Icma.az
close
up
RU
Güney Azərbaycanda erməni vəhşiliklərindən bəhs edən kitab ARAŞDIRMA

Güney Azərbaycanda erməni vəhşiliklərindən bəhs edən kitab ARAŞDIRMA

Icma.az bildirir, Apa.az portalına istinadən.

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Azərbaycan mərkəzli tarixçiliyin formalaşması” yazısının II hissəsini təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Bundan əvvəlki məqalədə qeyd etdiyimiz kimi, fars-Qərb tarixçiliyinin Güney Azərbaycan üzərində illər boyu hökmranlığından sonra bu bölgənin tədqiqatçıları və tarixçiləri bu buxovlardan qurtulub Azərbaycan mərkəzli tarixçilik düşüncəsi istiqamətində əsərlər yazmağa başladılar. Təbii ki, fars-Qərb tarixçiliyinin məhdudiyyətlərindən tam qurtulmaq, eləcə də sözügedən tarixçiliyin yanlış və qərəzli metodologiyasından tamamilə xilas olmaq o qədər də asan deyildi. Məhz buna görə də Güney Azərbaycan tarixçilərinin son onilliklərdə Azərbaycan mərkəzli tarixçilik düşüncəsinin qurulması istiqamətində göstərdikləri bütün cəsarət və uğurlara baxmayaraq, hələ də fars-Qərb tarixçiliyinin onların əsərlərində və düşüncələrində az-çox təsir nümunələrini görmək olar. Nəzərə alsaq ki, ötən yazıda bunun səbəblərindən müəyyən qədər bəhs etmişik, bu yazıda təkrara ehtiyac yoxdur. Bu yazıda Azərbaycan mərkəzli tarixçiliyin formalaşmasında rolu olan tədqiqatçılardan, tarixçilərdən və onların yazdıqları kitablardan bəhs etməyə üstünlük verəcəyik.

Məhəmməd Rza Bağban Kəriminin 2000-ci ildə çapdan çıxmış “Azərbaycan türkcəsində inkişaflar tarixinə bir giriş” kitabı Güney Azərbaycan tarixçi və tədqiqatçılarının fars tarixçiliyindən qopmaq cəhdlərinə daha bir nümunədir. Bu kitab nisbətən az həcmli olmasına baxmayaraq, Azərbaycan türk dilinin tarixi haqqında dəyərli məlumatlar verir və oxucular tərəfindən rəğbətlə qarşılanır. Rza Bağban Kərimi sonralar Azərbaycan tarixi və ədəbiyyatı ilə bağlı çox saylı kitab və məqalələr yazıb.

(Məhəmməd Rza Bağban Kəriminin “Azərbaycan türkcəsində inkişaflar tarixinə bir giriş” adlı kitabı)

XXI əsrin əvvəllərində oxucular tərəfindən rəğbətlə qarşılanan və Güney Azərbaycan türklərinin milli özünüdərkinə təsir göstərən digər əsər də “Türklər və onların İranda tarixi, dili və kimliklərinin tədqiqi” kitabı idi. Bu kitab da güclü və zəif cəhətləri baxımından indiyə qədər təqdim etdiyimiz kitablarla demək olar oxşardır. Lakin kitabın müəllifi Həsən Raşedi sırf Azərbaycan tarixinə və ya türk dilinin tarixinə diqqət yetirməkdənsə, Azərbaycanın mədəni vəziyyəti, mərkəzi hakimiyyətin repressiya siyasəti, bu siyasətin tənqidi kimi sahələrin üstünə getməyə üstünlük verib.

(Həsən Raşedinin “Türklər və onların İranda tarixi, dili və kimliklərinin tədqiqi” kitabı)

Görünür, bu kitabın uğur qazanmasının səbəblərindən biri də müəllifin mücərrəd tarixi məsələlərə çox diqqət yetirmək əvəzinə konkret məsələlərə yanaşması olub.

XXI əsrin əvvəllərini Güney Azərbaycan türklərinin öz tarixlərini oxumağa yüksək maraq göstərdiyi illər adlandırmaq olar. Məhz bu illərdə Güney Azərbaycan türklərinin mədəni fəaliyyətlərinin genişlənməsi, hökumətin və Azərbaycan mədəniyyəti əleyhdarlarının təbliğat reaksiyaları nəticəsində çox sayda Güney Azərbaycan türkü, xüsusən də gənc nəsil onları maraqlandıran suallara cavab axtarırdı. Bu sualların ən başında duranı “Mən kiməm?!” sorğusu idi. Düzdür, gənc nəslin tarixi öyrənməkdə məqsədlərindən biri də Azərbaycan tarixi və mədəniyyətinin əleyhdarlarının ittihamlarına cavab vermək idi, amma reallıq ondan ibarətdir ki, bu gənclərin bir çoxu opponentlərin ittihamlarına cavab verməzdən əvvəl öz beyinlərindəki şübhələrini aradan qaldırmağa çalışırdılar. Bu şübhələr həmin gənclərin beynində hökumətin illərlə apardığı amansız təbliğat nəticəsində, məktəb və universitet dərslikləri vasitəsilə yaranmışdı. Dediyimiz kimi, mədəni fəaliyyətin genişlənməsi, milli özünüdərkin artması ilə bu gənclər tarix kitablarına və hökumətin təbliğatına şübhə ilə yanaşmağa başladılar. Bu şübhələri aradan qaldırmaq üçün onlara tarix kitabları lazım idi. Məhz buna görə də həmin illərdə Azərbaycan tarixi haqqında yazılmış kitablar yaxşı satılır, oxucular tərəfindən rəğbətlə qarşılanırdı. Bu rəğbəti qarşılamaq üçün yeni kitablar da yazılıb yayınlanırdı.

Güney Azərbaycanlı tarixçi Səməd Sərdariniya Azərbaycan tarixi ilə əlaqəli “Azərbaycan tarixinə səyahət” və “Arazın hər iki tərəfində müsəlmanların qırğını” kimi kitablar yazmaqla bu ehtiyacın qarşılanmasında mühüm rol oynamışdı. Səməd Sərdariniya Azərbaycan mətbuatında da tarixlə bağlı çoxsaylı məqalələr yazmışdı.

(Səməd Sərdariniyanın “Azərbaycan tarixinə səyahət” kitabı)

Səməd Sərdariniya “Arazın hər iki tərəfində müsəlmanların qırğını” adlı kitabında 20-ci əsrin ilk illərində Araz çayının hər iki sahilində ermənilərin törətdiyi cinayətlərdən bəhs edir. Qarabağın işğal altında olduğu illərdə yazılmış bu kitab sanki keçmiş ilə indinin arasına bir körpü rolu oynayaraq ermənilərin əsil mahiyyətini üzə çıxarırdı.

(Səməd Sərdariniyanın “Arazın hər iki tərəfində müsəlmanların qırğını” kitabı)

Unutmayaq ki, həmin illərdə fars-Qərb tarixçiliyinin tərəfdarları ilə Azərbaycan mərkəzli tarixçiliyin tərəfdarları arasında gedən mübahisələrlə yanaşı, Qarabağ məsələsi və ermənilərin iddiaları də hər iki tərəfdə ciddi müzakirə obyekti idi. Məhz buna görədir ki, bu oxuduğunuz məqalənin müəllifi Məhəmməd Rəhmanifər “Urartu tarixi” adlı kitabında Azərbaycanın qədim tarixini izah edərkən, ermənilərin iddialarını rədd etmək üçün də tarixi faktlar təqdim edir və ermənilərin iddialarının əksinə olaraq Urartu sivilizasiyasının onlarla heç bir əlaqəsi olmadığını və qədim bir Azərbaycan sivilizasiyası olduğunu göstərir.

(Məhəmməd Rəhmanifərin “Urartu tarixi” kitabı)

Pərviz Zare Şahmərəsi də Azərbaycan tarix kitablarındakı boşluğun doldurulmasında mühüm rol oynamış, Azərbaycan tarixi, dili və ədəbiyyatı ilə bağlı çox saylı kitab və məqalələr yazmış yazıçıdır. Şahmərəsi həm də Azərbaycan və türklər tarixinə dair yazılmış çox saylı kitabları İstanbul və Azərbaycan türkcələrindən fars dilinə tərcümə edib nəşr etdirib. Onun yazdığı “Azərbaycanda türk dilinin tarixi” adlı kitab Azərbaycanda türk dilinin inkişafının tarixi aspektlərindən bəhs edir. Kitabda yer alan bəzi mövzular bunlardır: “Türklərin Azərbaycana gəlişi”, “XI əsrdə türk dilinin mövqeyi”, “XII əsr - Azərbaycan ədəbiyyatının çiçəklənmə dövrü”, “XIII əsr - İran ədəbiyyatında türk dilinin qüdrətli varlığı”, “XIV əsr - Azərbaycan türkcəsində şeir və nəsrin yaranması”. Kitabın adından da göründüyü kimi, Şahmərəsi Azərbaycan tarixinə diqqət yetirmək əvəzinə, Azərbaycan türk dili və ədəbiyyatının çiçəklənməsinin tarixi prosesini izah etməyə çalışır. Əslində Güney Azərbaycan yazıçıları və tədqiqatçıları çalışdıqları mövzuları seçərkən xalqın istək və ehtiyaclarından güclü şəkildə təsirlənirlər. Əvvəlki məqalədə və bu məqalədə ən təsirliləri qeyd olunan tarixi kitablar yazıldıqdan sonra Azərbaycanda türk dili və ədəbiyyatı tarixinin tədqiqinə ehtiyac daha da güclənib, çox saylı tədqiqatçılar bu sahədə kitablar yazıblar.

(Pərviz Zare Şahmərəsinin yazdığı “Azərbaycanda türk dilinin tarixi” kitabı)

Təbii ki, Azərbaycan türklərinin tarixindən, dilindən, ədəbiyyatından danışarkən doktor Cavad Heyətin fəaliyyətlərini nəzərdən qaçırmaq olmaz. Cavad Heyət də Azərbaycan və türk tarixi, dili və ədəbiyyatı ilə bağlı çox saylı kitab və məqalələr yazıb. Cavad Heyətin yazdığı 2 cildlik “Azərbaycan Ədəbiyyat Tarixinə Bir Baxış” adlı kitab Güney Azərbaycanda Azərbaycan Ədəbiyyat tarixi haqqında işıq üzü görən ilk kitablardan sayılır. İranda Pəhləvi rejimi (1925-1979) dağıldıqdan sonra işıq üzü görmək şansı tapan bu kitab 1979-cu ildə yayınlanıb.

(Cavad Heyətin yazdığı 2 cildlik “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” adlı kitab)

Doktor Cavad Heyətin lap çox oxunan kitabı fars dilində yazdığı “Türk dili və ləhcələri tarixinə səyahət” olub. Bu kitabda qədim dövrlərdən günümüzə qədər Türk dilinin tarixi, inkişafı və dəyişikliyə məruz qalmasından bəhs olunur. Kitabda fərqli tarixi dövrlərə aid ədəbi əsərlərin adı keçir və nümunələr verilir.

(Cavad Heyətin “Türk dili və ləhcələri tarixinə səyahət” adlı kitabı)

Bundan əvvəlki yazıda da nəzərdən keçirdiyimiz kitabların müəllifləri ümumiyyətlə, Azərbaycanın tarixi, ədəbiyyatı və dilinə diqqət yetiriblər. Bununla belə, Azərbaycanın bir bölgəsi və ya şəhərinin tarixinə xüsusi diqqət yetirən yazıçılar da olub. Doktor Məhəmməd Əmin Riyahinin yazdığı “Xoy tarixi” kitabı Azərbaycan şəhərləri tarixinin ən gözəl nümunələrindən sayıla bilər. Təəssüf ki, bu kitabın müəllifinə fars-qərb tarixçilik yanaşmasının böyük təsiri olub. Yazar İslamdan sonrakı tarixi yaxşı yazsa da, şəhərin İslamdan qabaq dövrünə aid tarixini fars-qərb tarixçilik yanaşmasının qaydalarına uyğun qələmə alıb. Bir də elə həmin yanaşma tərzindən yola çıxdığına görə Azərbaycanda türk dili və tarixini yetərincə diqqətə almır.

Azərbaycan mərkəzli tarixçilik yanaşmasına əsaslanaraq Azərbaycan şəhərlərinin tarixini açıqlayan kitabların bəlkə də ilk nümunəsi doktor Tohid Məlekzadə Dilməqaninin yazdığı “Salmas tarixi” kitabıdır. Yazar bu kitabda Salmas şəhərinin tarixini Azərbaycanın ən qədim tarixinə dayanaraq izah edir. Qeyd etmək lazımdır ki, belə kitablar Azərbaycanın fərqli yerlərində yaşayan oxucuları bir o qədər maraqlandıra bilməsə də, ehtiva etdiyi bölgədə yaşayan insanların diqqətini çəkir.

(Tohid Məlekzadə Dilməqaninin yazdığı “Salmas tarixi” adlı kitab)

Son söz:

Əvvəlki və indiki məqalədən də gördüyünüz kimi, fars-qərb tarixçilik yanaşmasının yanlış tezislərindən qoparaq, Güney Azərbaycanda Azərbaycan mərkəzli tarixçilik yanaşmasına əsaslanan tarix yazılmasının çoxlu eniş-yoxuşları olub. Əlbəttə, fars-qərb tarixçilik yanaşmasının yanlış tezislərindən qopmaq bir o qədər də asan olmayıb. İlk çalışmalarda Azərbaycan mərkəzli tarixçilik yanaşması əsas alınsa da, fars-qərb tarixçilik yanaşmasının yanlış tezislərinin çalışmalara hakim olduğunu görürük. Lakin get-gedə bu bağlılığın azalmasına və tarix araşdırmalarında Azərbaycanın mərkəzə alınmasına şahid oluruq.

Oxuduğunuz bu iki məqalədə yuxarıda danışdığımız məsələnin prosesini və gedişatını praktiki nümunələrlə açıqlamağa çalışdıq. Təbii ki, Güney Azərbaycanda, xüsusilə son zamanlarda, Azərbaycan mərkəzli tarixçilik yanaşmasına əsaslanaraq yazılmış olan kitabların sayı daha çoxdur. Lakin qeyd etdiyimiz kimi, biz bu gedişatın hardan başlandığını və necə irəlilədiyini açıqlamaq istədiyimiz üçün yalnız bu hərəkatın öncülləri sayılan müəllifləri təqdim etdik. İnancımıza görə, hər bir xalqın milli tarixə ehtiyacı var və Güney Azərbaycan tədqiqatçıları Azərbaycanın milli tarixinin yazılması istiqamətində möhkəm addımlar ata biliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neft Daşları”nda kran dənizə düşdü maşinist öldü

18 Mart 2025 21:16see643

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

18 Mart 2025 01:12see134

İnter Mayami liderliyə qalxıb

18 Mart 2025 00:16see126

Konor Makqreqor ailəsi ilə birgə Ağ Evdə FOTOLAR

18 Mart 2025 06:03see125

ABŞ dan dəhşətli fırtına: azı 40 nəfər ölüb

18 Mart 2025 00:33see119

ABŞ husilərə şərt qoydu

18 Mart 2025 01:49see119

Rusiya və Efiopiya birgə dəniz təlimləri keçirəcək

17 Mart 2025 19:38see117

Nəsrin sevgilisi ilə Yunanıstana getdi

17 Mart 2025 18:11see117

Bolta Jiquli ilə qoşulmağa icazə verildi FOTOFAKT

17 Mart 2025 17:17see117

İsrailin Qəzzaya hava zərbələri: Həlak olan fələstinlilərin sayı artıb

18 Mart 2025 07:08see116

Rozmarinin qorxulu xəstəliyə qarşı FAYDASI

18 Mart 2025 07:31see116

Kişilər evlənəndə niyə kökəlir?

18 Mart 2025 06:20see116

Amerikalılar Trampın bu qərarlarını dəstəkləyirlər

18 Mart 2025 05:30see116

Yalnız qəhvə və şərabla qidalanan dünyanın ən yaşlı pişiyi

18 Mart 2025 07:03see116

“iPhone”da yeni bir dövr “iPhone 17 Ultra” gəlir

18 Mart 2025 05:46see115

Lənkəranda keçirilən turnirin qalibi müəyyənləşdi

17 Mart 2025 19:00see115

Tramp İranı hədələdi

17 Mart 2025 21:55see113

Ürəyi zəif olanlar baxmasın: Manyaklar haqqında ən yaxşı 6 film VİDEO

17 Mart 2025 19:04see112

Azərbaycan beynəlxalq arenada böyük etibar qazanıb

17 Mart 2025 17:01see112

Haber Global : Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır

17 Mart 2025 23:51see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri