Icma.az
close
up
RU
Tələbə sayını, təhsil formasını və tələbəni universitet seçmir əslində absurd vəziyyətdir

Tələbə sayını, təhsil formasını və tələbəni universitet seçmir əslində absurd vəziyyətdir

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Universitet hökumətin razılığı olmadan distant təhsil verə bilərmi?

Hə il tələbə qəbulu mövsümü yaxınlaşanda hamı hökumətin verəcəyi PLAN YERLƏRİNİ gözləyir. Ali məktəblərə qəbul üzrə Nazirlər Kabinetinin müəyyən etdiyi plan yerləri, əslində, ölkənin gələcək əmək bazarının “çertyoju”dur. Əmək bazarının formalaşmasına təsir edən ən ciddi qərarlardan birisi məhz budur.

Amma bu “çertyoj”da ciddi uyğunsuzluqlar var.

Hökumət təkcə dövlət hesabına oxuyacaq tələbələrin sayını deyil, hətta öz pulu ilə oxuyacaq tələbələrin sayını da müəyyən edir. Hər universitet üçün bəlli bir kvota müəyyən olunur.

Bu necə müəyyən olunur?

Universitetlər ETN-ə tələbatla bağlı təklif verir, ETN bu təklifləri araşdırıb özü qrar verir və NK-ya göndərir, NK bunu bazarın perspektiv tələbləri baxımından araşdırıb qərar verir və DİM-ə göndərir. DİM isə plan yerlərini elan edir və ona uyğun müsabiqə əsasında qəbul aparır.

Yəni imkanı olan, təhsilə investisiya yatıran, akademik vəziyyəti normal olan, əlavə kampuslar tikən universitet özəl formada, müxtəlif təhsil formaları ilə təhsil almaq istəyənləri özü universitetə qəbul edə bilməz.

Bəs universitetlərin öz müstəqil akademik qərar vermək hüququ harada qaldı?

Digər ziddiyyət isə təhsilin forması ilə bağlıdır. Bunu da hökumət müəyyən edir. Yəni hökumət verdiyi plan yerlərində hələlik ali təhsil üçün ƏYANİ və QİYABİ təhsil formasını məqbul hesab edib. Qanunvericilikdə nəzərdə tutulsa da, imkanı olanlar DİSTANT təhsil forması üzrə təhsil xidməti verə bilməz, bunu hökumət qadağan edib.

Bizim hökumət ölkədə və xaricdə distant formada oxuyanların diplomunu tanımır.

Burada hansı akademik müstəqillikdən, hansı muxtariyyatlıqdan söhbət gedə bilər. Universitetlər var ki, distant infrastruktur formalaşdırmaq üçün, irəli getmək üçün milyonlarla investisiya qoyublar. Bildiyim qədər UNEC, BDU, AzTU, ADA günü sabahdan distant formada təhsilə hazırdırlar.

Distant üçün, hətta lazım olandan artığını edən universitet var.

Amma bu universitetlərə distanta qadağa var. Onlar bu xidməti verib kadr hazırlaya, maliyyə resursları formalaşdıra bilməzlər.

Absurd vəziyyət həm də onunla bağlıdır ki, hökumət son 3-4 ildə regionlarda keyfiyyətli internet üçün milyonlarla investisiya yatırıb,

İndi ən ucqarda olanların da, baha olsa da keyfiyyətli və dayanıqlı internetə çıxışı var.

Amma bu keyfiyyətli internet üzərindən təhsil xidməti, faydalı xidmətlər almaq əvəzinə məcburdur ki, TikTok üzərində “otursun”

Regionlarımızda, Rusiyada və qonşu ölkələrdə xeyli sayda gənclər, azərbaycanlı ailələrin övladları var ki onlar ödəniş etməyə hazırdırlar və bizim universitetlərdə distant formada təhsil almağı arzulayırlar.

Amma bunu hökumət universitetlərə qadağan edib.

Düşünürəm ki, əgər bu il də universitetlərə distant üçün plan yerləri ayrılmayacaqsa onda universitetlərin özlərinin pilot qaydada xarici tələbələrin distant forma üzrə qəbulunu aparması faydalı və doğru olardı.

Bəlkə də belə bir təcrübə və münasibətlər formalaşandan sonra hökumətimiz distantla bağlı mühiti qaydaya salar, universitetləri arxadan zorla tutub saxlamaqdan əl çəkər.

Əgər biz doğrudan da bilikli və rəqabətədavamlı cəmiyyət qurmaq istəyiriksə, ali təhsil sistemində daha çevik, daha şəffaf və bazar yönümlü qərarlar verilməlidir. O cümlədən distant təhsil üçün pilot layihələrə icazə verilməlidir.

Əks halda, biz universitetlərimizin rəqabətə davamlılığını təmin edə bilməyəcəyik.

Osman Gündüz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 May 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri