Icma.az
close
up
RU
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir.

Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və ya mikrofonuna giriş əldə etdiyini göstərir.

Əksər hallarda bu nöqtənin görünməsi tamamilə normaldır. Məsələn, telefonla danışarkən, video çəkərkən, səsli mesaj yazarkən və ya videobağlantı zamanı indikator görünə bilər. Lakin heç bir səbəb olmadan tez-tez peyda olması diqqətli olmağa əsas verir.

Narıncı nöqtə nə deməkdir?

iPhone-da ekranın yuxarı hissəsində görünən narıncı nöqtə tətbiqlərdən birinin mikrofondan istifadə etdiyini bildirir. Bu işarə telefon danışığı, səsli mesajın yazılması, diktofondan və ya səsli axtarışdan istifadə zamanı görünə bilər.

Apple bu funksiyanı iOS 14-dən etibarən tətbiq edib. Məqsəd istifadəçiyə mikrofonun hətta tətbiq arxa planda işlədiyi zaman belə aktiv olduğunu göstərməkdir.

Telefonun "Rəngsiz fərqləndirmə” funksiyası aktivdirsə, narıncı nöqtə kiçik kvadrat şəklində də göstərilə bilər.

Android telefonlarında isə adətən ayrıca narıncı indikator istifadə edilmir.

Yaşıl nöqtə nəyi göstərir?

iPhone-da yaşıl nöqtə kameranın işlədiyini bildirir. Kamera ilə mikrofon eyni vaxtda istifadə edilərsə də yaşıl indikator görünür.

Bu, videobağlantı zamanı, video çəkilişində və ya QR-kod skan edilərkən baş verə bilər.

Android telefonlarında yaşıl nöqtə tətbiqlərdən birinin kameraya, mikrofona və ya hər ikisinə eyni anda giriş əldə etdiyini göstərir.

İndikatorun görünüşü və yerləşdiyi hissə telefon istehsalçısından və Android versiyasından asılı olaraq dəyişə bilər.

Nöqtə səbəbsiz görünürsə, nə etmək lazımdır?

Kamera və mikrofon bəzən istifadəçinin dərhal fərq etmədiyi proseslərdə də işə düşür.

Məsələn, mikrofon səsli axtarış, mesajların səslə yazılması, musiqinin tanınması, rəqəmsal köməkçilər və səs qeydləri zamanı istifadə edilir.

Kameraya isə sosial şəbəkə, bank, ödəniş və alış-veriş tətbiqlərinin ehtiyacı ola bilər. Bu proqramlar QR-kodun oxunması, şəxsiyyətin təsdiqlənməsi və ya sənədlərin fotosunun çəkilməsi üçün kameradan istifadə edə bilər.

Proses başa çatdıqdan sonra yaşıl və ya narıncı nöqtə də yox olmalıdır. İndikator uzun müddət ekranda qalırsa və ya heç bir səbəb olmadan mütəmadi görünürsə, tətbiqlərin icazələrini yoxlamaq məsləhətdir.

Kamera və mikrofonu hansı tətbiqin istifadə etdiyini necə öyrənmək olar?

iPhone-da ekranın yuxarı sağ küncündən aşağı sürüşdürərək İdarəetmə Mərkəzini açmaq mümkündür. Burada kameradan və ya mikrofondan hazırda istifadə edən, yaxud qısa müddət əvvəl istifadə etmiş tətbiqin adı göstərilir.

Android-də isə ekranın yuxarı hissəsindən aşağı sürüşdürüb yaşıl indikatorun üzərinə toxunmaq kifayətdir. Əksər telefonlarda hansı tətbiqin kamera və ya mikrofondan istifadə etdiyi göstərilir.

Müasir Android versiyalarında tətbiqlərin məxfilik tarixçəsini də yoxlamaq mümkündür. Bu bölmədə hansı proqramın kamera və mikrofona nə vaxt giriş etdiyi barədə məlumat əldə etmək olur.

Girişi necə bağlamaq olar?

Şübhəli tətbiq aşkar edilərsə, onun kameraya və ya mikrofona giriş icazəsini ləğv etmək mümkündür.

iPhone-da bunun üçün "Məxfilik və təhlükəsizlik” bölməsinə daxil olaraq "Kamera” və ya "Mikrofon” hissəsindən konkret tətbiqin icazəsini bağlamaq lazımdır.

Android-də isə bu seçim "Məxfilik” və ya "İcazələr” bölməsində yerləşir. İstifadəçi tətbiqə yalnız proqram işlədiyi müddətdə icazə verə, hər dəfə icazə soruşulmasını seçə və ya kameraya və mikrofona girişi tamamilə bağlaya bilər.

Bəzi Android smartfonlarında kamera və mikrofonu sürətli parametrlər panelindən ümumiyyətlə söndürmək də mümkündür.

///lent.az///

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Oktyabr 2026 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri