Icma.az
close
up
RU
“Yaşasın Ağdam, yaşasın Azərbaycan!..” Firuzə Nadir yazır

“Yaşasın Ağdam, yaşasın Azərbaycan!..” Firuzə Nadir yazır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağdam, 18 may, Tahir Ağaməmmədov, AZƏRTAC

AZƏRTAC Əməkdar jurnalist, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadirin erməni işğalından azad olunan və bu gün sürətli şəkildə yenidən qurulan Ağdamla bağlı təəssüratlarını təqdim edir:

...Həsrət bitdi daha. Ağdamdayam. Üçüncü gəlişimdir. Muğam Mərkəzinin açılışı olacaq. Hamının sevincdən çiçəyi çırtlayıb. Ağdamın da üzü gülür!.. İstəmədən, məcburən çıxmışdıq buradan. İndi xoşbəxtlikdən az qala qanadlanıb uçmaq istəyirsən. Ağdamın üstünə gün doğub...

Dörd tərəfə al qırmızı lalələr səpələnib, təbiətin çiçək vaxtıdır. Elə Ağdam da dirçəlir, özünə gəlir. Sarıcalıdan sonra Kəngərlinin sakinləri də geri dönüb. Xıdırlı kəndi də hazırdır, sakinlərini gözləyir. Ağappaq evlər sıralanıb, uzaqdan adama “gəl-gəl” deyir...

Ağdam Cümə məscidindən azan səsi ucalır...

...Yaxşı xatırlayıram, 2000-ci ildə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Kerri Kavano Bakıya gəlmişdi, Ağdam məscidinin minarəsindən qopub düşən kiçik bir daş parçasını gətirib Ulu Öndər Heydər Əliyevə təqdim etmişdi. Ulu Öndər o kiçik daş parçasına xeyli baxmışdı, kövrəlmişdi və ekran qarşısında əyləşən bizləri də göz yaşına boğmuşdu. Onda Ümummilli Lider qətiyyətlə demişdi ki, qoy bütün dünya bilsin, biz işğal altındakı torpaqlarımızı son qarışına qədər azad edəcəyik!

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev o daşı yerinə qaytardı, müstəqilliyin övladlarını başına yığıb Qarabağı qarış-qarış azad elədi və başladı onu yenidən qurmağa. Ağdamdakı Cümə məscidi də bərpa olundu. Bu nəcib işi Ulu Öndərin adını daşıyan Fond, onun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva yerinə yetirdi…

O da yadımdadır ki, müharibədən bir il sonra, mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhərinin baş planının təqdimatında sakinlərlə görüşdə demişdi ki, hələ işğal vaxtı təmas xəttində olarkən binoklla Ağdama baxırdım və öz-özümə deyirdim ki, biz mütləq qayıdacağıq. Əslində, düşünürəm ki, Prezident o binoklla, həm də bizim gözlərimizlə baxırdı Ağdama. Bu gün isə gözlərimiz tamam fərqli mənzərələr görür, Prezident İlham Əliyevin “əsər”lərini görür Ağdamda, Qarabağın hər guşəsində...

Mən uzun illərdir jurnalistika ilə məşğulam. İşğal dövründə Azərbaycan televiziyasında Ağdamla, Qarabağla bağlı çox sayda süjet, reportaj, sənədli film hazırlamışam. Bu işləri görərkən hiss edirdim ki, Qarabağı unutmamağımızın əsas səbəbi unudulmaz Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qarabağın azadlığını xalqımızın ideologiyasına çevirməyi idi. Beləliklə, onlar yaddaşımızı ölməyə qoymadılar, onu diri saxladılar və biz Qarabağın azad olunacağına özümüz kimi inandıq. Biz Qarabağı 30 il uzaqdan-uzağa sevsək də, onu yaddan çıxarmadıq, onu uzun illərin həsrətində əzizlədik. Çoxları Qarabağı xəyal edərək yaşadı, amma unutmadı. İndi də onun əvvəlkindən gözəl olacağına inanırıq. Və bu inamımızın günbəgün gerçəyə çevrilməsi bizi xoşbəxt edir. Qarabağ cənnətə dönür...

Qarabağda, Şərqi Zəngəzurda şəhərlər, rayonlar, qəsəbələr, kəndlər yenidən qurulur. İndi şuşalılar öz qalalarına qalxıblar, Laçın laçınlılara qucaq açıb. Xocalıların Xocalıya köçü hələ də ağrıyan Xocalı yaramıza sığal çəkir. Zəngilan zəngilanlıları bağrına basır, Qubadlı yenidən tikilir. Füzuli sakinləri doğma torpağa qayıdışın dadını çıxarır. Cəbrayıl öz sakinlərinə qucaq açır. Kəlbəcər kəlbəcərlilərin isti nəfəsindən isinir. Xankəndi uzun illərin həsrətindən sonra doğmalarına qovuşur. Və bu yurd yerlərimizin hər birində eyni vaxtda misilsiz abadlıq-quruculuq işləri görülür, həm də Azərbaycanın öz gücünə. Dövlətimizin qüdrəti, qurub-yaratmaq əzmi bu işdə də özünü göstərir. Bu, ali səviyyədə iradənin təcəssümüdür, millətin özünütəsdiqidir. Dünənin acıları torpağın altına gömülür. Yurdumuza göz dikənlərin arzuları alt-üst olur. Dünya da bu prosesi dörd gözlə izləyir. Dostlarımız sevinir, düşmən xar olur.

İşğaldan azad olunandan sonra ilk dəfə Ağdama gələndə varımdan yox olmuşdum. Göz işlədikcə uzanan xaraba şəhərdə səssizlikdən qulaq tutulurdu. Bəli, məhz səssizlikdən. Beynim kələf kimi dolaşmışdı, ipin ucunu tapa bilmirdim. İllərdir doğma yurdumu yenidən görmək, boynuna sarılmaq, nəfəsini nəfəsimə çəkmək, doyunca qoxulamaq istəmişdim. Amma qollarım yanıma düşmüşdü, dilim lal olmuşdu, ürəyim yaralı quş kimi çırpınmışdı. Çünki gördüyüm bizim Ağ şəhərimiz, bizim Ağdamımız deyildi. Lənətə gəlmişlər yerli-dibli yox etmişdilər şəhəri. Ömrümdə belə xarabalıq görməmişdim...

İndi isə Ağdam tamamilə yenidən qurulur, ağ evlər yenidən ucalır, muğamın sədası dörd tərəfə yayılır. Prezident “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır", - deyə yeni nəfəs verir bu gözəl torpağa...

Ulu Öndərin ad günündə, mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında mənimlə yanaşı əyləşən əziz müəllimim, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin sözlərini xatırlayıram: “Bəzən deyirlər, bütün bunlar, möcüzədir, yox, bu, möcüzə deyil, bu, Prezident İlham Əliyevin Vətən sevdasından irəli gələn hadisədir...”

Ağdam Muğam Mərkəzindəki o möhtəşəm konsertin səs-sorağı isə hələ çox eşidiləcək, ömrümüzün nur parçası olan bu torpaqda hər zaman musiqi səslənəcək, muğam oxunacaq. Prezidentin dediyi kimi: “Bir daha sübut etdik ki, bu torpaqların sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq. Yaşasın Ağdam, yaşasın Azərbaycan!..”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri