Telefonla hər şeyi çəkirsiniz? Alimlər bunun yaddaşa zərər verdiyini açıqladı
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, ABŞ-də aparılan tədqiqat çərçivəsində smartfonlarla davamlı vizual qeyd aparmağın insan yaddaşına təsiri araşdırılıb.
Binqemton Universitetinin alimləri tərəfindən 892 nəfərin iştirakı ilə həyata keçirilən yeddi fərqli eksperiment zamanı müəyyən olunub ki, hadisəni fotoşəkil çəkən və ya ekran görüntüsü alan şəxslər həmin hadisənin təfərrüatlarını daha çətin xatırlayırlar.
Təcrübələr zamanı iştirakçılara müxtəlif incəsənət əsərləri nümayiş etdirilib. Onların bir qrupundan sadəcə şəkillərə baxmaq, digər qrupundan isə ekran görüntüsü almaq tələb olunub. Nəticələr göstərib ki, şəkillərə yalnız baxan iştirakçılar ekran görüntüsü alanlarla müqayisədə görüntüləri daha dəqiq və daha ətraflı xatırlayıblar.
Araşdırmanın aparıcı müəllifi, psixoloq Sofiya Fabrizio bildirib ki, əldə olunan nəticələr insanların sadəcə bir düyməyə basmaqla yaşadıqları təcrübələr və əldə etdikləri məlumatlarla bağlı yaddaşlarına zərər vermə ehtimalının yüksək olduğunu göstərir.
Onun sözlərinə görə, bu təsir yalnız qeydə alınan görüntü ilə məhdudlaşmır və daha geniş yaddaş proseslərinə də təsir edə bilər.
Mütəxəssislər qeyd edirlər ki, bu hal elmdə “koqnitiv yükün ötürülməsi” adlanır. Yəni beyin məlumatın fotoşəkil və ya ekran görüntüsü vasitəsilə saxlanıldığını bildikdə, onu yadda saxlamaq üçün daha az səy göstərir.
Tədqiqatçılar həmçinin vurğulayırlar ki, fotoşəkil çəkərkən diqqətin ekrana yönəlməsi insanın yaşadığı ana tam fokuslanmasına mane olur. Xüsusilə xüsusi və emosional anlarda davamlı şəkildə foto çəkməyə çalışmaq həmin xatirələrin yaddaşda daha solğun qalmasına səbəb ola bilər.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 03 Sentyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















