Icma.az
close
up
RU
“Xəstəxanalarda yemək sistemi ləğv edilsin, əvəzində…” EKSPERTDƏN təklif

“Xəstəxanalarda yemək sistemi ləğv edilsin, əvəzində…” EKSPERTDƏN təklif

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

“Son dönəmlərdə vətəndaşlar tərəfindən sosial şəbəkələrdə müxtəlif başlıqlarla video görüntülər yayılıb. Həmin video görüntülər xəstəxanalarda çəkilib”.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib.

İqtisadçının sözlərinə görə, xəstəxanada təqdim olunan yeməklərin keyfiyyəti, vətəndaşların icbari tibbi sığortasından tutulan məbləğdən narazıdırlar.

“Görüntülərdə vətəndaşlara qurubaşaq və şorba təqdim olunub. Şorbanın tərkibi isə sadəcə sudan ibarətdir. Bir dilim qara və ağ çörək təqdim olunub.
Eyni zamanda vətəndaşın icbari sığortasından bunun qarşılığında 15-25 manat tutulub”, – Ekspert bildirib.

Ekspert əlavə edib ki, xəstəliyin kateqoriyasına görə, yeməklər müxtəlif olmalıdır. Diabet, təzyiq və s. xəstəliyindən əziyyət çəkən insanlar var. Lakin vətəndaşın haqlı olaraq iddia etdiyi narazılıq ondan ibarətdir ki, vətəndaşın icbari tibbi sığortasından təqdim olunan yemək üçün tutulan vəsait həddindən artıq çoxdur.

Ümumiyyətlə, məsələnin iq tərəfinə qalanda səhiyyə sistemindəki xərclər Dövlət büdcəsi tərəfindən təmin olunur. İstər yemək üçün istərsə də digər xərclər üçün. Ona görə də ilk öncə vətəndaşların, xəstələrin layiqli təminatı üçün bu sistemə nəzarətin olması daha yaxşı olardı. Çünki əksər xəstəxanalar tərəfindən ət, toyuq, kartof, soğan kimi məhsullar mənimsənilir. Vətəndaşlara isə sadəcə şorbanın suyu və yaxud da qarabaşaq quru halda təqdim olunur. Həmçinin də yeməyin miqdarı azaldılır. Çox kiçik ölçüdə ət parçası qoyulur.

Təbii ki, bu sistemdə nəzarət çox çətindir. Çünki gündə 3 dəfə qidalanma olur. Xəstəxanaların sayı həddindən artıqdır. Təklif edirəm ki, xəstəxanalarda yemək sistemi ləğv olunsun. Bu xidmət Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən özəl ketrinq, yemək firmalarına verilsin. Belə olması daha məqsədəuyğun olardı. Çünki qardaş ölkə Türkiyədə də bu sistem həyata keçirilir. Ketrinq firmaları yeməyi hazırlayır, hər yemək saatından öncə isti bir halda gəlir və xəstələrin kateqoriyasına uyğun olaraq xəstəxanada paylanılır.

İkinci təklifim isə ondan ibarətdir ki, vətəndaşların tibbi sığortasından qidalanmaq üçün 15-25 manat rüsum tutulur. Burada da çox böyük ədalətsizlik hökm sürür. Bir qab quru qarabaşaq, sudan ibarət şorba və bir dilim çörək ümumi xərci 15 manat etmir. Yaxşı olardı ki, həmin o məbləğ vətəndaşın kartına köçürülsün və yaxınları tərəfindən həkimin məsləhət bildiyi qida gətirilsin. Düşünürəm ki, belə daha ədalətli olar.

Səhiyyə Nazirliyi və TƏBİB-in mövqeyini dərc etməyə hazırıq.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 İyul 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri