Icma.az
close
up
RU
Tələbələr üçün xüsusi nəqliyyat kartı KONKRET

Tələbələr üçün xüsusi nəqliyyat kartı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Tələbələr üçün ictimai nəqliyyatda gediş haqqına güzəşt tətbiq edilməsi həm sosial, həm də iqtisadi baxımdan mümkün və məqsədəuyğun addım ola bilər. Xüsusilə Bakı kimi böyük şəhərlərdə tələbələrin gün ərzində universitet, ev, kitabxana, iş və digər ünvanlara getmək üçün bir neçə dəfə ictimai nəqliyyatdan istifadə etməsi onların aylıq xərclərinə əlavə yük yaradır.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.

Ekspertin sözlərinə görə, güzəştin mütləq şəkildə birbaşa gediş haqqının azaldılması formasında tətbiq olunması vacib deyil. Daha səmərəli model tələbələr üçün xüsusi nəqliyyat kartının yaradılması və həmin kart vasitəsilə metro və avtobuslarda, məsələn, 30-50 faiz güzəşt tətbiq edilməsidir.

“Digər variant tələbələrə müəyyən sayda pulsuz və ya güzəştli gediş imkanı verən aylıq paketlərin tətbiqidir. Məsələn, tələbə kartına aylıq müəyyən məbləğ yüklənə və tələbə həmin məbləğ müqabilində daha çox sayda gediş əldə edə bilər. Bu model həm tələbənin nəqliyyat xərclərini azaldar, həm də ictimai nəqliyyatdan istifadəni stimullaşdırar.

Güzəştin bütün tələbələrə eyni formada verilməsi də mümkündür. Lakin sosial baxımdan daha həssas tələbələr üçün daha yüksək güzəşt tətbiq edilməsi məqsədəuyğun olar”, – deyə A.Nəsirli bildirib.

Onun sözlərinə görə, güzəştin maliyyələşdirilməsi də əsas məsələlərdən biridir.

“Gediş haqqının aşağı salınmasından yaranan fərqi tamamilə nəqliyyat operatorlarının üzərinə qoymaq düzgün olmaz. Dövlət büdcəsindən subsidiya ayrılması və ya ictimai nəqliyyat üçün yaradılmış maliyyə mexanizmlərindən istifadə edilməsi mümkündür. Beləliklə, tələbə daha ucuz gediş edir, nəqliyyat şirkətinin gəlir itkisi isə dövlət tərəfindən kompensasiya olunur.

Digər mühüm məsələ güzəştin yalnız Bakı ilə məhdudlaşdırılmamasıdır. Universitet və kollec tələbələrinin bölgələrdə də ictimai nəqliyyatdan istifadəsi nəzərə alınmalıdır. Dövlət tələbələr üçün vahid nəqliyyat güzəşti mexanizmi yaratsa, bu, sosial siyasət baxımından daha ədalətli olar”, – ekspert vurğulayıb.

A.Nəsirli hesab edir ki, belə bir güzəştin tətbiqi şəhərlərdə nəqliyyat sıxlığının azalmasına da müəyyən töhfə verə bilər.

“Tələbələrin şəxsi avtomobildən istifadə etmək əvəzinə ictimai nəqliyyata yönəlməsi şəhərlərdə tıxacın və avtomobil sıxlığının azalmasına kömək edə bilər. Eyni zamanda, gənclərdə ictimai nəqliyyatdan istifadə vərdişinin formalaşması uzunmüddətli perspektivdə də faydalıdır”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, güzəşt tətbiq edilərkən onun kimlərə, hansı nəqliyyat növlərinə və hansı şərtlərlə veriləcəyi dəqiq müəyyənləşdirilməlidir.

“Tələbə statusunun elektron sistem vasitəsilə təsdiqlənməsi mümkündür. Bununla həm sui-istifadənin qarşısı alınar, həm də dövlətin ayırdığı vəsaitin dəqiq hesablanması təmin edilər.

Məncə, ən optimal variant tələbələr üçün ayrıca güzəştli nəqliyyat kartının tətbiqidir. Məsələn, adi gediş haqqının 50 faizi həcmində güzəşt və ya aylıq limitsiz gediş üçün xüsusi tələbə tarifi müəyyən edilə bilər. Bunun üçün əvvəlcə tələbələrin gündəlik orta gediş sayı, onların ümumi sayı və dövlət büdcəsinə düşəcək əlavə yük hesablanmalıdır.

Əgər məqsəd tələbələrin sosial yükünü azaltmaqdırsa, nəqliyyat güzəşti kifayət qədər praktik mexanizmdir. Çünki bu, birdəfəlik yardım deyil, tələbənin hər gün üzləşdiyi konkret xərci azaldır. Eyni zamanda, dövlət üçün də bu mexanizmin maliyyə yükünü əvvəlcədən hesablamaq və mərhələli şəkildə tətbiq etmək mümkündür”, – A.Nəsirli bildirib.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Sentyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri