Icma.az
close
up
RU
Tələt Qənbərov ədalətin və vicdanın simvolu

Tələt Qənbərov ədalətin və vicdanın simvolu

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Unutsaq unudularıq” rubrikasından

18 dekabr 2025-ci ildə Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Baş Ədliyyə müşaviri Tələt Qənbərovun ölümündən 30 il ötür. Prokurorluğun veteranı, 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri Nazim Abbasovun “Tələt Qənbərov ədalətin və vicdanın simvolu” adlı məqaləsini oxuculara təqdim edirik.

***

Bir çoxları kimi mənim də peşə seçimimdə Tələt Qənbərovun prokuror kimi, həm də yaxın qohum kimi rolu olmuşdur. Qohumlar arasında hüquq-mühafizə və məhkəmə orqanları işçiləri oldugundan, onların gərgin iş rejimlərini görərək, valideynlərim bu peşənin seçilməsinin tərəfdarı deyildirlər. 
Tələt müəllim rayon prokuroru vəzifəsində işlədiyinə görə Bakıya hərdən bir, əsasən bazar günləri gələndə onunla görüşə bilirdik.  Onu da qeyd edim ki, qohumlar arasında mənə məxsusi bir münasibəti, simpatiyası var idi. Məhz onun məsləhət və tövsiyyələri şeçimimdə həlledici rol oynadı. Sonralar da prokurorluqda fəaliyyətə müstəntiq kimi başlayanda da həmişə məni diqqətdə saxlayardı, deyirdi ki, sən də prokuror olmalısan.

Öz peşəsini yüksək tutmaqla, həddindən artıq sevirdi, tutdugu vəzifəyə son dərəcə məsuliyyətlə yanaşırdı. Prinsipal və cəsarətli prokuror idi, sərt mövqeyi ilə seçiıirdi. Eyni zamanda ədalətli, humanist, qanunun aliliyini hər şeydən üstün tutan prokuror idi.

Tələt müəllimin özünə məxsus xarakteri var idi, xidmətdə də, məişətdə də, ailədə də sərtliyi ilə seçilirdi, ancaq sərtliyi qədər də yumşaq kövrək ürəyə sahib idi. Həmişə çalışardı imkansızların tərəfində olsun, onlara əl tutsun, xeyirxah və təmənnasız insan idi. İşlədiyi orqanda da, cəmiyyətdə də ailədə də böyük nüfüz qazanmışdı, heç kim onun sözündən çıxmazdı, çünki özü sözü bütöv bir kişi olub.

1990-cı ildə prokurorluqda müstəntiq işlədiyim zaman mənə hakim seçilmək təklif olundu, mən də razılaşaraq sənədlərimi toplayıb, müvafiq quruma təqdim etdim, artıq məsələ müsbət həll olunmaq ərəfəsində idi, bazar günlərinin birində Tələt müəllimlə təsadüfən görüşdük, bu barədə ona məlumat verdim. Çox fikirləşmədən özünə məxsus tərzdə etirazını bildirdi, dedi, axı mən sənə demişəm prokuror olmalısan və təsəvvür edin ki, onun bu bir kəlməsi ilə mən sənədlərimi geri götürərək, bu fikirdən döndüm.

Çox təəssüflər olsun ki, vaxtsız dünyadan köçdü, Qarabag həsrəti, doguldugu Şuşa nisgili ilə. Ancaq bu gün ən böyük təsəllimiz dogma torpaqlarımızın cəsur əskərlərimiz və onlara rəhbərlik edən Ali Baş Komandanımızın sayəsində geri qaytarılması həyatdan köçmüş bütün ulularımızın ruhunu şad etdi.

Allah rəhmət eləsin.

Nazim Abbasov, Prokurorluğun veteranı, 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri, 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:492
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri