Mallorca adasında 50 milyonluq mülkləri prokurorluğun araşdırması prosesindədir.

Hazırda İspaniyanın prokurorluq orqanları Eldar Mahmudovun övladlarının adına rəsmiləşdirdiyi bu mülklərlə bağlı istintaq araşdırması aparır.

Xatırladaq ki, Mahmudovlar bundan qabaq eyni problemlə  Böyük Britaniyada üzləşib.

Bu arada Gununsesi.info-nun əldə etdiyi daha bir məlumat Eldar Mahmudovun Bakıdakı əmılakları barədə olub.

Məlum olub ki, Eldar Mahmudovun vəzifəsini itirməsinə, yaxın çevrəsinin həbsdə olmasına baxmayaraq Bakıda icarəyə verdiyi obyektlərdən külli miqdarda vəsait qazanır.

“Eldar Mahmudovun təkcə Bakı şəhərində icrayə verdiyi mağazalar, restoranlar və digər daşınmaz əmlaklardan aylıq qazandığı icarə pulu 1 milyon manatı keçir” deyə mənbəmiz vurğulayıb.

Göründüyü kimi ölkədən çıxışına “stop” qoyulan Mahmudov buna baxmayaraq, Bakıda rahat şəkildə yaşayıb, pul qazana bilir.

Onun tamahının qurbanı olan generallar və nazirliyin ali zabit heyətinə daxil olan digər şəxslər isə həbsxanada onu söyməklə cəzalarını çəkir.

Görünür, onlar hesab edirmiş ki, Eldar Mahmudovun “güclü əli” onları qoruyacaq.

“Amma sən saydığını say, gör, fələk nə sayır” deyib atalarımız.

Ümid edək ki, Britaniyanın və İspaniyanın hüquq-mühafizə orqanları kimi Azərbaycanın da aidiyyatı qurumları Mahmudova ayda 1 milyon manatdan çox gəlir verən obyektlərin izinə düşəcək.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Noyabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri