Bakıda təhsil alan tələbələrin sayı azaldılacaq Emin Əmrullayev
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıdakı universitetlər köçürülməyəcək, lakin paytaxtda təhsil alan tələbələrin sayının mərhələli şəkildə azaldılması nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Trend Beynəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, məqsəd region universitetlərinin inkişaf etdirilməsi və tələbələrin daha çox bölgələrdə təhsil almasına şərait yaratmaqdır. O qeyd edib ki, Mingəçevir, Qarabağ, Naxçıvan və Lənkəran universitetlərində imkanlar genişləndirilir.
Emin Əmrullayev vurğulayıb ki, bəzi ali təhsil müəssisələrində tələbə sayının artması təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər. Bu səbəbdən Bakıdakı universitetlərdə tələbə kontingentinin azaldılması və keyfiyyətin artırılması istiqamətində işlər aparılır.
Nazir əlavə edib ki, əsas məqsəd ali təhsilin keyfiyyətini yüksəltmək, region universitetlərini gücləndirmək və paytaxtda sıxlığın qarşısını almaqdır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 22 İyun 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















