Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Telefonunuz cibdəykən 5 faizə qədər enerji itirə bilər Bu funksiyanı söndürün

Telefonunuz cibdəykən 5 faizə qədər enerji itirə bilər Bu funksiyanı söndürün

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Smartfonun istifadə olunmadığı halda belə sürətlə enerji itirməsinin səbəblərindən biri ekranın təsadüfi toxunuşlar nəticəsində tez-tez aktivləşməsi ola bilər. Xüsusilə telefon cibdə və ya çantada olduqda bu problem daha çox müşahidə edilir.
Demokrat.az
xəbər verir ki, “Android Police” nəşrinin müəllifi də oxşar problemlə üzləşib. Batareyanın sərfiyyatını azaltmaq üçün müxtəlif üsulları sınasa da, telefonun ekranının gözləniləndən daha uzun müddət aktiv qaldığını görüb. Problemin səbəbinin “Tap to Wake” funksiyası olduğu müəyyənləşdirilib.
Bu funksiya istifadəçiyə ekrana toxunmaqla, düyməyə basmadan telefonu oyatmağa imkan verir. Rahat olsa da, telefon cibdə olduqda təsadüfi toxunuşlar ekranın dəfələrlə aktivləşməsinə səbəb ola bilər.
Ekranın təsadüfi aktivləşməsi enerjini azaldır
Müasir smartfonlarda təsadüfi toxunuşların qarşısını almaq üçün yaxınlıq sensorları və xüsusi proqram təminatından istifadə edilir. Lakin bu sistemlər hər zaman mükəmməl işləməyə bilər.
Xüsusilə nazik parçadan hazırlanmış və geniş ciblərdə telefon daha çox hərəkət etdiyindən ekranın təsadüfən aktivləşməsi ehtimalı artır. Hər bir aktivləşmə çox enerji sərf etməsə də, ekran gün ərzində onlarla dəfə işə düşdükdə ümumi batareya sərfiyyatı nəzərəçarpacaq həddə çata bilər.
Bundan başqa, sensor ekran və ekrandaxili barmaq izi skaneri də əlavə enerji sərf edə bilər. Təsadüfi toxunuşlar bəzi hallarda fənərin və ya multimedia idarəetmələrinin də işə düşməsinə səbəb ola bilər.
Məqalə müəllifinin müşahidələrinə görə, “Tap to Wake” funksiyasının tamamilə söndürülməsindən sonra smartfon sutka ərzində təxminən 3–5 faiz daha çox enerji saxlamağa başlayıb.
Bu göstərici böyük görünməsə də, gün ərzində telefonunu aktiv istifadə edən və yanında powerbank olmayan şəxslər üçün bir neçə faiz əlavə enerji belə faydalı ola bilər.
Funksiyanı necə söndürmək olar?
“Tap to Wake” və ya ona bənzər funksiyanın adı və parametrlərdə yerləşdiyi bölmə smartfonun istehsalçısından asılı olaraq dəyişir.
* Google Pixel: “Parametrlər” → “Ekran” bölməsinə daxil olaraq “Telefonu yoxlamaq üçün toxun” (“Tap to check phone”) funksiyasını söndürmək mümkündür. Eyni bölmədə “Telefonu yoxlamaq üçün qaldır” funksiyasını da deaktiv etmək olar.
* OnePlus: “Parametrlər” → “Kilid ekranı” bölməsində “Double tap to wake” seçimini söndürmək mümkündür. Bundan əlavə, təsadüfi toxunuşların qarşısını almaq üçün cib rejimi ilə bağlı qoruma funksiyasını aktivləşdirmək tövsiyə olunur.
* Samsung Galaxy: “Parametrlər” → “Düymələr və jestlər” bölməsindən “Double tap to wake” funksiyasını deaktiv etmək olar.
* Digər Android telefonları: Parametrlər bölməsində axtarışdan istifadə edərək “toxunma”, “jest” və ya “oyatma” sözlərini yazmaq kifayətdir.
Funksiyanı söndürdükdən sonra telefonun ekranını aktivləşdirmək üçün adətən yan düymədən istifadə etmək lazım gələcək.
Funksiyanı tamamilə söndürmək vacibdirmi?
Mütəxəssislərə görə, “Tap to Wake” funksiyasını bütün hallarda deaktiv etmək vacib deyil. Əgər telefon cibdə olduğunu düzgün müəyyənləşdirir və ekranın təsadüfi aktivləşməsinin qarşısını alırsa, bu funksiyanın söndürülməsi ciddi fərq yaratmaya bilər.
Lakin telefon cibdə olarkən ekranın tez-tez yanması, cihazın səbəbsiz yerə isinməsi və batareyanın əvvəlkindən daha sürətli tükənməsi müşahidə olunursa, “Tap to Wake” funksiyasını söndürmək sadə və effektiv üsul ola bilər.
Bu funksiyanın əsas üstünlüyü isə ekranı düyməyə basmadan sürətlə yoxlamaq imkanıdır. Buna görə istifadəçilər onu evdə və ya iş yerində aktiv saxlaya, uzun gəzinti və səfərlər zamanı isə deaktiv edə bilərlər.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Sentyabr 2026 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri