Telefonunuz niyə qızır? Əsas səbəblər bunlardır
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Telefonun qızması gündəlik istifadə zamanı tez-tez rast gəlinən hallardan biridir.
AZXEBER.COM xəbər verir ki, bunun əsas səbəblərindən biri cihazın prosessorunun və digər komponentlərinin çox yüklənməsidir. Xüsusilə uzun müddət oyun oynamaq, video izləmək, kamera və sosial şəbəkələrdən istifadə etmək telefonun temperaturunu artıra bilər.
Bundan başqa, telefonun şarj zamanı, xüsusilə sürətli şarj edilərkən qızması da mümkündür. İsti hava, günəş altında qalmaq və zəif internet və ya mobil şəbəkə siqnalı da cihazın daha çox enerji sərf etməsinə və isinməsinə səbəb ola bilər. Arxa planda işləyən çoxsaylı tətbiqlər də telefonun resurslarını yükləyə bilər.
Lakin telefon istifadə edilmədiyi halda belə həddindən artıq qızırsa və ya bu hal tez-tez təkrarlanırsa, problem batareyadan və ya cihazın digər texniki hissələrindən qaynaqlana bilər. Bu halda telefonu yoxlatdırmaq məsləhətdir.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 20 Avqust 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















