Icma.az
close
up
RU
Telefon nömrəniz sizin haqqınızda nə deyir? Hesablama qaydası

Telefon nömrəniz sizin haqqınızda nə deyir? Hesablama qaydası

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Numerologiyaya görə, mobil telefon nömrəsindəki rəqəmlər liderlik, yaradıcılıq, başqalarına qayğı və mənəvi inkişaf kimi xüsusiyyətlərlə əlaqələndirilir. Bu inancla maraqlananlar sadə hesablama apararaq nömrələrinə verilən simvolik mənanı öyrənə bilərlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, numerologiyada telefon nömrəsi insanın ünsiyyət tərzi və həyatında qarşılaşdığı imkanlarla əlaqəli rəqəmlər ardıcıllığı kimi şərh olunur.

Telefon nömrəsinin rəqəmi necə hesablanır?

Bunun üçün mobil telefon nömrəsindəki bütün rəqəmləri toplamaq lazımdır. Alınan nəticə ikirəqəmlidirsə, həmin rəqəmlər də birrəqəmli nəticə alınana qədər toplanır.

Məsələn, nömrədəki rəqəmlərin cəmi 55-dirsə, əvvəlcə 5 + 5 = 10, daha sonra 1 + 0 = 1 hesablanır. Beləliklə, həmin telefon nömrəsinin numeroloji rəqəmi 1 olur.

1 rəqəmi: liderlik və birbaşa ünsiyyət

Numerologiyada 1 rəqəmi liderlik, təşəbbüskarlıq və müstəqilliklə əlaqələndirilir. Bu rəqəm məlumatı aydın çatdırmağın və sürətli qərar verməyin vacib olduğu fəaliyyət sahələri, xüsusilə biznes və sahibkarlıq üçün əlverişli hesab olunur. Yozuma görə, bu rəqəmə uyğun gələn insanlar ünsiyyətdə qətiyyətli davranır və diqqətlərini konkret məqsədlərə yönəldirlər.

2 rəqəmi: əməkdaşlıq və danışıqlar

2 rəqəmi diplomatiyanı və komanda işini simvolizə edir. Danışıqlar aparmaq, münaqişələrdə vasitəçi olmaq və bütün tərəflərə fayda verən razılaşmalar əldə etmək bacarığı ilə əlaqələndirilir. Numeroloji şərhlərdə bu rəqəm maliyyə, daşınmaz əmlak və şəxsi münasibətlərlə etimadın mühüm rol oynadığı peşələrə uyğun sayılır.

3 rəqəmi: yaradıcılıq və nikbinlik

3 rəqəmi özünüifadə, təxəyyül və başqalarını ruhlandırmaq bacarığı ilə əlaqələndirilir. Bu rəqəm sənət adamlarının, ünsiyyət sahəsində çalışanların və fikirlərini yaradıcı şəkildə bölüşməyi sevənlərin simvolu hesab edilir. Həmçinin səmimi söhbətlərə, şən əhvali-ruhiyyəyə və yeni münasibətlər qurmaqda rahatlığa işarə kimi yozulur.

4 rəqəmi: intizam və səmərəlilik

Numerologiyaya görə, telefon nömrəsinin rəqəmləri 4-ə bərabər olan şəxslər nizam-intizama və vaxtdan səmərəli istifadəyə üstünlük verirlər. Onların qısa, konkret və vacib məsələlərin həllinə yönələn ünsiyyətə meyilli olduqları düşünülür. Bu rəqəm dürüstlük, məsuliyyət və davamlı zəhmətlə əlaqələndirilir.

5 rəqəmi: dəyişiklik və uyğunlaşma

5 rəqəmi hərəkəti, macəranı və müxtəlifliyə açıq olmağı simvolizə edir. Numeroloji inanclarda səyahəti, yenilikləri və gündəlik çərçivədən kənara çıxmağı sevən insanlarla əlaqələndirilir. Yeni şəraitə sürətlə uyğunlaşmaq bacarığı da bu rəqəmə aid edilən xüsusiyyətlər sırasındadır.

6 rəqəmi: qayğı və rifah

6 rəqəmi sevgi, ailə, mərhəmət və başqalarına yardım etməklə əlaqələndirilir. Bu yozuma əsasən, səhiyyə, təhsil, emosional rifah və sosial yardım sahələrində çalışanları simvolizə edir. Ünsiyyət zamanı qarşı tərəfə sakitlik və etimad hissi aşılamaq da bu rəqəmlə bağlanır.

7 rəqəmi: bilik və özünütəhlil

7 rəqəmi bilik axtarışını, mənəviyyatı və düşüncəyə dalmağı ifadə edir. Numerologiyada bu rəqəmə uyğun gələn insanların telefonlarından yalnız ehtiyac olduqda istifadə etməyə meyilli olduqları iddia olunur. Onların vaxtlarını daha çox öyrənməyə, araşdırmaya və daxili inkişaflarına ayırmağa üstünlük verdikləri düşünülür.

8 rəqəmi: uğur və nüfuz

8 numerologiyada xüsusi əhəmiyyət verilən rəqəmlərdən biridir. Bolluq, biznesdə liderlik, təşkilatçılıq bacarığı və peşəkar nüfuzla əlaqələndirilir. Buna görə rəhbərlər, sahibkarlar və maliyyə məqsədlərinə çatmağa çalışan insanlar üçün əlverişli rəqəm hesab olunur.

9 rəqəmi: mənəvi inkişaf

9 rəqəmi səxavəti, həmrəyliyi və cəmiyyətin rifahına töhfə vermək istəyini simvolizə edir. Numeroloji yozuma görə, bu rəqəmlə əlaqələndirilən insanlar maddi qazanc əldə etməklə yanaşı, həyatlarında daha dərin məna axtarırlar. Humanitar fəaliyyətə maraq və peşə həyatı boyunca göstərilən səylərin qarşılığını almaq imkanları da bu rəqəmlə əlaqələndirilir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Sentyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri