Icma.az
close
up
RU
Tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb

Tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb.

"Report" xəbər verir ki, üç mərhələdən ibarət Olimpiadada ölkə üzrə bütün hüquq fakültələrinin - ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin komandası yarışır.

Hüquq Olimpiadasının məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir.

Olimpiadaya təşkilati dəstək Vəkillər Kollegiyası Akademiyası, "Kəngərli və partnyorları" Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən göstərilir.

Tədbirdə ARVK-nın sədri Anar Bağırov, HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Hakimlərin Seçki Komitəsinin (HSK) sədri Vidadi Cəfərov, Vəkillər Kollegiyası Akademiyasının nümayəndələri, eyni zamanda müsabiqədə iştirak edən universitetlərin qruplar üzrə təyin olunan rəhbərləri və 45 tələbə iştirak edib.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Olimpiadada açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb, ölkəmizdə hüquq sahəsində təşkil edilən yarışların əhəmiyyətini vurğulayıb.

Rəhbərlik etdiyi qurumun son illər gənclərə daim dəstək göstərdiyini, Hüquq fakültələri olan bütün universitetlər arasında memorandumların imzalandığını, bu istiqamətdə xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirən sədr Kollegiyanın dəstəyi ilə keçirilən yarışmaya ilk dəfə Qarabağ Universitetinin də qoşulduğunu deyib, habelə hüquqşünaslıq peşəsinə böyük töhfə olaraq Olimpiadaya gələcəkdə də xaricdən komandaların cəlb edilməsinə ümid etdiyini vurğulayıb.

Eyni zamanda Anar Bağırov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev ölkəmizdə gənclərə hər zaman dəstək göstərir, onlarla fəxr edir və xidmətləri barədə geniş danışır. Təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında məhz Azərbaycan gəncləri 2020-ci ilin sentyabrından başlayaraq 44 günlük Vətən müharibəsində, habelə 2022-ci ilin sentyabr ayında antiterror əməliyyatları nəticəsində ölkəmizin işğal altında olan torpaqlarını azat etdi.

Sonra tədbirdə HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək Hüquq Olimpiadasının məqsədi və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib, intellektual və savadlı gəncliyin yetişdirilməsi işində bu cür yarışların rolundan danışıb. O, gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsi üçün geniş şəraitlərin yaradıldığını, hazırda tələbələr üçün imkanların hədsiz çox olduğunu dilə gətirib.

Hakimlərin Seçki Komitəsinin sədri, Ali Məhkəmənin hakimi Vidadi Cəfərov isə çıxışında Hüquq Olimpiadasının işinə uğurlar diləyib, hüquq sahəsində təşkil edən yarışmanın xüsusi əhəmiyyətini ifadə edib, o cümlədən Qarabağ Universitetinin də turnirdə təmsil olunmasını sevindirici hal kimi qiymətləndirib.

Mərasimdə Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, "Kəngərli və partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli çıxışlarında iştirakçılara uğurlar arzulayıb, yarışın əhəmiyyətindən söz açıb, müsabiqənin reqlamenti və qaydalarını izah ediblər.

Daha sonra müsabiqəyə start verilib və 9 komandada 5 tələbə olmaqla 90 dəqiqə ərzində 50 test sualı cavablandırılıb. Birinci mərhələnin yekununda komandaların cavabları yoxlanılıb, nəticələr elan edilib.

Beləliklə, Polis Akademiyası ilə Dövlət İdarəçilik Akademiyası hər biri 49, DTX-nin Heydər Əliyev adına Akademiyası 48, Naxçıvan Dövlət Universiteti 45, Bakı Dövlət Universiteti 44, Milli Aviasiya Akademiyası 41, Gömrük Akademiyası ilə ADA Universiteti hər biri 37 və Qarabağ Universiteti isə 36 bal toplayıb.

Məlumat üçün bildirərək ki, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetinin komandalarının onlayn iştirakı təşkilatçılar tərəfindən təmin olunub.

Xatırladaq ki, II Hüquq Olimpiadasının növbəti tutu dekabrın 14-də, final mərhələsi isə dekabrın 21-də təşkil ediləcək.

Sonda qaliblər və iştirakçılar mükafatlandırılacaqlar.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://report.az
archiveBu xəbər 30 Noyabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see140

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see140

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see132

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see129

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see127

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see126

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see125

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see124

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see123

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see123

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see122

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see121

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see120

Telefonu bir əlində tutub digər əllə yazmaq ciddi xəstəliyə səbəb OLA BİLƏR

05 Sentyabr 2025 13:14see120

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see120

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see120

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see119

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see119

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see118

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri