Icma.az
close
up
RU
Tələbələri sevindirəcək TƏKLİF: Ləğv edilsin!

Tələbələri sevindirəcək TƏKLİF: Ləğv edilsin!

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Hazırda bakalavriat və magistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketi min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq".

Bu sözləri Ölkə.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, bu gün  fundamental elmlə məşğul olanların böyük əksəriyyətini, məhz yaşlı nəslin nümayəndələri təşkil edir. 

"Gənclərin mütləq əksəriyyəti özünü elmdə görmür. Onlar daha çox özəl sahəyə meyil göstərirlər. Gənclərin elmə marağanın azalmasının ən başlıca səbəblərindən biri, bu sahədə əməkhaqqının elə də yüksək olmaması ilə bağlıdır və əkəriyyət tərəfindən bu sosial təminatla izah olunur. Bir gənc haradasa başqa bir sahədə işləyərək daha çox əmək haqqı ala bilər, nəinki elmlə məşğul olmaqla.  Gənclərin elmə həvəsi və marağının əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalmasını zaman-zaman bir çox dövlət rəsmiləri də etiraf edib.
Gəncləri magistraturaya cəlb etmək üçün hətta Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi “Elm haqqında” qanun layihəsindən çıxarılıb, plan yerlərinin artırılmasına cəhdlər edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş

“Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişikliklər aparılıb, magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir.
Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət etməli idi. Bundan əlavə magistr dərəcəsi aspiranturada təhsil üçün əsas şərt sayılırdı. Lakin, gözləntilər özünü lazımınca doğrultmadı. Bir çox ölkələr iki pilləli – bakalavriat və magistratura pillələrindən imtina edərək, əlavə 2 ilə ehtiyac görmür, əvvəlki qaydada təkpilləli 5 illik təhsi sisteminə keçmək barədə düşünürlər. Son zamanlar hətta nəinki, magistratura, hətta bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi, ali təhsilin bakalavr pilləsi ləğv edilməsi, artıq iki yeni təhsil səviyyəsi tətbiq olunacağı - əsas ali (5-6 il) və ixtisaslaşdırılmış (1-3 il) baradə fikirlər səsləndirilir. Deyilənlərdən və yazılanlardan belə çıxır ki, magistraturaya olan ümidlər özünü lazımınca doğrultmur. Ya ali təhsilin pillələrinə yanaşma tərzimiz dəyişməlidir, ya da bir çox ölkələrdə olduğu kimi, iki pilləli ali təhsildən təkpilləli sistemə keçilməlidir".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Fevral 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri