Icma.az
close
up
RU
Yaşasın, çox yaşasın, Belarus!

Yaşasın, çox yaşasın, Belarus!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Yayın istisində harda sərinlənmək olar?
Hamamda!
Qışın soyuğunda harda qızınmaq olar?
Hamamda! (“O olmasın, bu olsun” filmindən)
Fernando Santuşun çalışdırdığı Azərbaycan millisi iyunun 10-da Mərdəkanda Macarıstanla qarşılaşacaq.

Artıq görüşü idarə edəcək hakimlərin də adları açıqlanıb. Eloğlumuz, AFFA-nın ən sevimli hakimlərindən olan Cavid Cəlilovun dördüncü hakim kimi yer alıdğı briqadanın qalan üzvləri Belarusdan olacaq. Baş hakim Viktor Şimusikə həmyerliləri Sergey Kasavetslə Anton Qusev kömək edəcək. Ümid edirəm ki, belaruslu ədalət qoruyucuları qarşılaşmanı yaxşı idarə edəcəklər, 90 dəqiqənin sonunda hakim qərarları müzakirə mövzusuna çevrilməyəcək.
Bu məsələdə diqqətimi çəkən başqa məqam oldu. Bəli, AFFA-nın məhz belaruslu hakimlərə dəvət göndərməsi xeyli maraqlı məqamdı. Çünki son illərdə AFFA ilə Belarus Futbol Federasiyası arasında əlaqələr yüksələn xəttlə inkişaf etməkdədi. Belarusdan gələn hakimlərin millimizin Macarıstanla oyununda söz sahibi olması da bu möhkəmlənən əlaqələr zəncirinin növbəti halqasıdı. Cəmi iki ay əvvəl, martın son günlərində elə Fernando Santuşun çalışdırdığı milli komandamız Belarus millisini Masazırda qəbul etmişdi. Təəssüf ki, belaruslar Masazırda özlərini qonaq kimi aparmadılar, bizim komandamızdan qat-qat üstün oyun sərgiləyib, 2:0 hesablı qələbəylə evlərinə döndülər.
Əsas milli ilə yanaşı, aşağı yaş qrupları üzrə komandalarımız da son vaxtlar belaruslarla intensiv görüşlər keçirirlər. Ayxan Abbasovun bu yaxınlarda baş məşqçi təyin olunduğu U-21 yığmamız iyunun 2-də əks marşurut üzrə hərəkət edib, Minskə yollanacaq. Orda bizim gənclərimiz belaruslu həmyaşıdları ilə qarşılaşacaqlar. Bu yoxlama görüşü iyunun 4-də Baranoviçi şəhər stadionunda, yerli vaxtla saat 19.00-da başlayacaq. Mayın əvvəlində də belaruslarla qarşılaşmışıq. Amma həmin qarşılaşma U-21 yox, daha aşağı yaş qrupu üzrə komandalar arasında keçirilib. Belə ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi 16 yaşadək futbolçulardan ibarət yığma belaruslara qarşı iki yoxlama görüşündə qüvvəsini sınayıb.
Tarixin səhifələrini bir qədər də geri vərəqləməklə bu cür yoxlama oyunlarının sayını xeyli artırmaq da olar. Bakı ilə Minsk arasında son aylarda futbol əlaqələri genişlənib, yığmalarımız bir-birinin ardınca Belarusa səfər edir, orda yoxlama xaraketli oyunlar keçirir. Elə ordan da bura xeyli qonaq gəlir.
Futbolçuların sırasına hakimlərin də qoşulması, iyunun əvvəlində keçiriləcək yoxlama görüşünün Belarusdan gələcək hakimlər briqadasına həvalə olunması həmin o əlaqələrin bariz nümunəsidi. Adımız dünyanın futbol xəritəsində görkəmli yerdə olmasa da, belaruslu dostlarımız bizi tək qoymur.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb. Çox keçməz ki, Meksika da bizə Belarus kimi qardaşlıq edər, onlarla əlaqərlərimiz intensivləşər, yoxlama görüşləri keçirməyə başlayarıq.
Hələlik isə “Yaşasın, çox yaşasın Belarus!” deyək!
AMAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 May 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri