Icma.az
close
up
RU
Televiziyamızın bənzərsiz simalarından biri...

Televiziyamızın bənzərsiz simalarından biri...

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rafiq Həşimov- 59

O, 1966-cı ilin avqust ayının 11-də Ucar rayonunda dünyaya gəlib. 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun "Televiziya və Radio texnikası" fakültəsini bitirib. 1987-ci ildə Sovet ordusunda xidmətini başa vuraraq AzTv-də texnik kimi əmək fəaliyyətinə başlayıb. Sonradan videooperator, montajçı işləyib. 1997-ci ildə Baki Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsilə yiyələnib. 1990-cı ildən bu günə qədər diktor kimi fəaliyyət göstərir. Xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adına və 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb...

Müsahibələrindən birində deyir ki:- “İbtidai sinifdə oxuyanda hiss edirdim ki, direktor sinif otağına daxil olanda müəllimim ondan çəkinir. Ayağa durmağından, narahatlığından bunu görürdüm. Təbii ki, hörmət olmalıdır, amma mən hörmətdən başqa çəkingənliyi də hiss edirdim. Uşaq vaxtından düşünürdüm elə peşə seçim ki, müdirim, rəisim olmasın və ondan qorxmayım. Məndə elə təəssürat yaranmışdı ki, müdirdən qorxmaq lazımdı. Sonra musiqi ilə məşğul oldum, onu da deyim ki, pis musiqiçi olmamışam. Musiqi ilə məşğul olanda düşünürdüm ki, qarmonu bir küncdə sakitcə ifa edəcəyəm, kimsədən sifariş qəbul etməyəcəyəm. Amma sonra böyüdüm və başa düşdüm ki, musiqini bəzən sifariş də edirlər və s.. Daha sonra diktorluq, jurnalistika və bir müddətdən sonra başa düşdüm ki, azad olan yalnız ağ kağızdır. Yazılan kimi o da azadlığını itirir. Məşhur öncəgörən Vanqa deyirdi ki, bizlərdən heç kim azad deyil, sadəcə, siz bunu bilmirsiniz. Başqa bir söz də var. Söhbət fərdin azadlığından gedirsə, mənim azadlığım bilirsiz hara qədərdir? Sizin azadlığınızın başlandığı yerə qədər. Mən bu məsələyə belə yanaşıram. Ən çox sevdiyim məfhumlardan biri azadlıqdır. Belə bir fikir var: “Yalnız ölülər və dəlilər tam azaddırlar.””

Ötən illər ərzində "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olub. “Space”, “Lider” və “Xəzər” telekanallarında aparıcıların və müxbirlərə nitq mədəniyyətindən təlimlər keçib. Xəzər Universitetində dörd il nitq mədəniyyəti üzrə pedaqoji fəaliyyət göstərib. Hekayələri və esseləri, eləcə də dünya ədəbiyyatı klassiklərindən, o cümlədən Nobel mükafatı laureatları Herman Hesse, Çeslav Miloş, Xorxe Luis Borxesdən Azərbaycan dilinə etdiyi tərcümələr ölkənin jurnal və qəzetlərində, ocümlədən xaricdə çap olunub. Ssenariləri əsasında bir çox bədii-sənədli filmlər çəkilib. Silsilə olaraq "XX əsr" adlı kulturoloji müəllif proqramının müəllifi və aparıcısı kimi Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinə həsr olunmuş filmlər və verilişlər hazırlayıb...

“İlk növbədə Allaha, valideyinlərimə borcluyam. Mən bu gün də Allahın və valideynlərimin sevgisi ilə nəfəs alıram. Eləcə də dostlarıma da borcluyam, sağ olsunlar ki, onlar var. Daha sonra mənə uşaqlıqdan dərs deyən bütün müəllimlərimə borcluyam. Tamaşaçılara borcluyam. Məndən əvvəl diktor işləyən bütün adamlara, başda Rafiq Hüseynova borcluyam. Dostoyevskinin belə bir sözü var: “Hər kəs hamının qarşısında hər şeyə görə günahkardır”. Adamlar bunu anlamırlar. Anlasaydılar, dünya cənnət olardı.”- söyləyir.

Təzyiqə və şiddətə nifrət edir. Bəlkə də azadlığı onun qədər sevən ikinci bir adam yoxdur. Ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni edir. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmağını sevmir. Amma emosional tərəfi də güclüdür. Buna baxmayaraq, heç vaxt öz üzərində nəzarəti itirmir. Maraqlı və məzmunlu insandır. Keyfiyyətli geyimləri xoşlayır. Təvazökardır, çox çalışqandır və adətən pul qazanmağı bacarır. Onda rəqabət ruhu çox inkişaf edib. İnsanlarla yarışmağı xoşlayır, amma kin saxlamır və nəyə görəsə intiqam almır. Yalanı sevmir, kifayət qədər dürüstdür. Onun üçün cəmiyyət önəmli məsələdir, ictimai həyata böyük əhəmiyyət verir. Əylənmək və bayağılıq onun işi deyil. Şərəf və ləyaqətinə böyük diqqət yetirir...

Deyir ki:- “Uzun müddət nitq mədəniyyətindən dərs demişəm. Universitetlərdə, radiolarda, televiziyalarda treninqlər keçmişəm. Şükür ki, müstəqilliyimizi əldə edəndən sonra evdə dil açan uşaq artıq “ata”, “ana” deyir, “mama”, “papa” deyənlər azalıb. Yəni nitqin formalaşmasında cəmiyyətin, ətrafın da böyük rolu var. Ondan sonra, davamlı kitab oxumaq, mütaliə etmək nitqi formalşdırır. Mən kitabları bilirsiz nəyə bənzədirəm? Biz dərmanı içirik, amma damarımızda molekullar, atomlar necə hərəkət edir, onu görmürük, nəticədə sağalırıq. Kitab da elədir. Biz onu oxuyuruq. Amma özümüzün də xəbərimiz olmur ki, nə baş verir. Bizim ruhumuza, mənəviyyatımıza necə təsir edirsə, onu görmürük, amma bu proses baş verir. Nəticədə həm düşüncəmiz, həm də nitqimiz formalaşır...”

Ayrılmaz dostu, AYB-ni katibi, şair Səlim Babullaoğlu onu belə xarakterizə edir: “Rafiq Həşimov kimdir? Xüsusidə ümumini görən və bunu dəqiqliklə müşahidə və ifadə edən bir insan. Düzgün suallar verə bilir ki, düzgün cavablar tapılsın. Onun nitqi lüğətlərə, lüğətlərdəki ən azişlək sözlərə bəraət qazandıracaq qədər dürüstdür, dolu və dərindir. Rafiq Həşimovu özünəqədərki və sonrakı peşəkar həmkarlarından fərqləndirən bir ciddi fərq var: o, yalnız özgə mətnlərini ifa edən diktor, teleaparıcı olmayıb, sözün sirli dərinliyini anlayan, hiss edən, öz köynəyindən keçirən şəxsiyyətdir, adamdır. Rafiq Həşimov asketik, sanki oruclu bir dillə yazan esse ustasıdır, nasirdir, tərcüməçidir. Rafiq Həşimov istedadlı aktyordur. Rafiq Həşimov böyük dinləyicidir ki, bu da müsahibə janrında işin yarısı deməkdir. Rafiq Həşimov nitq üzrə böyük pedaqoqdur. Rafiq Həşimov üçün söz heç vaxt dar və əşyavi mahiyyət ifadə edən səs yığını olmayıb. O, həqiqi sözü, mənanı niyyətdən əmələdək öz ruhu və qəlbi ilə bəsləyən, yaşadan adamdır. Onun üçün söz-həmişə əməl olub. Usta diplomat keyfiyyətlərinə malikdir. Rafiq Həşimov o adamdır ki, küçədə ona yaxınlaşa bilərlər və deyə bilərlər ki, ay oğul, sən niyə efirdə görünmürsən, sən danışanda biz hamımız sənə inanırıq; halbuki 30 ildən artıq televiziya stajı zamanı efirə çıxdığı illər 5 ili ötməz. Rafiq Həşimovun ciddi, bəzən sərt və soyuq təsir bağışlayan müdrik görkəminin altında ifrat təvazökar, uşaqca utancaq, tərəddüd edən bir uşaq var. Rafiq Həşimov Vətəninə və ailəsinə sədaqətlə bağlı adamdır. Rafiq böyük dostdur...”

Bəli, söhbətimin qəhrəmanı Rafiq Həşimovdur. Avqustun 11-i Rafiq müəllimin növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram. Çox yaşasın!..

...Yeri gəlmişkən, Rafiq adının mənası- yoldaş, dost, sirdaş, ortaq, şərik kimi yozulur...

Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Avqust 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see233

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see232

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see222

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see218

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see202

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see199

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see198

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see197

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see195

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see193

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see190

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see186

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see181

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see179

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see173

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see172

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see169

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see161

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see152

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri