Icma.az
close
up
RU
Balakənli kümçülər bu il 17,5 tondan çox yaş barama istehsal ediblər

Balakənli kümçülər bu il 17,5 tondan çox yaş barama istehsal ediblər

Icma.az, Azertag saytına istinadən bildirir.

Balakən, 21 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunda barama tədarükü başa çatıb. Rayonun kümçüləri bu il qəbul məntəqəsinə 17 ton 514 kiloqram yaş barama təhvil veriblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Bildirilib ki, cari mövsümdə barama yetişdirmək üçün 169 kümçü ilə müqavilə bağlanılıb, onlara 600 qutu və ya 11,4 kiloqram ipəkqurdu paylanılıb.

Qurum rəsmisinin sözlərinə görə, Xalatala kəndindən olan Səadət Ramazanova builki mövsümdə qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 302,8 kiloqram yaş barama təhvil verib. Kümçü bu il 6 qutu, yəni 114 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Hər qutudan məhsuldarlıq 50,5 kiloqram təşkil edib. Qaysa kəndindən Nişanə Çopsiyeva bu il 265,1 kiloqram, Katex kəndindən Cəlal Nuriyev isə 259,7 kiloqram yaş barama istehsal ediblər. Məntəqədə yaş baramanın qəbulu “Azəripək” ASC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, ötən il olduğu kimi, bu il də kümçülərə istehsal etdikləri yaş baramanın hər kiloqramına görə 11 manat ödəniləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see484

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see201

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see193

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see162

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see143

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see141

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see132

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see132

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see131

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see128

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see128

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see127

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see125

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see124

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri