Icma.az
close
up
RU
Tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb FOTO

Tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb FOTO

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Noyabrın 30-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb.

Metbuat.az xəbər verir ki, üç mərhələdən ibarət Olimpiadada ölkə üzrə bütün hüquq fakültələrinin - ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin komandası yarışır.

Hüquq Olimpiadasının məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir.

Olimpiadaya təşkilati dəstək Vəkillər Kollegiyası Akademiyası, "Kəngərli və partnyorları" Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən göstərilir.

Tədbirdə ARVK-nın sədri Anar Bağırov, HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Hakimlərin Seçki Komitəsinin (HSK) sədri Vidadi Cəfərov, Vəkillər Kollegiyası Akademiyasının nümayəndələri, eyni zamanda müsabiqədə iştirak edən universitetlərin qruplar üzrə təyin olunan rəhbərləri və 45 tələbə iştirak edib.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Olimpiadada açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb, ölkəmizdə hüquq sahəsində təşkil edilən yarışların əhəmiyyətini vurğulayıb.

Rəhbərlik etdiyi qurumun son illər gənclərə daim dəstək göstərdiyini, Hüquq fakültələri olan bütün universitetlər arasında memorandumların imzalandığını, bu istiqamətdə xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirən sədr Kollegiyanın dəstəyi ilə keçirilən yarışmaya ilk dəfə Qarabağ Universitetinin də qoşulduğunu deyib, habelə hüquqşünaslıq peşəsinə böyük töhfə olaraq Olimpiadaya gələcəkdə də xaricdən komandaların cəlb edilməsinə ümid etdiyini vurğulayıb.

Eyni zamanda Anar Bağırov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev ölkəmizdə gənclərə hər zaman dəstək göstərir, onlarla fəxr edir və xidmətləri barədə geniş danışır. Təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında məhz Azərbaycan gəncləri 2020-ci ilin sentyabrından başlayaraq 44 günlük Vətən müharibəsində, habelə 2022-ci ilin sentyabr ayında antiterror əməliyyatları nəticəsində ölkəmizin işğal altında olan torpaqlarını azat etdi.

Sonra tədbirdə HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək Hüquq Olimpiadasının məqsədi və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib, intellektual və savadlı gəncliyin yetişdirilməsi işində bu cür yarışların rolundan danışıb. O, gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsi üçün geniş şəraitlərin yaradıldığını, hazırda tələbələr üçün imkanların hədsiz çox olduğunu dilə gətirib.

Hakimlərin Seçki Komitəsinin sədri, Ali Məhkəmənin hakimi Vidadi Cəfərov isə çıxışında Hüquq Olimpiadasının işinə uğurlar diləyib, hüquq sahəsində təşkil edən yarışmanın xüsusi əhəmiyyətini ifadə edib, o cümlədən Qarabağ Universitetinin də turnirdə təmsil olunmasını sevindirici hal kimi qiymətləndirib.

Mərasimdə Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, "Kəngərli və partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli çıxışlarında iştirakçılara uğurlar arzulayıb, yarışın əhəmiyyətindən söz açıb, müsabiqənin reqlamenti və qaydalarını izah ediblər.

Daha sonra müsabiqəyə start verilib və 9 komandada 5 tələbə olmaqla 90 dəqiqə ərzində 50 test sualı cavablandırılıb. Birinci mərhələnin yekununda komandaların cavabları yoxlanılıb, nəticələr elan edilib.

Beləliklə, Polis Akademiyası ilə Dövlət İdarəçilik Akademiyası hər biri 49, DTX-nin Heydər Əliyev adına Akademiyası 48, Naxçıvan Dövlət Universiteti 45, Bakı Dövlət Universiteti 44, Milli Aviasiya Akademiyası 41, Gömrük Akademiyası ilə ADA Universiteti hər biri 37 və Qarabağ Universiteti isə 36 bal toplayıb.

Məlumat üçün bildirərək ki, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetinin komandalarının onlayn iştirakı təşkilatçılar tərəfindən təmin olunub.

Xatırladaq ki, II Hüquq Olimpiadasının növbəti tutu dekabrın 14-də, final mərhələsi isə dekabrın 21-də təşkil ediləcək.

Sonda qaliblər və iştirakçılar mükafatlandırılacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 Noyabr 2024 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see354

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see197

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see173

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri