Tələbə qızın sürdüyü “Nissan” prokurorun maşını ilə toqquşdu; hər ikisi öldü FOTO VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni ili ailəsi ilə birgə keçirməyə gedən tələbə ağır yol qəzasında ölüb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Krasnoyarsk yaxınlığında baş verən ağır qəza kameraya düşüb.
Belə ki, Krasnoyarsk şəhərinin Oktyabrski rayonunun prokuroru Vasili Fedorin Yelovaya-Elita şosesində idarə etdiyi “Toyota Allion” markalı avtomobillə hərəkətdə olan zaman sükan idarəetməsini itirərək əks zolağa keçib və qarşıdan gələn 23 yaşlı tələbə qızın idarə etdiyi “Nissan”la toqquşub.
Zərbənin təsirindən “Nissan” yol kənarına düşüb. Qəza nəticəsində 23 yaşlı sürücü ağır vəziyyətdə, onu sevgilisi oğlan sərnişini və “Toyota”nın sürücüsü yüngül xəsarətlərlə xəstəxanaya aparılıblar. Həkimlərin bütün səylərinə baxmayaraq tələbə qız 12 saat sonra vəfat edib.
Yerli medianın məlumatına görə, 23 yaşlı tələbə qız Yeni illə bağlı Taylanddakı ailəsini ziyarət etmək üçün hava limanına gedirmiş.
Müayinədən keçirilən prokurorun isə sükan arxasında sərxoş olduğu məlum olub və palataya yerləşdirilib. Lakin, ertəsi gün o, gözlənilmədən qan laxtalanmasından dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Baxış sayı:61
Bu xəbər 06 Yanvar 2026 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















