Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Təki Vətən Yaşasın Baş leytenantın son nəğməsi

Təki Vətən Yaşasın Baş leytenantın son nəğməsi

525.az saytına istinadən Icma.az xəbər verir.

44 günlük Vətən müharibəsi - haqq savaşımız Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Azərbaycanın, eləcə də dünya hərb tarixinin yaddaşına qızıl hərflərlə yazılan bu qələbə xalqımızın nə qədər yenilməz və qəhrəman ruhlu olduğunu bir daha sübut etdi.

Bu şərəfli Zəfərin memarlarından biri də şəhid Əmrah Hüseynli idi - adı dillərdə dastana dönən, igidliyi ilə millətin başını göylərə ucaldan, gələcək nəsillərə torpaq, Vətən, millət sevgisinin nə demək olduğunu göstərən bir əsgər, bir qəhrəman, bir əfsanə.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əmrah Hüseynli ölümündən sonra "3-cü dərəcli Rəşadət" ordeni, eləcə də "İgidliyə görə", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunaraq, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi.

Əmrah Namiq oğlu Hüseynli 12 oktyabr 1994-cü ildə Cəlilabad rayonunda dünyaya gəlmişdi. Vətən sevgisi və hərbi xidmətə olan istəyi onu daha gənc yaşlarında - 2010-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirdi. Liseydə təhsili dövründə idmanda qazandığı uğurlar, səyi və intizamı ilə həm yaşıdlarının, həm də müəllimlərinin hörmətini qazanmışdı.

Hərbi liseyi yüksək nəticələrlə bitirən Əmrah 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirdi. "Taktiki kəşfiyyat qoşunları komandiri" ixtisası üzrə məzun oldu. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin "Təməl komanda" kurslarını müvəffəqiyyətlə bitirərək, elit hərbi birliyin sıralarında xidmət etməyə başladı.

2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Əmrah Hüseynli artıq Azərbaycan Ordusunun baş leytenantı idi. O, "Təki Vətən yaşasın!" şüarı ilə döyüşə atıldı. Cəbrayıl, Füzuli və Murovdağ istiqamətlərində gedən ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirdi, müharibənin ən qaynar nöqtələrində öz hünərini göstərdi.

7 oktyabr tarixində Xocavənd uğrunda gedən döyüşlər zamanı yaxınlığında mərmi partlaması nəticəsində ağır yaralanmasına baxmayaraq, sadəcə 4 gün hospitalda qaldı və sonra - yaralı halda silahdaşlarının yanına döndü. Döyüş yoldaşlarını tək qoymadı, mübarizəyə qaldığı yerdən davam etdi.

26 oktyabrda Xocalı rayonunun Çanaqçı kəndi uğrunda gedən döyüşlərdə Əmrah Hüseynli qəhrəmancasına şəhid oldu.

Əmrah Hüseynli təkcə bir ailənin, bir rayonun yox, bütün Azərbaycan xalqının qürur mənbəyidir. O, şəhadəti ilə bizlərə əbədi bir dərs verdi: Vətən torpağı namusdur, qorunmalı, sevilməli və uğrunda canını əsirgəməməlidir.

Zəfər ORUCOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri