Icma.az
close
up
RU
Tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb AZƏRTAC

Tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildirilib ki, üç mərhələdən ibarət Olimpiadada ölkə üzrə bütün hüquq fakültələrinin - ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin komandası yarışır.

Hüquq Olimpiadasının məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir.

Olimpiadaya təşkilati dəstək Vəkillər Kollegiyası Akademiyası, "Kəngərli və partnyorları" Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən göstərilir.

Tədbirdə ARVK-nın sədri Anar Bağırov, HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Hakimlərin Seçki Komitəsinin (HSK) sədri Vidadi Cəfərov, Vəkillər Kollegiyası Akademiyasının nümayəndələri, eyni zamanda müsabiqədə iştirak edən universitetlərin qruplar üzrə təyin olunan rəhbərləri və 45 tələbə iştirak edib.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Olimpiadada açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov iştirakçılara uğurlar arzulayıb, ölkəmizdə hüquq sahəsində təşkil edilən yarışların əhəmiyyətini vurğulayıb.

Rəhbərlik etdiyi qurumun son illər gənclərə daim dəstək göstərdiyini, Hüquq fakültələri olan bütün universitetlər arasında memorandumların imzalandığını, bu istiqamətdə xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirən sədr Kollegiyanın dəstəyi ilə keçirilən yarışmaya ilk dəfə Qarabağ Universitetinin də qoşulduğunu deyib, habelə hüquqşünaslıq peşəsinə böyük töhfə olaraq Olimpiadaya gələcəkdə də xaricdən komandaların cəlb edilməsinə ümid etdiyini vurğulayıb.

Eyni zamanda, Anar Bağırov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev ölkəmizdə gənclərə hər zaman dəstək göstərir, onlarla fəxr edir və xidmətləri barədə geniş danışır. Təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında məhz Azərbaycan gəncləri 2020-ci ilin sentyabrından başlayaraq 44 günlük Vətən müharibəsində, habelə 2022-ci ilin sentyabr ayında antiterror əməliyyatları nəticəsində ölkəmizin işğal altında olan torpaqlarını azat etdi.

Sonra tədbirdə HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək Hüquq Olimpiadasının məqsədi və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib, intellektual və savadlı gəncliyin yetişdirilməsi işində bu cür yarışların rolundan danışıb. O, gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsi üçün geniş şəraitlərin yaradıldığını, hazırda tələbələr üçün imkanların hədsiz çox olduğunu dilə gətirib.

Hakimlərin Seçki Komitəsinin sədri, Ali Məhkəmənin hakimi Vidadi Cəfərov isə çıxışında Hüquq Olimpiadasının işinə uğurlar diləyib, hüquq sahəsində təşkil edən yarışmanın xüsusi əhəmiyyətini ifadə edib, o cümlədən Qarabağ Universitetinin də turnirdə təmsil olunmasını sevindirici hal kimi qiymətləndirib.

Mərasimdə Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, "Kəngərli və partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli çıxışlarında iştirakçılara uğurlar arzulayıb, yarışın əhəmiyyətindən söz açıb, müsabiqənin reqlamenti və qaydalarını izah ediblər.

Daha sonra müsabiqəyə start verilib və 9 komandada 5 tələbə olmaqla 90 dəqiqə ərzində 50 test sualı cavablandırılıb. Birinci mərhələnin yekununda komandaların cavabları yoxlanılıb, nəticələr elan edilib.

Beləliklə, Polis Akademiyası ilə Dövlət İdarəçilik Akademiyası hər biri 49, DTX-nin Heydər Əliyev adına Akademiyası 48, Naxçıvan Dövlət Universiteti 45, Bakı Dövlət Universiteti 44, Milli Aviasiya Akademiyası 41, Gömrük Akademiyası ilə ADA Universiteti hər biri 37 və Qarabağ Universiteti isə 36 bal toplayıb.

Məlumat üçün bildirərək ki, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetinin komandalarının onlayn iştirakı təşkilatçılar tərəfindən təmin olunub.

Xatırladaq ki, II Hüquq Olimpiadasının növbəti tutu dekabrın 14-də, final mərhələsi isə dekabrın 21-də təşkil ediləcək.

Sonda qaliblər və iştirakçılar mükafatlandırılacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see224

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see199

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see155

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see150

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see146

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see136

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see134

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see134

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see130

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see130

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see128

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see127

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see127

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see126

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see125

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see124

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see122

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin

21 İyul 2025 19:48see118

Hikmət Hacıyevin adından yayılan xəbər SAXTADIR!

21 İyul 2025 17:49see116

DTX tərəfindən saxlanılan “Abu Malik”in Fotosu

21 İyul 2025 16:06see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri