Icma.az
close
up
RU
Tələbələrin dərs saatı dəyişir? Bakıda yeni hazırlıq

Tələbələrin dərs saatı dəyişir? Bakıda yeni hazırlıq

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb.
Plana uyğun olaraq sözügedən müddətdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir. Bu istiqamətdə atılacaq addımların gələcəkdə müxtəlif sahələrdə, o cümlədən təhsil sistemində necə əks olunacağı maraq doğuran məsələlərdəndir. Xüsusilə ali təhsil müəssisələrində dərs cədvəllərinin daha çevik təşkil edilməsi, tədris prosesinin fərqli iş qrafiklərinə uyğunlaşdırılması və tələbələrlə müəllimlər üçün daha elastik təhsil modelinin formalaşdırılması məsələsi gündəmə gələ bilər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Taleh Mirzəyev Cebhe.info-ya bildirib ki, hazırkı mərhələdə universitet olaraq müvafiq qaydaların təsdiq olunmasını və səlahiyyətli orqanlar, yəni mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həmin qaydalara uyğun tövsiyələrin verilməsini, eləcə də hansı iş modellərinin tətbiq olunacağına dair qərarların qüvvəyə minməsini və bu modellərin açıqlanmasını gözləyirlər.
Xəzər Universitetinin İctimaiyyətlə Əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli bildirib ki, hər il olduğu kimi bu dərs ilində də çevik iş vaxtı rejiminin tətbiqindən istifadə ediləcək. Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova bildirib ki, bu məsələ hələ müzakirə edilməyib.
Azərbaycan Texniki Universitetinə mətbuat katibi Sevinc İsgəndərova bildirib ki,AzTU-da dərslər saat 9:00-da başlayır. Dərs saatının dəyişdirilməsi müzakirə olunmur.
Universitetlərdə dərs saatlarının dəyişməsi labüddürmü?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
"Prezidentin Sərəncamı ilə təsdiq edilmiş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı" dövlətin makroiqtisadi və sosial siyasətində keyfiyyətcə yeni bir mərhələnin başlandığını göstərir. Beynəlxalq təcrübəyə əsaslanan çevik iş vaxtı rejimi modellərinin hüquqi və praktiki əsaslarının yaradılması təkcə korporativ sektoru deyil, insan kapitalının reproduksiyası ilə məşğul olan ən fundamental institutu – ali təhsil sistemini də dərindən transformasiya etmək zərurəti yaradır. Bu kontekstdə ali məktəblərdə dərs saatlarının dəyişdirilməsi məsələsinə sadəcə qrafik islahatı kimi deyil, təhsilin fəlsəfəsinin və təşkilati idarəetmə sosiologiyasının dəyişməsi prizmasından yanaşmaq lazımdır".
Fəlsəfə doktoru əlavə edib ki, akademik və administrativ idarəetmə nöqteyi-nəzərindən universitetlərdə dərs saatlarının mexaniki şəkildə dəyişdirilməsi mütləq və hər kəs üçün eyni olan, yəni unifikasiya edilmiş bir labüdlük deyil:
"Lakin qrafiklərin diversifikasiyası və fərdiləşdirilməsi qaçılmaz bir prosesdir və bu şaxələndirilmənin bir neçə fundamental səbəbi vardır. Birincisi, "Ali təhsil haqqında" qanunvericiliyin prinsiplərinə görə, universitetlər publik hüquqi şəxs kimi öz daxili nizamnamələrini və tədris qrafiklərini müəyyən etməkdə müstəqildirlər. Məhz bu səbəbdən vahid və şaquli bir əmrlə bütün universitetlərdə dərslərin eyni vaxtda dəyişdirilməsi effektiv deyil və gözlənilmir. İkincisi, bu gün tələbəlik təkcə təhsil almaq mərhələsi deyil, çünki yuxarı kurs tələbələrinin böyük qismi əmək bazarına erkən inteqrasiya edir. Əgər dövlət əmək bazarında çevik iş rejimlərini qanuniləşdirirsə, ali təhsil sistemi bu bazara kadr hazırlayan bir struktur kimi öz qrafikini həmin işləyən tələbələrin və müəllimlərin zaman büdcəsinə uyğunlaşdırmağa məcburdur".
İlqar Orucova görə, mediada əks olunan universitet rəsmilərinin mövqelərindəki fərqlilik təhsil müəssisələrinin institusional hazırlığı və funksional profili ilə birbaşa bağlıdır:
"Belə ki, özəl ali təhsil müəssisələri beynəlxalq kredit sistemini (Boloniya prosesi və ECTS) daha dinamik tətbiq edir. Onların təşkilati strukturu bürokratik ləngimələrdən uzaq olduğu üçün bazardakı və qanunvericilikdəki dəyişikliklərə çevik reaksiya verir. Əksinə, texniki və iqtisadi profilli universitetlərdə laboratoriya dərslərinin intensivliyi və tələbə sayının çoxluğu kütləvi qrafik dəyişikliyini mürəkkəbləşdirir. Məsələn, AzTU-nun "dərs saatının dəyişdirilməsi müzakirə olunmur" açıqlaması müəssisənin mövcud infrastruktur və auditoriya imkanlarının tam yüklənməsi ilə izah oluna bilər. ADPU isə dövlət müəssisəsi olaraq müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi çərçivəni tam formalaşdırmasını gözləyir ki, bu da klassik hüquqi idarəetmənin təbii elementidir. Bu baxımdan, 2026-2030-cu illər ərzində normativ aktlar qəbul edildikdən sonra universitetlərin keçə biləcəyi bir neçə fundamental model mümkün ola bilər. Məsələn, nəzəri mühazirələrin asinxron formatda təşkili, universitet binalarında isə yalnız praktiki seminar və laborator dərslərin keçirilməsi fiziki olaraq dərs saatının deyil, tədris məkanının dəyişməsi ilə nəticələnə bilər. Və yaxud dərslərin saat 09:00-da başlaması stereotipindən qaçaraq, günün pik saatlarını relyefli şəkildə bölmək variantı da mümkündür. Ölkəmizin bəzi universitetlərində tətbiq olunduğu kimi bakalavr pilləsi üçün səhər, magistratura və MBA proqramları üçün isə modul tipli axşam qrafiklərinin təşkil edilməsi formatı daha da genişlənə bilər. Üstəlik, Bakı kimi böyük meqapolisdə universitetlərin dərs qrafiki həm də urbanistik və logistik bir problemdir. Universitetlərin dərs başlama saatlarını daxili qərarlarla differensiasiya etməsi (məsələn, bəzilərində 08:30, bəzilərində 10:00) şəhərin nəqliyyat yükünü əhəmiyyətli dərəcədə azaldacaqdır ki, bu da müasir təhsil menecmentinin sosial məsuliyyət istiqamətidir".
Müsahib yekun olaraq qeyd edib ki, universitetlərdə dərs saatlarının mexaniki şəkildə dəyişməsi birtərəfli bir məcburiyyət deyil, institusional zərurətdir:
"Müasir idarəetmə metodologiyası tələb edir ki, ali məktəblər inzibati əmrləri gözləmədən öz daxili resurslarını, tələbə sosiologiyasını və rəqəmsal infrastrukturunu vaxtında təftiş etsinlər. Beynəlxalq təcrübə göstərir ki, əmək bazarında çevik iş rejiminə keçən cəmiyyətlərdə ali təhsil müəssisələri sabit zaman-məkan çərçivəsindən çıxaraq ömürboyu təhsil platformasına çevrilir. Azərbaycan ali təhsil sistemi də bu hüquqi-struktur islahatlara təhdid kimi deyil, təhsilin keyfiyyətini, inklüzivliyini və əlçatanlığını artıracaq qlobal trendlərə inteqrasiya imkanı kimi baxmalıdır".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Avqust 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri