Icma.az
close
up
RU
Təkəmçilər: Güney Azərbaycanda adətləri qoruyanlar ARAŞDIRMA

Təkəmçilər: Güney Azərbaycanda adətləri qoruyanlar ARAŞDIRMA

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Təkəmçilər: Yurdumuzun yaz müjdəçiləri” yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Giriş

Hər bir millətin tarixində hüznlü, kədərli günlərlə yanaşı sevincli, şən günlər də var. Nənə-babalarımızın “Toyla yas qardaşdır” ifadəsi nahaq yerə işlədilməyib. Yurdumuz Azərbaycanın sərt, şaxta, ürəkağrıdan qışlarından qurtuluş o qədər xoş və fərəhli idi ki, nənə-babalarımız yazın gəlişinə qədər günləri sayırdı. Sanki qürbətdə qalmış çox əziz bir kəsin evə qayıtmasını gözləyirdilər. Təsadüfi deyil ki, Azərbaycan mədəniyyətində Hicri təqvimi ilinin axırıncı ayı “bayram ayı” adlanır və bu ayın hər dörd çərşənbəsi də böyük bir coşğu və həvəslə qeyd olunurdu. İlin son dörd çərşənbəsinin qeyd olunması, nənə-babalarımızın azı bir ay qabaqdan yazın gəlişini gözlədiklərini göstərir. Gözü yolda qalan insanlara müjdə vermək də xalqımızın adətlərindəndir. Azərbaycan mədəniyyətində sayaçılar, kosa və keçəl, təkəmçi kimi obrazlar gözü yolda qalan insanlara yaz müjdəsi verənlərin sırasında yer alıblar. Bu yazıda Güney Azərbaycan mədəniyyətində təkəmçilərin yeri və bugünkü vəziyyətini araşdıracağıq.

Güney Azərbaycanda Novruz bayramının qorunub-saxlanılma cəhdləri

Güney azərbaycanlıların bir çox adət-ənənələrini və Azərbaycan mədəniyyəti ilə əlaqəli bir çox şeyləri unutdurub yox etmək istəyən İran hakimiyyəti Novruz bayramına nəinki qarşı çıxmır, onun daha təntənəli keçirilməsini təbliğ də edir. Ancaq onların təntənəli şəkildə keçirmək istədiyi və təbliğ etdiyi bayram Azərbaycan adət-ənənələrini əks etdirmir, azərbaycanlılığını itirmiş və farslaşmış bayramdır. 100 ildir Güney Azərbaycan türklərini assimilyasiya etməyə və onları farslaşdırmaya çalışan sistem Novruz kimi bir bayramı öz istədiyi kökə salmaq istəyir. Bu yöndə Azərbaycan türklərinin dilini, tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən bütün motivlərin unutdurulması və onların yerinə fars dilini, tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən motivlərin yerləşdirilməsi hədəf seçilib. Keçən il Novruz bayramı ilə əlaqəli yazdığımız yazıda bunların bəzilərinə toxunduğumuz üçün təkrar etmək istəmirik. Yalnız bir məqamı qeyd edəcəyik: keçən il Novruz bayramında Təbriz bələdiyyəsinin sifarişi ilə Güney azərbaycanlı rəssam Fatimə xanım Dadaşzadənin səyi ilə hazırlanan türk və Azərbaycan motivli dekorativ yumurtalar ölkədə böyük müzakirələrə səbəb olmuşdu. Bunun təkcə səbəbi yumurtaların bəzədilməsində fars deyil, Azərbaycan və türk mədəniyyət və kimlik elementlərindən istifadə olunması idi.

Quzeyli oxucular üçün qərib gələ bilər, amma keçən il Novruz bayramında bu yumurtalar böyük bir gərginliyə səbəb olmuşdu!

Daha əvvəlki yazılarımızda da vurğuladığımız kimi, bu gün Güney Azərbaycan xalqı öz dilini, tarixini və mədəniyyətini qoruyub saxlamaqda qərarlıdır. Təbii ki, Novruz bayramı ilə bağlı adət-ənənələr də Azərbaycan mədəniyyətinin bir parçası olaraq qorunub saxlanılmalıdır. Məhz buna görə də Azərbaycanımızın quzeyində heç bir həssaslıq göstərilmədən işlənən Novruz sözü Güney Azərbaycan türkləri tərəfindən işlədilmir. “Novruz” farsca olduğu üçün, istər-istəməz bayramın farslara aid olması təəssüratını yaradır. Farslar da elə bu sözdən yola çıxaraq bu bayramın onlara aid olduğunu iddia edib Güney azərbaycanlıların keçirdiyi bayramı farslaşdırmağa çalışırlar. Halbuki yaz bayramını qeyd etmək ümumiyyətlə türklərin, xüsusilə də azərbaycanlıların ən qədim dəblərindən sayılır.

Təkəmçilər: Yurdumuzun yaz müjdəçiləri

Güney Azərbaycanda Novruz bayramını “Fars bayramı” kimi deyil, “Azərbaycan bayramı” kimi qeyd etmək cəhdləri içində son zamanlarda yavaş-yavaş unudulub aradan gedən bayram adət-ənənələrinin və dəblərinin yenidən canlandırılması da yer almaqdadır. Təəssüflər olsun ki, bu adətlərin bəziləri - məsələn, sayaçılar - günümüzdə tam olaraq unudulub. Lakin hələ də yaşamaqda olan dəblərimiz də var. Bunlardan biri Güney Azərbaycana yaz müjdəsi gətirən və xalq arasında bayram müjdəçiləri kimi tanınan təkəmçilərdir.

Təkəmçilik Güney Azərbaycanda keçirilən ənənəvi və irsi mərasimdir. Bu mərasim yazın gəlişini qarşılamaq üçün təşkil edilib. Mərasim zamanı Azərbaycanın müxtəlif yerlərində təkəmçi adlanan bir sıra insanlar ənənəvi geyimdə ortaya çıxırlar. Təkəmçilər özünəməxsus şeirləri, hərəkətləri, rəqsləri ilə insanları sevindirir, onları yazın gəlişinə hazırlayırlar.

Bildirilir ki, keçmişdə rabitə vasitələri məhdud olduğu üçün, xüsusən də kəndlərdə təkəmçilər elçi və xəbər daşıyıcısı kimi fəaliyyət göstərirdilər. Bu adət, adətən ilin axır çərşənbəsinə bir neçə gün qalmış icra edilirdi. Təkəmçilər kəndlərə çatan kimi yazın gətirdiyi həyat və təravətlə insanları sevindirdilər. Onlar xüsusi mahnılar ifa edər və yerli sakinlərin bayram şənliyinə qatılmağını sağlardılar.

Bu arada, qeyd etmək lazımdır ki, tarixi araşdırmalara görə, bu ənənəvi Azərbaycan ritualı Səfəvilər dövründə dini mahiyyət də alıb və bu ayin Azərbaycanda Qurban bayramı, Ramazan bayramı və Qum Qədir bayramı kimi dini bayramlarda da icra olunub. Bunu sübut edən, tarixi sənədlərlə yanaşı, dini mahiyyəti olan, lakin təkəmçi şeirlərinin üslubunda qorunub saxlanılan şeirlərdir. Hər halda bu gün Güney Azərbaycanda təkəmçilik yalnızca öz ilkin tarixi funksiyasını yerinə gətirməkdədir: Yəni, Azərbaycana yaz müjdəsini gətirməkdədir.

Təkəm nə deməkdir? Təkəmçi kimdir?

Sürüsünün iri erkək keçisi mənasını verən “təkə” yaz mövsümündə kənd təsərrüfatında mühüm rol oynayırdı. Yazın gəlişi ilə kəndin fermerləri əkinçilik işlərinə başlamağa hazırlaşırdılar. Təkə öz ağlı və təcrübəsi ilə sürünü ən yaxşı otlaqlara və su mənbələrinə istiqamətləndirirdi ki, onları təhlükəsiz və lazımi qidalanma ilə əlverişli nöqtəyə çatdıra bilsin. Təkədə olan bu liderlik ruhu ən qədim zamanlardan insanların diqqətini çəkib.

Mesopotamiyalılar dağ keçisini insanlar və sürülər üçün məhsuldarlıq simvolu hesab edirdi. Keçi şumerlərin məhsuldarlıq tanrısı Təmmuz və ya Dumuzi ilə əlaqələndirilir. Mesopotamiyada fəsillərin dəyişməsi mifinin mərkəzi fiquru olaraq bilinən Təmmuzun yanında təsvirə çəkilib. Keçi eramızdan əvvəl III minilliyə aid Şumer möhürlərində, Həyat Ağacının hər iki tərəfində keşikçi kimi təsvir olunub. Yəni, Mesopotamiya mifologiyasında keçi obrazı ümumiyyətlə, həyat, fəsillərin dəyişməsi, doğum və məhsuldarlıq anlayışları ilə əlaqələndirilib. Keçi Azərbaycan mifoloji görüşlərinin də ən möhtəşəm obrazı kimi rituallarda bu günədək yaşamaqdadır (Ramazan Qafarlı, filologiya üzrə elmlər doktoru). Keçinin Azərbaycan mifoloji görüşlərində funksiyasını ilk dəfə müəyyənləşdirib geniş təhlilini aparan Mirəli Seyidov düzgün nəticəyə gəlib. “Keçi yazın bəlgəsidir, buna görə də yaz bayramında aparıcıdır, Günəşlə əlaqəlidir. Keçi yaxşılığı təmsil edib, insanlara ruzi verib”.

Təkəmçilər ipdən və ağacdan hazırlanmış olan təkə, yaxud keçiyə bənzəyən gəlinciklər düzəldib, yaz ərəfəsində kəndlərdə bu kuklalarla keçinin hərəkətlərini təqlid edərək özlərinə məxsus şeirlər oxuyurdu. Bu mərasimdə oxunan mahnı və şeirlər çox vaxt kənd həyatı, kənd təsərrüfatı, təbiətlə bağlıdır. Təkəmçi xalqının həyatı və dəyərləri haqqında sadə və ürəyə yatan şeirlər oxuyar:

Ay təkəmin kəndi var,

Kəməndi var, kəndi var.

Hər qapıda oynasa,

Bir nəlbəki qəndi var.

*

Bu təkəm, axta təkəm,

Boynunda var noxta təkəm.

Gah qul olar satılar,

Gah çıxar taxta təkəm.

*

Bizim yerdə yumurtanı boyarlar,

Onu dönüb yeddi rəngə boyarlar.

Yeddisin də təhvil üstə qoyarlar,

Sizin bu təzə bayramız mübarək!

Ayız, iliz, həftəz, günüz mübarək!

Bəzən təkəmçinin şeirlərində insan, ictimai, ailə münasibətlərinə yumoristik və ya satirik prizmadan baxılır:

Təkəm getdi Mərəndə,

Tamaşadı gələndə.

Kül təkəmin başına,

Qaynanası biləndə!

Təkəmçilik yalnızca peşəkar təkəmçilərə aid olmayıb, uşaqların da bayram sevincini yaşamalarına vəsilə olub. İlin son günlərində kənd uşaqları təkəmə oxşayan gəlinciklər düzəldirdilər. Bu kuklalar sapdan və ağacdan hazırlanırdı, qolları və ayaqları hərəkətli idi ki, keçinin hərəkətlərini təqlid edə bilsinlər. İlin son gecələrində, xüsusilə də İlaxır çərşənbəsində, uşaqlar təkəm kuklalarını götürərək qapılara gedir və təkə kuklasını yerindən tərpətməklə yeni ilin başlandığını bildirirdilər. Ev sakinlər isə bu uşaqları şirniyyat və hədiyyələrlə qarşılayırdılar. Şənlik, sevinc bütün kəndə yayılırdı.

Azərbaycanın digər mədəni ünsürləri kimi təkəmçilər də zamanla bölgənin mədəniyyətinin və kimliyinin qorunub saxlanılmasında və ötürülməsində mühüm rol oynayıblar. Təkəmçilər öz oyun və rəqsləri, mahnıları ilə yazın başlanğıcını qeyd etməklə yanaşı, insanlarla təbiət, fərdlərlə cəmiyyət, keçmişlə indi arasında sıx əlaqə yaradırlar.

Son söz:

Təkəmçilik Güney Azərbaycanın mədəni nümunələrindən biridir ki, farslaşmanın dağıdıcı və yıxıcı selindən sağ çıxa bilmiş və bu günə qədər davam etmişdir. Son zamanlarda bu adəti qoruyub saxlamaq uğrunda çox ciddi cəhdlər göstərilib. Nəticədə bu gün biz təkəmçiliyin Güney Azərbaycanda yenidən canlanmasına şahid ola bilmişik. Lakin Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin, kimliyinin düşmənləri Azərbaycanın bu mədəni elementinə qarşı da düşmənçiliklərini sürdürməkdədirlər. İki il əvvəl Təbriz Bələdiyyəsi Azərbaycan xalqının təkəmçilərə olan marağını müşahidə edərək Təbrizin meydanlarından birində təkəmçi elementlərinin tikilib quraşdırılmasına başladı. Lakin bu element dəfələrlə Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin, kimliyinin düşmənləri tərəfindən təxrib edildi və nəhayət, öz yerindən qaldırıldı.

Demək, günümüzdə təkəmçilər qədim zamanlar kimi yalnızca yaz müjdəçiləri kimi yox, Azərbaycan mədəniyyətinin qoruyucuları və davamçıları kimi də funksiyaya malikdirlər. Onlar bu mədəniyyətin bir parçası olaraq bu mədəniyyətin qorunub saxlanılmasını təmin edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Aprel 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Dostu 6 bıçaq zərbəsi vurdu

29 May 2025 16:45see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see111

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see111

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri