“İnsanlar artıq hər oyun qələbə qazanacağımıza inanırlar” kapitan
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“İmişli” Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Sabah”a uduzub (1:2) və mübarizəni dayandırıb.
Bölgə klubunun kapitanı Azər Salahlı matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Kubok mübarizəniz başa çatdı. “Sabah”ı məğlub etmək üçün nə çatmadı?
– Düşünürəm ki, çox yaxşı oyun nümayiş etdirdik. Lazım olan hər şeyi maksimum şəkildə yerinə yetirdik. Bu, kubok oyunu idi və tərəflərdən biri qalib gəlməli idi. Təəssüf ki, bu dəfə məğlub olan tərəf biz olduq.
– Bu mövsüm “Sabah”a 3 oyunun 2-də uduzmuşunuz. Birinci qələbə təsadüf idi?
– “Sabah” çempionluğa oynayan komandalar sırasındadır. Bizim isə yeni formalaşmış komanda olduğumuzu nəzərə alsaq, onlara qarşı kifayət qədər yaxşı oyunlar keçirdik. Həyatda heç nə təsadüf deyil.
– Bəlkə, “Neftçi” qələbəsi komandada eyforiya yaratdı?
– “Neftçi” ilə görüşdə əldə etdiyimiz qələbə həm komanda, həm də azarkeşlərimiz üçün çox dəyərli oldu. Məncə, insanlar artıq hər oyun qələbə qazanacağımıza inanırlar. Onlarda bu inamı yaratmışıq. Bu da doğru yolda olduğumuzu göstərir. Eyforiyadan söhbət gedə bilməz.
– Qış fasiləsinə az qalıb. Komandanın minimum xal hədəfi var?
– Fasiləyə qədər son üç oyunumuz qalıb. Bu matçlarda maksimum nəticə əldə etmək istəyirik. Bunun üçün gücümüz də var, potensialımız da. Turnir cədvəli barədə düşünmürük. Qarşıdakı rəqibə qarşı oyunda nəyi ən yaxşı edə biləcəyiksə, ona fokuslanırıq.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 Dekabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















