Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Kəlbəcər Zəfərin tarixi, dirçəlişin ünvanı

Kəlbəcər Zəfərin tarixi, dirçəlişin ünvanı

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

25 noyabr Azərbaycanın ərazi bütövlüyünün bərpasının, dövlətimizin siyasi iradəsinin, ordumuzun qəhrəmanlığının və tarixi ədalətin təntənəsinin rəmzidir. Bu gün Kəlbəcər işğalın ağır nəticələrini geridə qoyaraq Böyük Qayıdışın və genişmiqyaslı quruculuğun yeni mərhələsini yaşayır.

Azərbaycanın qədim tarixə, zəngin təbii sərvətlərə və misilsiz coğrafi gözəlliyə malik bölgələrindən biri olan Kəlbəcər xalqımızın tarixi-mədəni irsində xüsusi yer tutur. “Kəlbəcər” toponiminin qədim türk dilində “çay üstündə qala” mənasını verməsi bu ərazinin tarixi kimliyinə işarədir. Burada aşkar edilmiş 30 min ildən artıq tarixə malik qədim yaşayış məskənləri, 6 minillik qayaüstü təsvirlər və qədim türk əlifbasının nümunələri bölgənin zəngin sivilizasiya keçmişini təsdiqləyir.
Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər möhtəşəm dağları, meşələri, çayları və mineral su ehtiyatları ilə seçilir. Camışdağ zirvəsindəki 3724 metrlik yüksəklik və Dəlidağ bu diyarın təbii əzəmətinin göstəriciləridir. Lakin Kəlbəcərin əsas sərvəti onun təbiəti ilə yanaşı, burada formalaşmış tarixi-mədəni mühit, milli adət-ənənələr və doğma torpağına bağlı insanlardır.
1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcərin işğala qədər 53 478 nəfər əhalisi var idi. 3054 kvadratkilometr ərazini əhatə edən rayonda bir şəhər, bir qəsəbə və 145 kənd yerləşirdi.
1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi rayonun həyatında faciəli bir mərhələnin başlanğıcı oldu. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Rayon sakinləri Azərbaycanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldular. Bununla yanaşı, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, səhiyyə müəssisələri, yaşayış evləri və digər infrastruktur obyektləri dağıdıldı və talan edildi. Kəlbəcərin tarixi-mədəni irsinə, təbii sərvətlərinə və iqtisadi potensialına ciddi ziyan vuruldu.
İşğal beynəlxalq hüququn da kobud şəkildə pozulması ilə müşayiət olundu. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsi işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edirdi. Lakin qətnamənin icrası təmin edilmədi. Sonrakı illərdə, 1999-cu ildən etibarən Kəlbəcər ərazisində qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirilməsi də beynəlxalq hüququn prinsiplərinə zidd idi.
Bu hadisələr bir daha göstərdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğu onların icrasına hər zaman təminat vermir. Azərbaycan uzun illər diplomatik müstəvidə mübarizə aparsa da, ərazi bütövlüyünün bərpası üçün öz siyasi, iqtisadi və hərbi potensialını gücləndirmək yolunu seçdi. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər bu siyasətin nəticəsi oldu.
Kəlbəcərin azad edilməsində hərbi-strateji amillər mühüm rol oynadı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri nəzarətə götürərək Ermənistan silahlı qüvvələrinin bu istiqamətdə hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdı. Basarkeçər-Kəlbəcər yolundan istifadənin faktiki olaraq mümkünsüz hala gətirilməsi hərbi əməliyyatların gedişinə təsir göstərən mühüm amillərdən biri idi.
Nəticədə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu hadisə uzun illər doğma yurdlarından ayrı düşmüş insanların qayıdış ümidlərini yenidən gerçəyə çevirdi.
Kəlbəcərin boşaldılması zamanı yaşayış evlərinin və meşələrin yandırılması, mülki obyektlərin dağıdılması işğalın yaratdığı dağıntıların miqyasını bir daha nümayiş etdirdi. Lakin Azərbaycan dövləti qarşısına yalnız azad edilmiş ərazilərə nəzarəti təmin etmək deyil, həmin torpaqlarda həyatı yenidən qurmaq və dayanıqlı inkişafı təmin etmək məqsədini qoydu.
Bu gün Kəlbəcərdə həyata keçirilən layihələr məhz həmin strateji yanaşmanın nəticəsidir. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri, infrastruktur layihələrinin gedişinə nəzarəti və yeni obyektlərin açılışında iştirakı dövlətin bölgənin inkişafına verdiyi əhəmiyyəti göstərir.
Kəlbəcərin gələcək inkişafının əsas istiqamətlərindən biri müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasıdır. 2024-cü il mayın 1-də təsdiqlənmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan”a əsasən, şəhərin ərazisinin təxminən 130 hektardan 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Plana uyğun olaraq 4250 mənzil, dörd məktəb, dörd uşaq bağçası, iki xəstəxana, reabilitasiya mərkəzi, mehmanxanalar, idman və ictimai-iaşə obyektləri inşa ediləcək.
Şəhərin ekoloji inkişafına da xüsusi diqqət yetirilir. Baş plana əsasən, ərazinin 22 faizi, yəni 60 hektara yaxın sahə yaşıllıqlardan ibarət olacaq. Adambaşına düşən yaşıllıq sahəsinin 33 kvadratmetr nəzərdə tutulması Kəlbəcərin təbiətlə harmoniyada inkişaf etdirilməsinin prioritet olduğunu göstərir.
Böyük Qayıdışın mühüm istiqaməti yaşayış məntəqələrinin bərpası və insanların mərhələli şəkildə doğma yurdlarına köçürülməsidir. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin inşası bu baxımdan əhəmiyyətli layihələrdəndir. Kompleksdə çoxmənzilli binalar və fərdi evlərlə yanaşı, parklar, istirahət guşələri, sosial-məişət obyektləri və uşaq meydançaları yaradılır. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı sakinlərə mənzillərin açarlarının təqdim edilməsi qayıdış prosesinin real nəticələrini nümayiş etdirdi.
Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması da rayonun kənd yaşayış mühitinin bərpasına xidmət edir. Bu kəndlərdə yüzlərlə ailənin məskunlaşdırılması, fərdi yaşayış evləri ilə yanaşı, məktəb və uşaq bağçalarının tikintisi nəzərdə tutulur. Məqsəd insanların doğma torpaqlarında yalnız məskunlaşmasını deyil, normal sosial və iqtisadi həyat qurmasını təmin etməkdir.
Kəlbəcərin iqtisadi inkişafında nəqliyyat infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu rayonun ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirəcək. Yol üzərində ümumi uzunluğu 25,9 kilometr olan beş tunelin inşası mürəkkəb mühəndislik layihəsidir. Bu yolun mühüm hissəsi olan 11,7 kilometrlik Murovdağ tuneli uzunluğuna görə dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir.
Nəqliyyat əlaqələrinin yaxşılaşdırılması Kəlbəcərin turizm, kənd təsərrüfatı və sahibkarlıq imkanlarının genişlənməsinə də təkan verəcək. Beləliklə, yol infrastrukturu bölgənin iqtisadi dövriyyəyə daha fəal qoşulması üçün mühüm zəmin yaradacaq.
Rayonun digər mühüm üstünlüyü hidroenerji potensialıdır. Kəlbəcərdə “Meydan”, “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları yenidən qurulub və ya inşa edilib. Bu layihələr yerli enerji resurslarından səmərəli istifadə, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və bərpaolunan enerji istehsalının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Kəlbəcərin iqtisadi potensialından danışarkən “İstisu” mineral mənbələrini xüsusi qeyd etmək lazımdır. Dəniz səviyyəsindən 1600 metrdən artıq yüksəklikdə yerləşən və təbii halda 60 dərəcədən yüksək temperaturda çıxan bu mineral su Azərbaycanın təbii sərvətlərindən biridir. İşğal dövründə dağıdılmış müalicə-istirahət infrastrukturunun yenidən qurulması bölgənin sağlamlıq turizmi imkanlarının bərpasına xidmət edir.
80 min kvadratmetr ərazini əhatə etməsi nəzərdə tutulan “İstisu” Müalicə-İstirahət Kompleksində hotel, kotteclər və müasir müalicə infrastrukturu yaradılır. Burada mineral su ilə müalicə, palçıq terapiyası və iqlim müalicəsi istiqamətlərinin inkişafı planlaşdırılır.
Digər mühüm layihə isə “İstisu” mineral su zavodudur. Təməli 2022-ci ildə qoyulan və 2024-cü ildə işləri tamamlanan müəssisənin illik istehsal gücü 100 milyon şüşədən artıqdır. Zavodda təxminən 100 nəfər işlə təmin edilib və onların əksəriyyətinin Kəlbəcər və Laçın sakinləri olması iqtisadi dirçəlişin yerli məşğulluğa verdiyi töhfəni göstərir.
Kəlbəcərin azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbçilərin xidmətləri də dövlət tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib və 9455 hərbi qulluqçu bu medalla təltif olunub. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə noyabrın 25-nin Kəlbəcər şəhəri günü kimi müəyyən edilməsi isə bu tarixi hadisənin milli yaddaşımızda əbədiləşdirilməsinə xidmət edir.
Kəlbəcərdə görülən işlərin mahiyyətini yalnız tikilən evlər, çəkilən yollar və istifadəyə verilən müəssisələrlə ölçmək olmaz. Bu layihələrin arxasında daha böyük məqsəd dayanır: doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarında təhlükəsiz və layiqli həyatını təmin etmək, bölgənin iqtisadi potensialını reallaşdırmaq və gələcək nəsillər üçün müasir yaşayış mühiti yaratmaq.
25 noyabrın tarixi əhəmiyyəti də məhz bundadır. Kəlbəcər bir vaxtlar işğalın, dağıntının və məcburi köçkünlüyün simvolu idisə, bu gün Azərbaycanın Zəfər iradəsinin, dövlət quruculuğunun və Böyük Qayıdış siyasətinin nümunəsinə çevrilir. Burada hər yeni yaşayış evi, hər çəkilən yol, hər açılan müəssisə tarixi ədalətin bərpasının davam edən prosesidir. Kəlbəcər öz insanlarına qovuşduqca yalnız əvvəlki həyatına deyil, daha böyük inkişaf perspektivlərinə də qayıdır.

Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü, Filologiya elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see316

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see284

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see282

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see268

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see263

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see245

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see242

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see239

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see237

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see229

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see227

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see227

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see223

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see222

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see214

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see212

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see188

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see185

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri