Icma.az
close
up
RU
Təlabat aşağı səviyyədədir: Kümçülər iqtisadi baxımdan barama istehsalında maraqlı deyillər RƏY

Təlabat aşağı səviyyədədir: Kümçülər iqtisadi baxımdan barama istehsalında maraqlı deyillər RƏY

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyulun 8-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 186,6 ton yaş barama təhvil verilib.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, hər il olduğu kimi bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 32,282 ton yaş barama təhvil veriblər.

2025-ci təsərrüfat ilində Zaqatala, Balakən və Ağcabədi rayonlarında da yüksək məhsuldarlıq qeydə alınıb. Bugünədək Zaqatalada 19,147 ton, Balakəndə 17,514 ton, Ağcabədidə 17,141 ton yaş barama tədarük olunub. Şəki (8628 ton), Qax (8029 ton), Bərdə (7343 ton), Füzuli (7254 ton), Tərtər (6540 ton), Ağdaş (5695 ton), Lənkəran (5426 ton) və Sabirabadda (5177 ton) yaş barama istehsalı 5 min tondan artıq olub.

Qutu başına düşən yaş barama istehsalına görə Zərdab rayonu liderdir. Rayon üzrə orta məhsuldarlıq qutu başına 50 kiloqram yaş barama təşkil edir. Orta məhsuldarlıq göstəricisi Qazax (49 kq), Cəbrayıl (Biləsuvar) (47 kq), Tovuz (46 kq), Zaqatala (43 kq) və Beyləqan (43 kq) rayonlarında da yüksək olub.

Azərbaycanda yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.

Qeyd edək ki, bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 6000 qutu ipəkqurdu toxumu paylanıb. Bunlardan 5000 qutu ipəkqurdu toxumu Çin Xalq Respublikasından tədarük edilib. Qax Damazlıq İpəkçilik Stansiyasında 1000 qutu hibrid ipəkqurdu toxumu istehsal olunub.

Cari ildə Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvanda yaş barama tədarükü aparılır.


Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sherg.az-a bildirib ki, ölkədə barama istehsalı son illərdə kəskin şəkildə azalma tendensiyası göstərir:


“2024-cü ildə təxminən 239,4 ton barama istehsal olunub. Lakin cari mövsüm hələ yekunlaşmadığından, fermerlərin əlavə məhsul istehsal edəcəyi gözlənilir və bu səbəbdən də yekun rəqəmlərin bir qədər artacağı ehtimal olunur. Mövsümün sonunda ötən illə müqayisədə artım və ya azalma dinamikasını dəqiq müəyyən etmək mümkün olacaq. Hazırda bir neçə ildir ki, ölkədə barama istehsalı zəifləməkdədir. Bu isə ipək və digər məhsulların istehsalında xammal çatışmazlığı ilə nəticələnir. Baramadan əldə olunan liflərin əksəriyyəti ip şəklində əyilərək ixrac olunur. Ölkə daxilində bu məhsulun emalı və son məhsula çevrilməsi çox məhduddur. Daxili bazarda bu məhsula olan tələbat aşağı səviyyədədir və istehsal həcmləri də məhdud olduğundan, əsas istiqamət ixracat təşkil edir. Baramadan ipək, parça və digər tekstil məhsullarının alınması üçün zəruri olan sənaye infrastrukturu ölkə daxilində mövcud deyil. Belə iri miqyaslı emal müəssisələrinin qurulması üçün isə məhsulun stabil satış bazarının, xüsusilə də beynəlxalq bazarda mövqeyinin təmin olunması vacibdir. Hazırda ölkə daxilində baramanın son məhsula çevrilməsi prosesi sistemli şəkildə təşkil olunmayıb. Bununla yanaşı, hər il yaş barama istehsalında azalma müşahidə olunur. Bu azalmanın əsas səbəblərindən biri barama təhvilini həyata keçirən şirkətlərin sayının məhdud olması və onların alış prosesində qiymətləri inhisarlaşdırmasıdır. Bu hal fermerlərin gəlirliyini azaldır və mənfəət norması əsasən təhvil verən qurumlar tərəfindən mənimsənilir. Nəticədə də kümçülər iqtisadi baxımdan barama istehsalında maraqlı deyillər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, barama bazarında mövcud olan inhisarçılıq aradan qaldırılmalı, qiymətlər bazar mexanizmləri əsasında formalaşmalıdır. Bu isə öz növbəsində kümçülərdə barama istehsalına marağı artıracaq və sektorun dirçəlməsinə şərait yaradacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 İyul 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri