Icma.az
close
up
RU
Bu telefonun satışları DAYANDIRILIB

Bu telefonun satışları DAYANDIRILIB

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi istifadəçilərdə ani sönmə, yenidən açılmama və donma kimi problemlər səbəbilə əvvəlcə Yaponiyada dayandırılan Xperia 1 VII satışları, indi qlobal miqyasda müvəqqəti olaraq dayandırılıb. Problemin dəqiq səbəbi hələ müəyyən edilməyib, lakin donanımsal nasazlıq ehtimalı yüksək qiymətləndirilir.

Bu barədə News24.az  CNN Türk-ə istinadən xəbər verir. 

SO-51F, SOG15, A501SO və XQ-FS44 kodlu modellərdə ilk dəfə Yaponiyada müşahidə edilən problemlər, qısa müddətdə Avropa və Asiyanın müxtəlif bölgələrində də qeyd olunmağa başlayıb. Bunun ardınca Sony, Almaniya, İspaniya və Birləşmiş Krallıq da daxil olmaqla bir çox ölkədə cihazın satışını rəsmi mağazalarından çıxarıb.

8 iyul tarixli texniki dəstək açıqlamasında, istifadəçilərin yaşadığı problemlərdən xəbərdar olduqları və həll prosesi üzərində işlədikləri bildirilib. Sony, problemin yalnız müəyyən istehsal partiyalarında ola biləcəyini ehtimal edir, lakin konkret olaraq hansı partiyaların təsirləndiyi və neçə cihazın bu problemi yaşadığı bəlli deyil.

İstifadəçilərə məlumat itkisini önləmək üçün cihazlarını ehtiyat nüsxə ilə yedəkləmələri tövsiyə olunur. Müvəqqəti həll kimi isə güc və səs açma düymələrinə eyni anda 20 saniyə basaraq cihazı yenidən başlatmaq məsləhət görülür. Bəzi hallarda proqram yeniləmələri problemi aradan qaldıra bilsə də, donanımsal nasazlıq olan cihazların servislərə göndərilməsi lazım ola bilər.

Snapdragon 8 Elite prosessoru və üçlü kamera sistemi ilə seçilən Xperia 1 VII, satışın ilk mərhələsində ciddi bir böhranla üzləşib. Sony-nin bu prosesi nə qədər şəffaf və sürətli idarə edəcəyi, cihazın premium bazardakı gələcəyini müəyyən edəcək.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri