Icma.az
close
up
RU
Tələbə adını qazanan oğuzlu gənclər kompüter elmləri və mühəndisliklə bağlı ixtisaslara üstünlük veriblər

Tələbə adını qazanan oğuzlu gənclər kompüter elmləri və mühəndisliklə bağlı ixtisaslara üstünlük veriblər

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oğuz, 10 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu il tam orta təhsil pilləsini başa vuran 388 nəfər oğuzlu məzundan 259 nəfəri ali məktəbə qəbul üçün sənəd verib və onlardan 191-i imtahanlarda uğurlu nəticələr göstərərək tələbə adını qazanıb, 70 məzun isə kolleclərə qəbul olub. İmtahanların nəticələrinə əsasən, bu il XI sinfi bitirən məzunların 49,2 faizi, ali məktəblərə daxil olmaq üçün sənəd verənlərin isə 73,7 faizi ali təhsil almaq imkanı əldə edib. Bu, son illər Oğuz rayonunun təhsil tarixində ən yüksək nəticədir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə Təhsil sektorundan məlumat verilib.

Bildirilib ki, ali məktəblərə qəbul imtahanlarında oğuzlu məzunlardan 45 nəfəri 500-700 bal arasında, o cümlədən 8 nəfər 600 baldan yuxarı nəticə göstərib. Cari ilin məzunlarından 158 nəfəri dövlət, 12-si isə özəl ali məktəblərdə təhsil alacaqlar. Onlardan 123 nəfəri ödənişsiz, 47 nəfər isə ödənişli ixtisaslara daxil olub.

Ümumiyyətlə, tələbə adını qazanan oğuzlu gənclər bu il ixtisas seçimi zamanı kompÜter elmləri və mühəndisliklə bağlı ixtisaslara üstünlük veriblər. Ali məktəblərə qəbul imtahanlarında Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-lisey, Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey, Xaçmaz kənd 1 nömrəli, Qarabulaq və Tərkeş kənd tam orta ümumtəhsil məktəblərinin məzunları xüsusilə fərqləniblər.

Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış oğuzlu gənclərlə rayon rəhbərliyinin görüşü olub. Görüşdə rayon icra hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov, rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev və başqaları çıxış edərək, tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, gənclərə savadlı və bilikli olmağı, gələcəkdə Vətənə faydalı vətəndaş kimi yetişməyi tövsiyyə ediblər.

Görüşün sonunda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar, eləcə də müxtəlif fənn olimpiadalarında, müsabiqə və layihələrdə uğur qazanmış şagirdlər mükafatlandırılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see370

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see168

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see155

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see137

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri