Icma.az
close
up
RU
Tələbələr və pensiyaçıların NƏZƏRİNƏ İctimai nəqliyyatda güzəştlər edilə bilər

Tələbələr və pensiyaçıların NƏZƏRİNƏ İctimai nəqliyyatda güzəştlər edilə bilər

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir çox ölkədə aztəminatlı ailə üzvlərinə, təqaüdçülərə, tələbələrə və müharibə iştirakçılarına ictimai nəqliyyatdan istifadəyə görə güzəştlər tətbiq olunur.
Daimi ictimai nəqliyyatdan istifadə edənlərə müddətli kartlar verilir ki, onlar bu kart vasitəsilə daha az vəsait ödəməklə gündəlik gedişlərini həyata keçirə bilirlər.
Bəzi ölkələrdə, məsələn, Özbəkistanda təqaüdçülər metrodan istifadəyə görə pul ödəmirlər. Onlar üçün metrodan istifadə pulsuzdur.
Azərbaycanda isə yalnız 7 yaşadək uşaqlar, vəzifələrinin icrası zamanı polislər və müddətli hərbi xidmət qulluqçuları metrodan pulsuz istifadə imkanına malikdirlər.
Bəs ölkəmizdə metrodan, ümumiyyətlə, ictimai nəqliyyatdan istifadəyə görə sadalanan şəxslər üçün güzətlər tətbiq edilə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, ictimai nəqliyyatda ödənişlərlə bağlı, o cümlədən, güzəştlərlə əlaqədar yeni yanaşmanın tətbiq edilməsi prioritet məsələlərdəndir:
“Biz bir tərəfdən, gündəlik, bir neçə günlük, həftəlik, aylıq ödəniş kartlarının tətbiq olunmasını təklif edirik. Bu, daha aşağı ödənişlərlə vətəndaşlarımızın müddətli kartlardan istifadə etməsinə və təbii ki, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarımızın xərclərinin azalmasına gətirib çıxara bilər”.
O, bildirib ki, güzəştlər həm tələbələrə, həm də təqaüdçülərə şamil oluna bilər:
“Digər vacib məqamlardan biri isə güzəştlərin tətbiq edilməsi ilə bağlıdır. Biz belə güzəştlərin tətbiq edilməsini təklif edirik. İnkişaf etmiş ölkələrdə olduğu kimi, ictimai nəqliyyatda güzəştlər həm tələbələr, həm də təqaüdçülərə şamil edilə bilər. Əksər inkişaf etmiş ölkələrdə bu vətəndaşlara ictimai nəqliyyatda 50 faizə qədər güzəştlər tətbiq olunur.
 

Burda da məqsəd əhalinin həssas qrupunun sosial təminatı baxımından daha çox dəstəklənməsinə nail olmaqdır. Ona görə bir sıra oxşar praktikanın Azərbaycanda tətbiqinin tərəfdarıyıq və bunu təklif edirik.


Güman edirik ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, yəni güzəştlərin tətbiq edilməsi həmin vətəndaşlarımızın ictimai nəqliyyatdan daha aşağı xərclərlə istifadə etməsinə, eyni zamanda, beynəlxalq praktikanın  ictimai nəqliyyata cəlb edilməsinə gətirib çıxara bilər”.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Avqust 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see175

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri