“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” Video
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xaçmaz rayonunun Qadaşoba kəndində 15 yaşlı yeniyetmənin anasını qətlə yetirməsinin təfərrüatı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, mərhum Kifayət Lətifovanın qohumu Ceyhun Mustafayev Baku TV-yə açıqlamasında bildirib ki, qətl törədilərkən evdə yeniyetmə ilə anasından başqa heç kim olmayıb.
“Uşağın dediyinə görə, oyun oynamaq üçün anasından telefon istəyib, vermədiyi üçün də onu bıçaqlayıb. Hadisəni biləndə hamımız şoka düşdük. Belə hərəkət edəcək uşaq deyildi”, - deyə o söyləyib.
Mərhumun bacısı Mehparə Məlikova isə hadisə barədə belə deyib: “Bacım evində özünə cəllad saxlayıb. Oğlu onu çox sevirdi. Bizə gələndə anası olmadan yatmırdı. İki dəfə əməliyyat etdirib. Uşağın bir az problemi var idi”.
Qeyd edək ki, 15 yaşlı yeniyetmə bu il 9-cu sinifi bitirib. O, anası K. Lətifovanı qətlə yetirməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 02 İyul 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















