Icma.az
close
up
RU
Tələbələrin təhsil haqqı problemi: Krediti necə götürə bilərlər?

Tələbələrin təhsil haqqı problemi: Krediti necə götürə bilərlər?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu ölkədə təhsilə əlçatanlığın artırılması və sosial bərabərliyin gücləndirilməsi istiqamətində mühüm mexanizmlərdən biri kimi formalaşıb. 

Məqsəd sosial baxımdan həssas əhali qruplarına aid ailələrdən olan və təhsil almaq arzusunda olan gənclərin bütün təhsil pillələrinə çıxış imkanlarını genişləndirməkdir. 

Bu istiqamətdə həyata keçirilən fəaliyyət nəticəsində minlərlə tələbənin təhsil haqları maliyyələşdirilib. Mövcud mexanizmə əsasən, təhsil müddəti ərzində tələbə kreditləri üzrə geri ödəniş tələb olunmur ki, bu da tələbələrə diqqəti yalnız akademik nailiyyətlərə yönəltməyə imkan yaradır. 

Yüksək akademik göstəricilərə malik tələbələr üçün isə güzəşt və bağışlanma mexanizmləri tətbiq edilir. İndiyədək geriödəmə mərhələsinə keçmiş 691 sosial təhsil tələbə krediti üzrə 50 faiz, 1684 standart təhsil tələbə krediti üzrə isə 25 faiz güzəşt tətbiq olunub. 

Nəticədə, ümumilikdə 766 min manatdan artıq vəsait tələbələrə güzəşt edilib. Ötən 5 il ərzində ümumilikdə 80 milyon manatdan artıq maliyyə vəsaiti təhsil tələbə kreditləri çərçivəsində istifadə olunub. Bunun 78 milyon manatdan çox hissəsi birbaşa təhsil müəssisələrinin hesablarına köçürülüb. 

Ayrılmış vəsaitin təxminən 48 milyon manatı standart, 30 milyon manata yaxın hissəsi isə sosial təhsil tələbə kreditlərinin payına düşür. Eyni zamanda, 1,9 milyon manatdan artıq sığorta məbləği ödənilib. 2026-2027-ci tədris ilinin başlamasına az vaxt qalıb. 

Artıq ali məktəblərə qəbulun nəticələri açıqlanıb. Ali təhsil müəssisələrinə qəbul olan bəzi gənclərin təhsil tələbə kreditinə ehtiyacı var. 

Fondun investisiyası daha çox tələbəyə kreditin verilməsi üçün artırıla bilərmi? 

Məsələ ilə bağlı Təhsil Tələbə Krediti Fondundan “Cebheinfo.az”-a bildirilib ki, fonda I kursdan, tədris ilinin ilk semestrindən müraciət etmək mümkündür: 

“Əlavə təhsil zamanı isə sosial təhsil tələbə kreditindən ilk semestrdə yararlana bilirlər. Ancaq standart təhsil tələbə krediti ilə bağlı bal limiti formalaşmadığı üçün ikinci semestrdən etibarən kreditə müraciət edilir. 

İndiki halda isə ali, orta ixtisas, peşə təhsili müəssisələrində təhsil alanlar birinci tədris ilinin semetrindən etibarən müraciət edə bilərlər. Ümumiyyətlə, ali, orta ixtisas və peşə təhsili müəssisələrinə müraciət edən hər bir tələbə sosial və ya standart kredit şərtlərinə uyğun gəldiyi halda hər kəs müraciət edib uyğun şəxslərə kreditlər ayrılır”. 

İlk təhsil ilindən kreditin verilməsinə gəldikdə bildirilib ki, bakalavr səviyyəsində tələbə kreditə müraciət üçün 250 bal toplamalıdır: 

“Xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə bakalavr səviyyəsində 100 baldır. Subbakalavrlarda 110 bal, onların xüsusi qabiliyyət tələb edən ixtisaslarında 40 bal təşkil edir. SAT nəticəsi ilə qəbul olan tələbələr minimum 1200 bal toplamalıdırlar ki, kreditə müraciət etsinlər. 

Bundan başqa, peşə təhsili müəssisələrində attestata yazılan qiymətlərin ədədi ortası 3 olmalıdır. Bu, yalnız standart növ təhsil tələbə kreditinə aiddir. Həmçinin magistratura səviyyəsində 50 bal, onların xüsusi qabiliyyət tələb edən ixtisasında isə 30 baldır ki, həmin balı yığan tələbələr tədris ilinin ilk semestrində standart üçün bu bal limiti əsasında kreditə müraciət edirlər”. 

Sosial kreditdə isə heç bir bal limiti yoxdur: 

“Növbəti illərdə də onların ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG), akademik kəsrin olmaması yenidən kreditə müraciət etmək üçün əsasdır”.

Nigar 
“Cebheinfo.az”

Açar sözlər: tələbə kredit

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Avqust 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri