Telefonundakı şəkil kimindir? sualını cavabsız qoyan qadın qətlə yetirildi FOTO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən paytaxt sakini Bəxtiyar Vəliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə təqsirləndirilən şəxsə ittiham aktını elan edib.
İbtidai istintaq zamanı müəyyən olunub ki, Bəxtiyar Vəliyev paytaxtdakı gözəllik salonlarından birində çalışan həyat yoldaşı Xumar Həsənlinin mobil telefonuna ondan xəbərsiz baxarkən tanımadığı kişinin fotosunu görüb.
O əvvəlcədən bu barədə həyat yoldaşına bildirmədən marketdən bıçaq alaraq onu öldürmək qərarına gəlib.
Avqustun 17-də arvadının Sabunçu rayonu ərazisində çalışdığı gözəllik salonuna gələrək, işin sonunda onunla birlikdə qayıdarkən telefonundakı fotonun kimə məxsus olduğunu soruşub.
Qadın isə suala cavab vermədən ərinin yanından qaçaraq uzaqlaşmağa cəhd edib. Bəxtiyar Vəliyev ona macal vermədən bir neçə dəfə bıçaqla zərbə endirərək qətlə yetirib.
Bəxtiyar Vəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (ümumi təhlükəli xüsusi amansızlıqla qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 Dekabr 2024 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















