Təklif rədd olundu, iki futbolçu komandada qaldı Qurban Qurbanov Qarabağ ı qoruyur!
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Daha əvvəl "Qarabağ"da qış "transfer pəncərəsi" çərçivəsində 5 ayrılıq yaşana biləcəyini yazmışdıq. Xatırladaq ki, həmin futbolçular Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Pedro Bikalyo və Nəriman Axundzadə idi. Ancaq indi vəziyyət bir qədər dəyişib.
"Football-plus.az"ın məlumatına görə, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov iki futbolçunu azı yaya qədər komandada saxlamağa nail olub. Bunlar Nəriman Axundzadə ilə Pedro Bikalyodu.
Nərimanın legioner həyatı yaşamaq arzusunda olduğu bəlliydi. Ancaq Qurban bəy fərqli düşünür. Təcrübəli mütəxəssisin fikrincə, gənc hücumçu hələ bir müddət də "Qarabağ"ın formasını geyməli, komandadan yalnız tam uyğun şərait yaranarsa, ayrılmalıdı. Baş məşqçinin Nərimanın potensialına güvəndiyi, onu sürətli, texnikalı və qol duyumu yüksək olan futbolçu kimi qəbul etdiyi göz önündədi. Əks halda, əhəmiyyətli oyunlarda, xüsusən Çempionlar Liqasındakı sınaqlarda Axundzadəni meydana buraxmazdı. Özü də qola ehtiyac olan dəqiqələrdə...
Bikalyoya gəlincə, "Qarabağ" "Botafoqo"nun hər iki rəsmi təklifini geri çevirib. ESPN nəşri bildirir ki, braziliyalı artıq klubun transfer siyahısından çıxarılıb. Düzdü, hadisənin səbəbləri haqda konkret bilgi yoxdu. Ancaq sövdələşmənin məhz maliyyə şərtlərinin uyğun olmaması üzündən alınmadığını təxmin etmək çətin deyil.
Beləliklə, "Qarabağ" iki aparıcı oyunçusunu qışda itirmək təhlükəsini dəf etdi. Qalan oyunçuların da aqibətindən xəbərdar olmaq üçün gözləməkdən başqa çarə yoxdu.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Dekabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















