İsmət Səttarov: Audiovizual Şura reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını demək olar tamamilə alıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 8 dekabr, AZƏRTAC
Bu günə qədər Audiovizual Şura televiziyalarda və radiolarda reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını demək olar ki, tamamilə alıb. Siz də yəqin ki, televiziyalara və radiolara baxanda çox nadir hallarda reklam çarxlarında əcnəbi sözlərin istifadə olunduğunu görürsünüz. Halbuki əvvəllər belə deyildi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Audiovizual Şuranın sədri İsmət Səttarov dekabrın 8-də parlamentdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, 5−10 il, bəlkə də 15 il əvvəl reklam çarxlarında əcnəbi sözlərin istifadəsi tez-tez müşahidə olunurdu. Verilişlərdən fərqli olaraq, reklam çarxları elə bir məhsuldur ki, insanlar bunu gün ərzində bir dəfə yox, 5, 7, hətta 10 dəfə görür və illər boyu o təkrarlanır. Belə olduqda həmin sözlər insanların beyninə hopur, dilə keçir.
“Lakin verilişlərə və proqramlara gəldikdə, vəziyyət qənaətbəxş deyil. Burada həm obyektiv, həm də subyektiv səbəblər mövcuddur”, - deyə İsmət Səttarov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 08 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















