Icma.az
close
up
RU
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər AÇIQLAMA

Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər AÇIQLAMA

Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - AÇIQLAMA

Azərbaycanın ali təhsil sistemində tələbələrin təqaüd məbləğləri onların akademik göstəricilərinə əsaslanaraq müəyyən edilir. Hazırda bakalavriat səviyyəsində tələbələrə verilən təqaüdlərin 51-100 bal arasında göstəriciləri olanlara 100 manat, 71-100 bal arasında olanlara 145 manat və 91-100 bal arasında olanlara 175 manat olması diqqət çəkir. Lakin bu məbləğlərin yaşayış minimumundan – 285 manatdan xeyli aşağı olması tələbələrin gündəlik ehtiyaclarını qarşılamasında ciddi problemlər yaradır.

Bunu nəzərə alaraqdan tələbələrin təqaüd məbləğləri 285 manata qədər artırıla bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az təhsil eksperti Kamran Əsədov danışdı.

O, açıqlamasında qeyd etdi ki, inkişaf etmiş ölkələrdə tələbələrin təqaüdü yaşayış minimumuna yaxınlaşdırılır:

"Yaşayış minimumu ölkədə insanın əsas ehtiyaclarını – ərzaq, geyim, nəqliyyat və digər zəruri xidmətlər üçün lazım olan minimum məbləği ifadə edir. Tələbələrin çoxunun tək yaşadığı, yataqxana və ya kirayə evlərdə qaldığı, əlavə xərcləri (yemək, nəqliyyat, dərs vəsaitləri) özlərinin qarşıladığı bir şəraitdə mövcud təqaüd məbləğləri onların ehtiyaclarına yetərli deyil. Belə ki, 100 manat məbləğində təqaüd yalnız tələbənin nəqliyyat xərclərini və gündəlik minimal qida ehtiyaclarını belə tam qarşılamır.

Bu vəziyyət, tələbələrin təhsil keyfiyyətinə və ümumi akademik performansına mənfi təsir göstərir. Əlavə gəlir mənbəyi olmayan tələbələr ya işləməyə məcbur qalır, ya da ailə büdcəsindən asılı olur. İqtisadi vəziyyətin çətin olduğu ailələrdən gələn tələbələr üçün isə bu, böyük bir maneəyə çevrilir. İşləyən tələbələr dərs zamanı daha yorğun olur, tədris keyfiyyəti aşağı düşür və onların elmi fəaliyyətlərdə iştirak etmə ehtimalı azalır. Bu da ümumilikdə, ölkənin ali təhsil sisteminin səmərəliliyini azaldır.

Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə tələbə təqaüdləri yaşayış minimumuna yaxınlaşdırılır və bəzi hallarda onu üstələyir. Məsələn, Avropa İttifaqı ölkələrində tələbə təqaüdləri tələbələrin yaşayış xərclərini tam və ya qismən qarşılayacaq səviyyədə təyin edilir. Finlandiya, Almaniya və Norveç kimi ölkələrdə tələbələr aylıq 500-1000 avro civarında təqaüd alır ki, bu da onların təhsilə tam fokuslanmasına imkan verir. Azərbaycan bu təcrübəni nəzərə alaraq təqaüd siyasətini yenidən gözdən keçirə bilər".

Təhsil eksperti onu da vurğuladı ki, 185 min civarında tələbəyə 285 manatdan təqüd verilməsi dövlət büdcəsi üçün yük olsa da, gələcək insan resurslarının formalaşması baxımından sərfəli investitsiya kimi qiymətləndirilə bilər:

"Maliyyə baxımından təqaüdlərin yaşayış minimumuna uyğunlaşdırılması dövlət üçün əlavə xərclər tələb etsə də, bu, uzunmüddətli perspektivdə ölkənin insan kapitalının inkişafına əhəmiyyətli təsir göstərə bilər. Hazırkı statistikaya əsasən, ali təhsil alan tələbələrin sayı təxminən 185 min civarındadır. Əgər təqaüdlər 285 manata qaldırılsa, bu, dövlət büdcəsinə əlavə yük gətirsə də, bu məbləğ ölkənin ümumi iqtisadi inkişafı və gələcək insan resurslarının formalaşdırılması baxımından sərfəli investisiya kimi qiymətləndirilə bilər.

Nəticə etibarilə, tələbə təqaüdlərinin hazırkı məbləğlərinin artırılaraq yaşayış minimumuna uyğunlaşdırılması həm sosial ədalət, həm də təhsilin keyfiyyətinin artırılması baxımından zəruridir. Bu, təkcə tələbələrin maddi vəziyyətini yaxşılaşdırmayacaq, həm də onların akademik performansına və ölkənin ümumi elmi-texniki inkişafına müsbət təsir göstərəcək. Belə bir dəyişiklik, uzunmüddətli perspektivdə, Azərbaycanın yüksək rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaq strategiyasına ciddi töhfə verəcəkdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 18 Noyabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri