Icma.az
close
up
RU
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? Vəkildən CAVAB

Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? Vəkildən CAVAB

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Xəbər verdiyimiz kimi,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) aşağı kurs tələbələrini təhqir və hədələdiyi iddia olunan tələbə Kənan Zindadil universitetdən xaric edilib. 

Ümumiyyətlə, bu halda tələbəni universitetdən birbaşa xaric etmək qanunidirmi?

Redaktor.az-a danışan vəkil Roman Qaraşovun fikrincə, tələbənin başqa tələbələri təhqir və hədələməsi təsdiqini tapdığı halda onun universitetdən xaric edilməsi prinsip etibarilə qanunsuz sayıla bilməz:

"Amma burada əsas məsələ odur ki, qərar təkcə yayılan məlumatlara, şikayətə və ya ictimai reaksiyaya əsaslanmamalıdır. Hadisə universitet tərəfindən araşdırılmalı, faktlar və sübutlar toplanmalı, tələbənin izahatı alınmalı və baş verən hərəkətin ağırlığı qiymətləndirilməlidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları”nda intizam tənbehləri sırasında xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət və universitetdən xaric edilmə nəzərdə tutulur. Həmin qaydalarda universitet əməkdaşlarına və təhsilalanlara hədə-qorxu gəlmək, eləcə də onlara zor tətbiq etmək universitetdən xaric edilməyə səbəb ola bilən ciddi intizam pozuntuları kimi göstərilir. Bu baxımdan, əgər tələbənin digər tələbələri həqiqətən hədələdiyi, onlara qarşı təzyiq göstərdiyi və ya kobud şəkildə ləyaqətlərini alçaltdığı sübuta yetirilibsə, universitet rəhbərliyinin daha ağır intizam tənbehi tətbiq etməsi hüquqi baxımdan mümkündür. Ancaq sadəcə “təhqir edib” ifadəsi avtomatik olaraq xaric edilmə demək deyil; konkret hərəkətin mahiyyəti, təkrarlanıb-təkrarlanmaması, nəticələri və digər hallar ayrıca qiymətləndirilməlidir".

Həmsöhbətimiz vurğuladı ki, tələbənin universitetdən kənarlaşdırılması qanuni hesab olunsun deyə, həm əsas, həm də prosedur düzgün olmalıdır:

"ADMİU-nun daxili qaydalarına görə intizam tənbehi müəyyən edilərkən hadisənin ağırlıq dərəcəsi, vurulan ziyanın səviyyəsi, tələbənin davranışı, əməli qəsdən və ya ehtiyatsızlıqdan törətməsi, yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Yəni universitet rəhbərliyi ən ağır cəzanı avtomatik şəkildə seçməməli, tətbiq olunan tədbirin konkret pozuntuya uyğunluğunu əsaslandırmalıdır. Xaric edilmə fakültə dekanının yazılı təqdimatı əsasında rektorun əmri ilə rəsmiləşdirilir və tələbə həmin əmrlə tanış edilməlidir".

Roman Qaraşov diqqətə çatdırdı ki, tələbənin qərardan şikayət etmək hüququ da var. Belə ki, universitetin qaydalarına əsasən, xaric edilmə barədə əmrlə tanış olduqdan sonra tələbə üç iş günü ərzində rektora apellyasiya şikayəti verə bilər və məsələ apellyasiya komissiyası tərəfindən araşdırılır:

"Buna görə də mən hesab edirəm ki, belə hallarda əsas sual “tələbə xaric edilə bilərmi?” deyil, “xaric edilmə qərarı faktlara, daxili qaydalara və müəyyən olunmuş prosedura uyğun qəbul edilibmi?” olmalıdır. Əgər bu tələblərə əməl olunubsa, xaric edilmə qanuni sayıla bilər; əks halda tələbənin həmin qərarı həm universitet daxilində, həm də zərurət yaranarsa məhkəmə qaydasında mübahisələndirmək hüququ var".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Sentyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri