Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və ya mikrofonuna giriş əldə etdiyini göstərir.

Əksər hallarda bu nöqtənin görünməsi tamamilə normaldır. Məsələn, telefonla danışarkən, video çəkərkən, səsli mesaj yazarkən və ya videobağlantı zamanı indikator görünə bilər. Lakin heç bir səbəb olmadan tez-tez peyda olması diqqətli olmağa əsas verir.

Narıncı nöqtə nə deməkdir?

iPhone-da ekranın yuxarı hissəsində görünən narıncı nöqtə tətbiqlərdən birinin mikrofondan istifadə etdiyini bildirir. Bu işarə telefon danışığı, səsli mesajın yazılması, diktofondan və ya səsli axtarışdan istifadə zamanı görünə bilər.

Apple bu funksiyanı iOS 14-dən etibarən tətbiq edib. Məqsəd istifadəçiyə mikrofonun hətta tətbiq arxa planda işlədiyi zaman belə aktiv olduğunu göstərməkdir.

Telefonun “Rəngsiz fərqləndirmə” funksiyası aktivdirsə, narıncı nöqtə kiçik kvadrat şəklində də göstərilə bilər.

Android telefonlarında isə adətən ayrıca narıncı indikator istifadə edilmir.

Yaşıl nöqtə nəyi göstərir?

iPhone-da yaşıl nöqtə kameranın işlədiyini bildirir. Kamera ilə mikrofon eyni vaxtda istifadə edilərsə də yaşıl indikator görünür.

Bu, videobağlantı zamanı, video çəkilişində və ya QR-kod skan edilərkən baş verə bilər.

Android telefonlarında yaşıl nöqtə tətbiqlərdən birinin kameraya, mikrofona və ya hər ikisinə eyni anda giriş əldə etdiyini göstərir.

İndikatorun görünüşü və yerləşdiyi hissə telefon istehsalçısından və Android versiyasından asılı olaraq dəyişə bilər.

Nöqtə səbəbsiz görünürsə, nə etmək lazımdır?

Kamera və mikrofon bəzən istifadəçinin dərhal fərq etmədiyi proseslərdə də işə düşür.

Məsələn, mikrofon səsli axtarış, mesajların səslə yazılması, musiqinin tanınması, rəqəmsal köməkçilər və səs qeydləri zamanı istifadə edilir.

Kameraya isə sosial şəbəkə, bank, ödəniş və alış-veriş tətbiqlərinin ehtiyacı ola bilər. Bu proqramlar QR-kodun oxunması, şəxsiyyətin təsdiqlənməsi və ya sənədlərin fotosunun çəkilməsi üçün kameradan istifadə edə bilər.

Proses başa çatdıqdan sonra yaşıl və ya narıncı nöqtə də yox olmalıdır. İndikator uzun müddət ekranda qalırsa və ya heç bir səbəb olmadan mütəmadi görünürsə, tətbiqlərin icazələrini yoxlamaq məsləhətdir.

Kamera və mikrofonu hansı tətbiqin istifadə etdiyini necə öyrənmək olar?

iPhone-da ekranın yuxarı sağ küncündən aşağı sürüşdürərək İdarəetmə Mərkəzini açmaq mümkündür. Burada kameradan və ya mikrofondan hazırda istifadə edən, yaxud qısa müddət əvvəl istifadə etmiş tətbiqin adı göstərilir.

Android-də isə ekranın yuxarı hissəsindən aşağı sürüşdürüb yaşıl indikatorun üzərinə toxunmaq kifayətdir. Əksər telefonlarda hansı tətbiqin kamera və ya mikrofondan istifadə etdiyi göstərilir.

Müasir Android versiyalarında tətbiqlərin məxfilik tarixçəsini də yoxlamaq mümkündür. Bu bölmədə hansı proqramın kamera və mikrofona nə vaxt giriş etdiyi barədə məlumat əldə etmək olur.

Girişi necə bağlamaq olar?

Şübhəli tətbiq aşkar edilərsə, onun kameraya və ya mikrofona giriş icazəsini ləğv etmək mümkündür.

iPhone-da bunun üçün “Məxfilik və təhlükəsizlik” bölməsinə daxil olaraq “Kamera” və ya “Mikrofon” hissəsindən konkret tətbiqin icazəsini bağlamaq lazımdır.

Android-də isə bu seçim “Məxfilik” və ya “İcazələr” bölməsində yerləşir. İstifadəçi tətbiqə yalnız proqram işlədiyi müddətdə icazə verə, hər dəfə icazə soruşulmasını seçə və ya kameraya və mikrofona girişi tamamilə bağlaya bilər.

Bəzi Android smartfonlarında kamera və mikrofonu sürətli parametrlər panelindən ümumiyyətlə söndürmək də mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Sentyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see404

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see324

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see303

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see302

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see299

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see291

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see280

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see277

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see273

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see259

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see255

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see251

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see237

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see216

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see212

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see195

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see185

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see176

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri