Icma.az
close
up
RU
Təki Vətən yaşasın

Təki Vətən yaşasın

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Zəfər şəhidi Orxan Dadaşlı ulduzlu dünyasında 29 yaşına çatdı

Vətən sevgisi Orxan Elxan oğlu Dadaşlının qəlbinə uşaq yaşlarında hakim kəsilmışdi. Onun daşına, ayaq tutub yeridiyi torpağına o qədər bağlanmışdı ki, belə bir yurdun vətəndaşı olmağı özünə fəxr bilirdi. Onun bir qarışını da yada yurd olmağına qıymırdı. Odur ki, boya-başa çatdığı Lənkəran rayonu, Darquba kənd məktəbini 2013-cü ildə bitirib nəyin bahasına olursa-olsun Vətən torpaqların tezliklə mənfur düşmənin tapdağından azad etmək istəyi ilə ordu sıraların gedir.

Özü arzuladığı kimi, əyninə əsgər paltarını cəbhə bölgəsində geyinir. Vətənə qeyrətli oğullar gərək olduğu bir zaman bununla qürur duyur və varlığına qurban dediyi doğma Azərbaycana vicdanla, namusla xidmət edir. Komandirlərinin tapşırıqlarını uğurla yerinə yetirir, əsgərlər arasında sayılıb-seçilir. Orxan bir il altı ay əsgərlik həyatında yalnız Vətən olan halal sevgisi, cəsurluğu, çevikliyi, eləcə mərdliyi ilə yadda qalır. Ən əsası isə atıcı-snayper əsgər əzəli yurd yerimiz Qarabağı zəbt edən erməni dığalardan qisas alacağı məqama hazırlaşır.

Əsgərliyi üzüağ başa vuran Orxan bir müddət doğma Darquba kəndində el-obanın səadəti naminə qurub-yaratmaqdan doymur. Həmişə arzuların zirvəsi Vətənin azadlığı, xalqın xoşbəxtliyi olan gənc oğlan yağının hərəkətlərini də unutmur . İkinci Qarabağ müharibəsi başlanan kimi yurdunun yararına məlhəm olmaqdan ötrü könüllü silaha sarılır, Füzulidə döyüş meydanına girir. İlk gündən rəşadət nümunəsi göstərən Orxan düşmənə böyük itkilər verir. Daha sonra Vətənə alovlu sevgisi Cəbrayılda, Qubadlıda, Zəngilanda bilinir. Hər üç rayonun azad olunmuş torpaqlarında qələbə bayrağımızı ucaldan qeyrətli oğullardan biri qəhrəman Orxan olur.

Orxan müharibə meydanında dığaların anasını ağlada-ağlada Şuşaya qədər gedir. Hər qarşı torpağın, neçə-neçə şəhidin qisasını alır. Noyabrın 9-da Şuşada şəhidlik zirvəsinə ucalan qəhrəman zəfər günümüzü görə bilir. Bu onun arzuladığı gün idi. Və buna görə də ölümü gülə-gülə qarşılayıb son nəfəsində deyir: “Vətən yolunda şəhid olmağı bacaran oğulların çiyinlərində Vətən olur. Məndə arzuma çatdım. Təki Vətən yaşasın...”

Orxanın bu şəhidliyi bütün Azərbaycana başucalığı gətirir. Dövlətdə öz qəhrəman oğlunu “Vətən uğrunda”, Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının azadlığına görə medallara layiq görür.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Yanvar 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri